“Bu hissələr Azərbaycana daxil olarkən avtomatik 33 faiz bahalaşır”
Azərbaycanda avtomobillər üçün ehtiyat hissələri və mühərrik yağlarının bahalaşdığı bildirilir. Avtomobillərin ehtiyat hissələrinin bahalaşması artıq bir neçə ildir davam etsə də, bəzi sürücülərin sözlərinə görə, bu il qiymətlər kəskin artıb.

Bakıda avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazalardan birindən Azadlıq Radiosuna bildirilib ki, bu ilin yanvarından indiyə qədər ayrı-ayrı ehtiyat hissələri ortalama 35-50 faiz bahalaşıb: “Azərbaycana ehtiyat hissələr xaricdən gəlir. Oradan da çox baha gəlir deyə, burada da qiymət qalxır. Rusiyadan gələn ehtiyat hissələrin bəziləri – yağ filtri, kuzov hissələri indi heç öz bazarlarında yoxdur”.

Ötən il Azərbaycanda avtomobil ehtiyat hissələrinin istehsal edəcəyi deyilsə də, hələlik, bu, yalnız sözdə qalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə minik avtomobillərinin sayı 84.7 min artaraq 1.35 milyon ədədə çatıb.

Avtomobillərin 1 milyon 82 mininin istehsal tarixi 10 il və daha çoxdur. Bu avtomobillər də 2021-ci ildə 89 min artıb.

Rəsmi məlumata görə, Azərbaycana 2022-ci ilin birinci yarısında 782 milyon dollar dəyərində nəqliyyat vasitəsi və onların ehtiyat hissələri idxal edilib. Ötən ilin həmin dövrdə bu rəqəm 479.4 milyon idi.

Milli Məclisin deputatı Azər Badamov da “Turan”a bildirib ki, Azərbaycan avtomobillərin ehtiyat hissələrini istehsal etmir: “Xaricdə də, demək olar ki, istehsal olunan bütün mallarda qiymət artımları baş verir. Təbii ki, idxal olunan mallarda qiymətlərin qalxması daxili bazarlarda həmin malların qiymətlərinə də təsir göstərir”.

Mühərrik yağlarının qiymətinin qalxması ilə bağlı isə deputat vurğulayıb ki, həmin yağların bir hissəsi ölkədə istehsal olunsa da, onların tərkibində olan komponentləri də Azərbaycan idxal edir: “Digər tərəfdən, Azərbaycanda istehsal olunan mühərrik yağları ölkənin tələbatını ödəmir və bu tələbat idxal olunan yağlar hesabına ödənilir. Xaricdə bahalaşma, təbii ki, daxili bazarlarda qiymət artımına gətirib çıxarır”.

O hesab edir ki, bütün bu proses ikinci əl avtomobillərinə də öz təsirini göstərir: “Həmin növ avtomobillərin qiymətlərində artım oldu. Ehtiyat hissələrinin bahalaşması da bu qiymətlərə təsir edəcək və bahalaşmalarına gətirib çıxaracaq”.

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna mövzu ilə bağlı açıqlamasında öncə ölkə daxilində istehsala toxunub: “Sürtgü yağlarının kiçik bir hissəsinin istehsalı var idi. İndi həmin müəssisələrin nə dərəcədə fəaliyyət göstərib-göstərmədiyi məlum deyil. Ehtiyat hissələri isə tam həcmdə xaricdən gətirilir”.

Onun sözlərinə görə, bahalaşma avtomobil istifadəçiləri olan 1 milyondan çox Azərbaycan vətəndaşlarının cibinə ciddi mənfi təsirini göstərən amilə çevrilib. O vurğulayıb ki, avtomobil alqı-satqısı ilə məşğul olan insanların da başqa xərcləri artdıqca onların qazanc əldə etmək istəkləri də artır: “Avtomobillərin ehtiyat hissələrinin bahalaşması, əlbəttə ki, maşınların qiymətinə də təsir göstərir”.

N.Cəfərli deyir ki, gömrük rüsumları və vergilər də avtomobil ehtiyat hissələrinin bahalaşmasına təsir göstərir: “Ölkəyə gətirilən istənilən ehtiyat hissələrinin 15 faiz gömrük rüsumu, 18 faiz Əlavə Dəyər Vergisi var. Deməli, bu hissələr Azərbaycana daxil olarkən avtomatik 33 faiz bahalaşır. Biz dərman və ərzaq məhsullarının gömrük vergisinin sıfıra, vergilərin isə 2 faizə endirilməsini təklif etsək də, hökumətdən cavab yoxdur”.
 

Bölmənin digər xəbərləri

05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək
28 May 2025 Prezident: Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində geniş coğrafiyanın enerji xəritəsi dəyişib
27 May 2025 Trampa görə avro qalxdı
27 May 2025 FHN-nin şübhəli tenderləri DAVAM EDİR... - bir araşdıran olsa...
26 May 2025 Daha bu qəpiklər işlənməyəcək

Dünyapress TV

Xəbər lenti