Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb
Avropa Komissiyası Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini açıqlayıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin birgə keçirdiyi mətbuat konfransında deyilib ki, “ötən həftə “Rusiya Ukraynaya təcavüzünü yeni bir səviyyəyə qaldırıb”.

Aİ liderləri bildirib ki, “Rusiyanın işğal etdiyi ərazilərdə saxta referendumlar keçirməsi qeyri-qanuni torpaq qoparmaq və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirmək cəhdidir”.

“Səfərbərlik və Prezident Putinin nüvə ritorikası gərginliyin daha da artırılması yolunda yeni addımlardır. Biz heç bir saxta referendumu və anneksiyaları qəbul etmirik. Biz bütün bunların bədəlini Kremlə ödətdirməkdə qətiyyətliyik. Bu gün biz Rusiyaya qarşı yeni sanksiya paketini təklif edirik”, – Ursula von der Leyen bildirib.

O vurğulayıb ki, növbəti sanksiyalar paketində fiziki və hüquqi şəxslərin yeni siyahısı təqdim olunacaq: “Ticarətin daha da məhdudlaşdırılması və Rusiya məhsullarına yeni idxal qadağaları. Hansı ki, bu, ölkənin iqtisadiyyatını 7 milyard avro gəlirdən məhrum edəcək. İxrac sahəsində məhdudiyyətlər, xüsusən də onun müharibəsi üçün lazım olan əsas texnologiyalar, aviasiya ilə bağlı hissələr və ya kimyəvi maddələr bura daxildir. Rusiya Avropanın beyin gücü və təcrübəsindən də faydalanmamalıdır. Beləliklə, biz təklif edirik ki, Rusiyaya Avropa xidmətlərinin göstərilməsinə əlavə qadağalar tətbiq olunsun. Aİ vətəndaşlarının Rusiya dövlət şirkətlərinin idarəetmə orqanlarında çalışması qadağan edilsin”.

Von der Leyen əlavə edib ki, sanksiyaların bir hissəsi Rusiyanın nefti ilə bağlı olacaq: “Biz neft qiymətlərinin həddi üçün hüquqi əsasın müəyyən olunmasını təklif edəcəyik. Bəzi inkişaf etməkdə olan ölkələrin hələ də aşağı qiymətlərlə Rusiya neftinə ehtiyacı var. Bu hədd Rusiyanın gəlirlərini azaltmağa və qlobal enerji bazarlarını sabit saxlamağa kömək edəcək. Biz sanksiyaların qarşısının alınması ilə bağlı səylərimizi gücləndiririk. Ona görə də biz yeni kateqoriya əlavə edirik ki, sanksiyalarımızdan yayınan şəxsləri siyahıya sala bilək. Məsələn, Rusiya tərəfi Avropadan məhsul alıb onu üçüncü ölkə vasitəsilə Rusiyaya keçirə bilməyəcək. Bu, güclü çəkindirici təsir olacaq”
 

Bölmənin digər xəbərləri

05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək
28 May 2025 Prezident: Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində geniş coğrafiyanın enerji xəritəsi dəyişib
27 May 2025 Trampa görə avro qalxdı
27 May 2025 FHN-nin şübhəli tenderləri DAVAM EDİR... - bir araşdıran olsa...
26 May 2025 Daha bu qəpiklər işlənməyəcək

Dünyapress TV

Xəbər lenti