Yaşı 30-dan aşağı olan milyarderlərin - Siyahısı
Xəbər verdiyimiz kimi, "Forbes" jurnalı dünyanın ən varlı adamlarının son reytinqini, o cümlədən yaşı 30-dan aşağı olan ən gənc milyarderlərin siyahısını açıqlayıb.

TEREF axsam.az-a istinadən xəbər verir ki, ümumilikdə siyahıya 15 nəfər daxil edlib. Onların hamısı sərvətlərini miras yolu ilə alıblar. Bir çoxu bir-biri ilə qohumdur və valideynlərinin əmlakında bərabər paya malikdir. Reytinqdə birinci yeri Hindistanın ən varlı adamlarından birinin övladları olan Mistri qardaşları tutublar. İkinci yerdə isə dünyanın ən böyük "Ray Ban" və "Oakley" eynək istehsalçısının banisi Leonardo del Vekkionun üç varisi qərarlaşıb.

27 yaşlı Firoz Mistri - sərvəti 4,9 milyard dollar

Firoz 2022-ci ildə avtomobil qəzasında həlak olan Hindistan inşaat maqnatı Sayrus Mistrinin böyük oğludur. Atasının sağlığında Firoz Mistri kiçik qardaşı Şapurla birlikdə aktivləri 16,9 milyard dollar dəyərində qiymətləndirilən "Shapoorji Pallonji Group" konqlomeratını idarə edib. ABŞ-də Yel Universitetini bitirib, subaydır.

25 yaşlı Zahan Mistri - sərvəti 4,9 milyard dollar

Firoz Mistrinin kiçik qardaşıdır. O, Böyük Britaniyanın Uorvik Universitetini bitirib və hazırda "Shapoorji Pallonji Group" konqlomeratının kredit bölməsi "SC Finance"də vəzifə tutur. Zahan da evli deyil.

19 yaşlı Klemente del Vekko - sərvəti 4,7 milyard dollar

Klemento eynək və linza istehsalı üzrə dünya lideri olan "Luxottica" şirkətinin qurucusu Leonardo del Vekkonun varislərindən biridir. O, şirkəti 25 yaşında yaradıb və sərvəti 22,5 milyard dollara çatıb. Onun ölümündən sonra miras çoxsaylı qohumlar arasında bölünüb. Klemente evli deyil.

22 yaşlı Luka del Vekko - sərvəti 4,7 milyard dollar

Leonardo del Vekkonun ikinci oğlu sərvətini atasının ölümündən sonra miras alıb. Onun payı demək olar ki, 5 milyard dollardır. Milyarderin varisləri mediadan uzaq gəzir. Bu səbəbdən Lukanın ailə vəziyyəti haqqında heç bir məlumat yoxdur.

28 yaşlı Leonardo Mariya del Vekko

Leonardo del Vekkonun ikinci həyat yoldaşından olan yeganə övladıdır. O, indi atasının "Luxottica" şirkətində yüksək vəzifə tutur və İtaliyanın "Salmoiraghi & Viganò" eynək və optik pərakəndə satış şəbəkəsini idarə edir. O, qardaşları Luka və Klemente kimi "Delfin" holdinqində pay və 4,7 milyard dollar miras alıb. Onun evli olub-olmadığı bəlli deyil.

30 yaşlı Qustav Maqnar Vitzo - sərvəti 4,2 milyard dollar

O, 2013-cü ildə 1991-ci ildə atası Qustav Vitzo tərəfindən qurulan, dünyanın aparıcı qızılbalıq yetişdirən "Salmar ASA" şirkətinin, demək olar ki, yarısının sahibi olub. Qustav Maqnarın sərvəti son bir ildə 1,5 milyard dollar artıb və o, subaydır.

21 yaşlı Kevin David Lehmann - sərvəti 3,3 milyard dollar

2017-ci ildən o, hələ azyaşlı ikən "Drogerie Markt" kosmetika şəbəkəsinin yarısının sahibi olub. 2021-ci ildə 18 yaşı tamam olanda Forbes-ə görə ən gənc milyarder olub. Hazırda Kevin David Lehmann evli deyil.

29 yaşlı Sofi Luiz Filmann - sərvəti 2,7 milyard dollar

Bu il 84 yaşında vəfat edən eynək firması "Fielmann Group"un qurucusu Günter Fielmannın qızıdır. Sofinin artıq 34 yaşı olduğu üçün bu siyahıya daxil edilməyən Mark adlı bir qardaşı var. Bacısı ilə birlikdə xeyriyyə fondu idarə edirlər. Sofinin ailə vəziyyəti məlum deyil.

22 yaşlı Remi Dasso - sərvəti 2,5 milyard dollar

O, sərvətini hərbi təyyarələr və "Falcon" biznes təyyarələri istehsal edən şirkətin qurucusu, ulu babası təyyarə mühəndisi Marsel Bloxdan alıb. Reminin atası Olivye Dasso 2021-ci ildə avtomobil qəzasında ölüb. Gənc fransız milyarderin sərvəti 2,5 milyard dollar, bütün ailəsinin sərvəti isə 28 milyard dollar qiymətləndirilir. Milyarder evli deyil.

28 yaşlı Katarina Andresen - sərvəti 1,7 milyard dollar

Əsas tütün tədarükçüsü, sonra isə investisiya şirkətinin sahibi olan atasından miras qalan sərvətə baxmayaraq, o, davamlı inkişaf mütəxəssisi olduğu Osloda tikinti firmasında işləyir. Katarina ailəli deyil.

27 yaşlı Aleksandra Andresen

Böyük bacısı Katarina kimi Aleksandra da "Ferd" investisiya şirkətinin səhmlərinin 42%-nə sahibdir. O, üç il ardıcıl olaraq "Forbes"ə görə ən gənc milyarderlər siyahısında yer alıb. Alexandra atçılıq idmanına həvəslidir və üç dəfə yeniyetmələr arasında Norveç çempionu olub. Aleksandra ailəlidir.

Bu 11 milyarderdən başqa, Cənubi Koreyadan olan iki bacı da "Forbes" siyahısında yer alıb:

20 yaşlı Kim Jun-yun və 22 yaşlı Kim Jun-yun. Onlar hər birinin dəyəri təxminən 1,4 milyard dollar olan "Nexon" onlayn oyun inkişaf etdirmə şirkətinin ortaq sahibləridir.

Reytinqi Braziliyadan olan iki bacı - 19 yaşlı Liviya Voyt və 26 yaşlı Dora Voyt de Assis tamamlayır. Onlar sərvətlərini (hər biri 1,1 milyard dollar dəyərində) elektrik mühərriki şirkətinin qurucusu, babaları Verner Voigtdən miras alıblar.

Nyus.Az
 

Bölmənin digər xəbərləri

09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ

Dünyapress TV

Xəbər lenti