'Azərbaycanda çörəyin qiyməti buğdanın qiymətinə adekvat deyil' - AKTUAL
Son aylar Azərbaycanda un və çörəyin qiyməti düşüb. Bu, dünya bazarlarında unun və buğdanın ucuzlaşması ilə əlaqələndirilir. Amma unla çörəyin qiymətlərində ucuzlaşma bir-birinə uyğun gəlmir. Məsələn, ötən il 38 manata olan 50 kq un kisəsi indi 29 manat 50 qəpiyə düşüb. Çörəkdə isə cəmi 5 qəpik ucuzlaşma var. 65 qəpiyə olan çörək son günlər 60 qəpiyə satılır.

Bunun səbəblərini rəsmi qurumlar və çörək bişirən müəssisələrdən öyrənmək mümkün olmayıb.

Azərbaycan ərzaq buğdasına olan tələbatı özü tam ödəmir. Hökumət buğdanın istehsalının artmasını hədəf kimi götürüb. Bəzi ekspertlər ərzaq buğdasında ucuzlaşmanı müvəqqəti sayır.

Buğda əkini 7 faiz artıb
Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb: "2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7.8 faiz artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkini aparılır".

Əlavə edilib ki, taxıl sahələrinin təqribən 40 faizində biçin yekunlaşıb: "İyunun 25-nə olan məlumata görə, 410 min 237 hektar sahədə biçin prosesi başa çatıb, sahələrdən 792 min 444 ton arpa və 523 min 354 ton buğda yığılıb. Orta məhsuldarlıq arpa üzrə 30.4, buğda üzrə 34.9 sentner təşkil edir".

"Azərbaycan buğdanı yenə Rusiyadan almağa başlayıb"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirir ki, Azərbaycanın yerli istehsalı buğdaya tələbatın cəmi 25 faizini təmin edir: "Qalan 75 faizini biz xaricdən alırıq. Bunun bir çox səbəbləri var. Bu, aqrar sahədə düzgün olmayan yanaşmaların, texniki bitkilərin artmasının və bunun hesabına buğda əkinlərinin azalmasının, məhsuldarlığın aşağı düşməsinin nəticəsidir. Həmçinin, Azərbaycanda istehsal olunan buğdanın keyfiyyəti çox aşağı olur. Bütün bu məsələlər ona gətirib çıxarıb ki, biz 75 faiz xaricdən asılıyıq və orada qiymətlərin dəyişikliyi həmən Azərbaycana təsir göstərir".

İqtisadçının deməsinə görə, dünya bazarında buğdanın qiyməti keçən ilin eyni dövrünə nisbətən 30 faiz düşüb. O hesab edir ki, bu da çörəyin qiymətinin düşmə tempinə adekvat deyil: "Azərbaycan keçən il Ukraynadakı müharibə fonunda yaranan böhran zamanı ən çox buğdanı Qazaxıstandan alırdı, amma indi daha ucuz qiymətə yenə Rusiyadan almağa başlayıb".
Turan

Bölmənin digər xəbərləri

08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?

Dünyapress TV

Xəbər lenti