Şuşa teatrı müvəqqəti Xankəndiyə köçür - Adı dəyişəcək?
"Şuşa Dövlət Musiqili Dram Teatrı üçün yeni bina tikiləcək".

"DogruXeber.az" bildirir ki, bu barədə Qaynarinfo-ya sözügedən teatrın direktoru Yadigar Muradov məlumat verib.

Direktorun sözlərinə görə, hələlik kollektiv Xankəndində fəaliyyət göstərəcək:

"Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova dedim ki, Xankəndində ermənilərin teatr binası var, onu bizə verin, gedək orada işləyək. Aydın müəllim bu təklifimi bəyəndi, dedi ki, bunu müzakirə edək, sonra sizə cavab verək. Bu yaxınlarda Şuşada tədbir var idi. Mədəniyyət naziri Adil Kərimli Vaqifin məqbərəsinin qarşısında dedi ki, təklifiniz Prezidentin yanında müzakirə olunub və Xankəndindəki teatr müvəqqəti olaraq Şuşa teatrına veriləcək".

Yadigar Muradov Xankəndindəki teatrın qısa zamanda təmir olunacağını vurğulayıb.

Bəs teatrın adında dəyişiklik olacaqmı? Direktor buna inanmadığını bildirib:

"Ola bilər ki, Xankəndində fəaliyyət göstərdiyindən teatrın adı müvəqqəti Şuşa-Xankəndi Dövlət Musiqili Dram Teatrı kimi deyişdirilsin".

Dünyapress TV

Xəbər lenti