Şah İsmayılın təsvir olunduğu ehtimal olunan hissə I Şah İsmayılın hərbi yürüşləri, döyüş və ov səhnələrini, o cümlədən Çaldıran savaşını təsvir edən bir neçə miniatür mövcuddur. Lakin, Avropa təsviri sənətində Çaldıran döyüşünü təsvir edən yeganə rəsm əsəri İtaliyanın Palermo şəh. "Palazzo Mirto Sarayı" Muzeyində qorunub saxlanılır. Əsərin müəllifi barədə məlumat yoxdur. Maraqlıdır ki, "Çaldıran döyüşü" tablosunda təsvir olunan coğrafi relyef və təbiət mənzərəsi həmin əraziyə bənzərliyi ilə diqqət cəlb edir. Buna görə də, hesab etmək olar ki, bu tablonun müəllifi döyüşün baş verdiyi ərazinin coğrafi quruluşu haqqında məlumatlı olmuşdu. Elşad Əliyevin, "Avropa təsviri sənətində Şah İsmayıl Səfəvi ikonoqrafiyası" kitabından Milli Kimlik TEREF