Türkiyənin oğru dünyasını məşhurlarından Abdullah Palas (1923-1991) 12 yaşından əlinə bıçaq alaraq qətllər törətmişdi. Amma onun cinayətə əl atması səbəbi Türkiyədəki hökm sürən dərəbəylik, ağa-qolçomaq-bəylərin kəndlilərə, məmurların fəhlələrə qarşı zülmkarlığından dolayı olub. Abdullah Palas həbslərdə belə haqsızlıqlara susmamış, kasıb, zəif məhkumlara zülm, edən, onlardan zorla pullarını əllərindən alan, qumar oynadan "avtoritet"lərə və bütün bunlara göz yummaqla ciblərini dolduran həbsxana rəislərinə qarşı da mübarizə qalxaraq onları yortmuşdu. Konyadakı həbsxanaya köçürülən Palas burda da sakit durmayaraq üsyan qaldırdı. Nəticədə 7 nəfər "avtoritet"i o biri dünyaya göndərdi. Bu hadisədən sonra Abdullah Palasa "Antep Canavar"ı ləqəbi verildi. Bir qədər sonra onu Bursa həbxsxanasına köçürürlər. Antep Canavarını türmə rəisi "xüsusi qarşılama" mərasimi keçirərək onu və dostlarını boğaza qədər olan kanalizasiyaya atırlar. Antep Canavarının bu "qaşılama törə"nin də 3 bəstəboy dostu boğularaq ölür. Ardınca çirkaba batmış, əldən düşmüş və pis qoxu verən Abdullah Palası bütün məhkumların qarşısında nümayiş etdirməklə onu bir neçə saat ayaq üstə saxlayırlar. Məhkumlara Antep Canavarına hər hansı köməklik göstərilməsinə qadağa qoyulur. Bütün bu qadağalara yalnız bir nəfər uzun boylu, yaraşıqlı məhkum məhəl qoymur. O, Antep Canavarına su içizdirir, ardınca əldən düşmüşü gəl səni təmizləyək deyə təklif edir. Bir qədər sonra Abdullah Palas ona köməklik göstərən məhkumun kim olması haqqında
yoldaşlarından soruşanda belə cavab verirlər:
- Nazim Hikmət deyə çağırırlar
Palas növbəti : O da qətl törədib yatanlardı? sualını ünvanlayar. Aldığı cavab belə olar:
- Yox! O kommunistdi...
Ardınca Palas : Kommunist nə olan şeydi? deyə maraqlanar və ona belə izah edərlər:
- Ona vətən xaini deyirlər. Hökümətə qarşı gəlib, cəzası böyükdü. Ondan uzaq dursan yaxşıdı.
Lakin Antep Canavarı ona kömək etmiş insan haqqında deyilənlərə şübhə etmiş və məsələni özü aydınlaşdırmaq qərarına gəlmişdi. Ona görə də maraqlandığı şəxsin barakına köçmək və onu yaxından müşahidə etmək qərarına gəlir. Həbsxana rəisi ona bir şərtlə yeni baraka köçməsinə icazə verir. Şərt isə belə olur: Antep Canavarı Nazim Hikmət daxil heç kimə qarşı fiziki güc, qətl hərəkətlərinə yol verməyəcək. Palas şərtlə razılaşır və onu həmin baraka köçürürlər. Orda müşahidələri nəticəsində ona kömək etmiş şəxsin əməllərindən vətən xaininə, satqına xas cəhətlər görmür. Əksinə həmin məhkum bacardıqca hamıya mənəvi dəstək olmağa, məmləkətdə mövcud olan ədalətsizliyi pisləməsiylə diqqət çəkir. Bir gün Antep Canavarı Nazim Hikmətlə söhbət etmək fürsəti əldə edir və:
- Nazim baba, sənin günahın nədi, niyə bura düşmüsən?
Nazim Hikmət:
- Bəs sənin günahın nədi? Niyə 38 həbsxana dəyişmisən? Bəlkə hekayəni danışasan?
Antep Canavarı:
- Haqsızlıqlara dözümsüzəm. Qumar oynadan, zavallı məhkumların haqqını yeyən, onlara güc gələn, nəyşə çəkdirən və digər özbaşınalıqlar, alçaqlıqlar edənlərə dəfələrlə xəbərdarlıq etdim. Məhəl qoymadılar. Mən də onları yortdum.Bu həyatda yalnışlıqlar edəni əhf etməm. İndi sən danış, niyə burdasan, sənə niyə kommunist deyirlər və o nə deməkdi?
Nazim Hikmət belə cavab verir:
- Bax Abdullah, sənin illərdi yumruğunla, bıçağınla, şişinlə etdiklərini mən qələmimlə edirəm, ona görə mənə kommunist deyirlər. Məhz bu üzdən içəridəyəm.
Şairin bu cavabından sonra Antep Canavarı təəccüblə:
- Nazim baba, desənə mən 40 ildi kommunistəm amma xəbərim yoxdu.
Ardınca ayağa qalxaraq şairə qucaqlayıb bağrına basdı. Bundan sonra onların möhkəm dostluğu başlayır. Nazimlə yoldaşlığı zamanı Abdullah Palas bir müddət sakit gəzərək heç nə qarışmır. Amma şair başqa həbsxanaya köçürüldükdən sonra Antep Canavarı qarşı yeni təqiblər başlayır və o yenidən bıçağını işə salaraq, bir neçə harınlamışın canını alır.
Ümumilikdə Antep Canavarı 68 illik ömrünün 48 ilini Türkiyənin 38 həbsxanalarında keçirmiş, 43 zülmkarı qətl etmişdi.
P.S Kadır İnanırın baş rol aldığı "Tatar Ramazan" filmində canlandırdığı obraz məhz Abdullah Palasın prototipidi
Abdulla Akan İsmayıl
Teref.az