Mədəniyyət naziri Anar Kərimov xalq artisti, bəstəkar Vasif Adıgözəlovun ölümündən xəbərsiz imiş.
Qlobal.az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov feysbukda yazıb.
Hətta tədbirlərin birində nazir Anar Kərimov Vasif Adıgözəlova oğlu Yalçın Adıgözəlov vasitəsilə salam göndərib:
"Olmuş hadisədir. Görün, ölkənin mədəniyyət sahəsinə necə biliksiz və səriştəsiz bir adam rəhbərlik edir.
Musiqi tədbirlərinin birində Mədəniyyət naziri Anar Kərimov Yalçın Adıgözəlova yaxınlaşaraq, ondan atasının hal-əhvalını xəbər alıb. Qeyd edim ki, Yalçın Adıgözəlov 2006-cı ilə dünyasını dəyişən Xalq artisti Vasif Adıgözəlovun oğludur. Nazir Yalçından atası Vasif müəllimə çoxu salamlar çatdırmağı da xahiş edib.
Təsəvvür edin, ölkənin Mədəniyyət naziri A.Kərimov elə bilir ki, V.Adıgözəlov sağdır və ona oğlu vasitəsilə salam da göndərir.
Nazir A.Kərimovun yerində olmadığını isbatlayan o qədər ciddi dəlillər var ki... Bütün rayon idarələri korrupsiya yuvasına çevrilib.
Nazir rayon məktəblərində işləyə bilməyən ən savadsız musiqi müəllimlərini qanunsuz köçürmələr və qeyri-şəffaf üsullarla Bakıdakı musiqi məktəblərinə gətirib. İclasda bu məsələyə etiraz edənlər də olub, amma nazir yumruğunu stola vuraraq deyib ki, "bu, mənim əmrimdir, həmin adamları tam dərs yükü ilə təmin edin!".
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət nazirliyində əməliyyat keçirib. DTX-nin keçirdiyi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyevin saxlanıldığı deyilir.