"Bank Avrasiya" iflas edir? - Açıqlanan statistika xoş gələcək vəd etmir
"Bank Avrasiya" 2024-cü ilin III rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
SAVASHMEDİA.az banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində "Bank Avrasiya"nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 11.9% azalaraq 3 milyon 483 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 952 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 8.4% azalaraq 11 milyon 193 min manat, faiz xərcləri isə 33% azalaraq 1 milyon 698 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 milyon 860 min manata ( illik müqayisədə 7.9% çox), qeyri-faiz xərcləri isə 5 milyon 996 min manata ( illik müqayisədə 3.3% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 4 milyon 648 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 10.2% azdır.

Bu ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10.9% və ya 20.2 milyon manat artaraq 204.7 milyon manata çatıb. Cari ilin ilk 9 ayında "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 351 min manat azalaraq 136.8 milyon manata bərabər olub.

Bu dövrdə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 120 milyon 412 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 15.7% və ya 16.3 milyon manat çoxdur. Bankın ümumi depozit portfeli isə cari ilin 9 ayında 37.8% və ya 18.3 milyon manat manat artaraq 66 milyon 810 manata çatıb.

2024-cü il oktyabr ayının 1-nə "Bank Avrasiya"nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 4.8% və ya 3 milyon 869 min manat artaraq 84 milyon 307 min manat təşkil edib.
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti