Çörəyi zibillikdən çıxan kişi görün nə tapdı:
İtaliyada zibil yığıb satan bir kişi özü də bilmədən məşhur bir rəssamın məşhur bir əsərinin orijinalını tapır və evinə aparır. Həyat yoldaşı ona dəfələrlə "cır-cındırı evə yığma!" desə də, kişi onu adi bir çərçivəyə salıb qonaq otağından asır. Arvadı isə hər dəfə bu rəsmi görəndə əsəbiləşər və onu "qorxulu" adlandırarmış. Sən demə zibillikdən tapılan və "qorxulu" olan rəsm əsəri dünyaca məşhur rəssam Pablo Pikassonun orijinal portreti imiş.

TEREF Publika.az-a istinadən xəbər verir ki, Luici Lo Rosso adlı bir zibil yığan şəxs 1962-ci ildə təsadüfən bu tabloya rast gəlir, sonra qatlanmış kətanı özü ilə Pompeyə aparır və ucuz çərçivəyə salıb qonaq otağının divarından asır.

Sahiblərinin Pikassonun sevgilisi və ilhamvericisi olan fransız fotoqrafı və rəssamı Dora Maarın təhrif olunmuş şəkli olduğuna inandıqları portretin yuxarı sol küncündə məşhur rəssamın imzası var, amma Lo Rosso onun kim olduğunu bilmirdi. Ailə nəhayət, məsləhət üçün ekspertlər qrupuna və tanınmış incəsənət detektivi Maurizio Seraciniyə müraciət edir. Bir neçə illik mürəkkəb araşdırmalardan sonra sənət əsərlərinin qiymətləndirilməsi, bərpası və atributları ilə məşğul olan qrafoloq və "Arcadia" Fondunun elmi komitəsinin üzvü Cinzia Altieri təsdiqləyir ki, rəsmdəki imza Pikassoya məxsusdur.

Əsər hazırda 6 milyon avro dəyərində qiymətləndirilir.

Rəsm əsərinin tapıldığı yerə gəlincə, tədqiqatçılar qeyd edib ki, Pablo Pikasso Dora Maara görə Kapri adasına tez-tez gedirmiş.
 

Dünyapress TV

Xəbər lenti