Bu gün qəzaya düşən müğənni İbrahim Tatlısesin xilas edilməsi ilə bağlı işlərdə övladlıqdan rədd etdiyi böyük oğlu Ahmet Tatlı da iştirak edib. Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza xəbərini eşidən kimi hadisə yerinə gələn Ahmet Tatlı həyatını təhlükəyə ataraq atasının maşınının yuvarlandığı dərəyə enib. O, maşında sıxışıb qalan İbonun çıxarılmasına kömək edib. Müğənninin digər oğlu İdo Tatlısəs də olay yerinə gələnlər arasında olub.