Dünyada ərzaq ucuzlaşır: Azərbaycanda niyə bahalıqdır?
Dünyada 8 aydır ki, ərzaq qiymətlərinin aşağı düşdüyü açıqlanıb.

DİA.AZ bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) açıqlama yayıb.

Bildirilib ki, qlobal ərzaq qiymətləri indeksi noyabr ayında 0,1% azalaraq yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.

Maraqlıdır, dünyada qiymətlərin aşağı düşdüyü bir vaxtda, Azərbaycanda nə üçün bunun əksi baş verir?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda ərzaq qiymətlərinin sürətlə artmasının səbəblərindən biri məhz idxaldan asılılıqdır:

“Çünki ölkənin ərzaq bazarının 75 % idxal malları tutur. Hətta yerli məhsullar adı altında bazarda olan məhsulların çoxunun xam malı xaricdən gətirilir. Ona görə də əvvəllər Azərbaycan rəsmilərinin ölkədəki qiymət artımını xaricdəki bahalıq ilə əsaslandıranmağa müəyyən dərəcədə haqları vardı.

Amma indi dünyada ard-arda qiymətlər və ərzaq indeksləri aşağı düşür. Azərbaycanda isə qiymətlərin aşağı düşməməsi prosesi baş verirsə, bunun səbəbini daxili problemlərdə axtarmaq lazımdır. Yəni inhisarçılıqda, gömrük və vergi siyasətinin doğru olmamasında axtarmaq lazımdır. Nəticə etibarilə, bütün bu problemlər Azərbaycandakı qiymət artımının əsaslarını yaradır”.

Natiq Cəfərli aylardır heç olmasa həm ərzaqlarda, həm də dərmanlarda əlavə dəyər vergisinin və gömrük rüsumlarının aşağı salınmasını təklif etdiklərini xatırladıb:

“Bütün bunlar qiymətlərə təsir edə biləcək amillər ola bilər. Təəssüf ki, Azərbaycan hökuməti ilin əvvəllində ölkədəki inflyasiyanı dünyadakı bahalaşma ilə izah etməyə çalışsa da, indi dünyada qiymətlər düşən zaman bunun izahını verməkdə çətinlik çəkirlər. Bəs indi niyə Azərbaycanda qiymətlərinin aşağı düşməsinin nəticəsini görmürük?

Deməli, Azərbaycandakı inflyasiyanın səbəbi bir tək bu deyil, daxili problemlərdən qaynaqlanan məsələlərdir. Onların həlli isə yubadılır. İllərdir korrupsiya, inhisarçılıq, vergi və gömrük siyasəti ilə də bağlı problemlər dilə gətirilsə də, təəssüf ki, onun həlli yolları ilə bağlı hansısa addımlar atılmır”.

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR
12 Aprel 2025 AMB ən çox şikayət olunan bankların adını açıqladı – SİYAHI

Dünyapress TV

Xəbər lenti