Ssenaristlər “pulumuzu verin” deyib etiraz edirlər
“Tammetrajlı bədii film layihələrinə dəstək-2022" müsabiqəsinin ssenaristlərindən 3-ü nazirlikdən pullarını ala bilmir

Bu ilin aprel ayında Mədəniyyət Nazirliyinin keçirdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022" müsabiqəsinin 7 qalib ssenaristindən 3-ü ”Yeni Müsavat"a müraciət edib. Ssenaristlər bildiriblər ki, apreldən bu yana 7-8 ay vaxt keçməsinə baxmayaraq, nazirlik onların ödənişlərini etmək istəmir.

Ssenarist Nicat Dadaşov qeyd edib ki, müsabiqənin toplam büdcəsi 300 min manat olub və bu pul 7 qalib ssenarist arasında bölüşdürülməli idi: “Artıq aprel ayından 7-8 ay ötməsinə baxmayaraq, nazirlikdən heç bir cavab yoxdur. Deyirlər ki, gözləyin. Yəni heç kim yiyə durmaq istəmir. Bilmirik ki, nazirliyi hansı formada cavab verməyə təhrik edək. Əgər ödəniş etmək fikirləri yox idisə, niyə bu müsabiqəni keçirirdilər, niyə biz bu qədər əziyyət çəkirdik, xərclər edirdik?!”

Digər qalib ssenarist Azər Allahverdiyev isə Mədəniyyət Nazirliyi ilə işləməyin çox çətin olduğunu bildirib: “Qaliblər açıqlandıqdan sonra bizdən müəyyən sənədlər tələb olundu. Biz o sənədləri hazırladıq və Mədəniyyət Nazirliyinə təqdim etdik. Amma nə qədər gözləsək də, qarşı tərəf ödənişi etmədi. Uzun müddət sənədlərin düzgün olmadığı bəhanəsini gətirdilər. Biz bütün sənədləri incəlikləri ilə tərtib etdikdən sonra hamısını yenidən təqdim etdik. Bundan sonra belə heç bir səbəb demədən ödənişlər edilmir. Açıqlama verməkdən boyun qaçırdılar. Artıq noyabrdır, biz martdan bu günə kimi gözləyirik.

Bu məsələyə görə artıq bizim başqa planlarımız da təxirə düşüb. Çünki bəzi planlar buradan gələn maliyyə üzərinə qurulmuşdu. Hələ yolun başlanğıcında belə vəziyyətlə üz-üzə gəlmək təbii ki, xoş deyil və motivasiyamızı öldürür. Xüsusilə də Mədəniyyət Nazirliyi ilə işləmək çox çətindir. Bununla bağlı bizə heç bir məlumat verilmir. Artıq ümidimiz də yoxdur".

Ssenarist Türkan Hüseyn isə bildirib ki, nazirlik ödəniş etmədiyi üçün yaradıcılıq fəaliyyəti yarımçıq qalıb: “Bu zamana qədər heç bir ödəniş olunmayıb ki, heç olmasa filmin hazırlıq prosesinə başlayaq. Bu da təbii ki, işimizi ləngidir. Tək mənim deyil, digər qaliblərin də pulları ödənməyib. Sözügedən layihədə təkcə məsələ rejissorlara aid deyil, burada həm də gənc prodüserlər, ssenaristlər, aktyorlar iştirak edir. Bu layihə hər kəsə Azərbaycan kinosunda yeni səhifə açmaq üçün bir şans idi. Biz hələ də gözləyirik, bununla bağlı heç bir cavab ala bilmirik”.

Məsələ ilə bağlı “Yeni Müsavat” Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Qurumdan sorğumuza verilən cavab bu cür oldu: “Ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə və qurumlara dəstək olmaq, onların fəaliyyətini stimullaşdırmaq, bununla da milli kino sənayesinin inkişafına təkan vermək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilmiş qalib layihələrin mükafatlandırılması istiqamətində görülən müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə
 
 
 

Dünyapress TV

Xəbər lenti