Ardını oxu...
Paraqvay millisinin futbolçusu Antonio Sanabria Lionel Messinin üstünə tüpürüb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə DÇ-2026-nın seçmə mərhələsinin Argentina – Paraqvay matçı (1:0) zamanı baş verib. Əvvəlcə futbolçular arasında mübahisə yaranıb. Argentina millisinin kapitanı Lionel Messi üzünə çevirib gedərkən “Torino”lu Sanabria arxadan ona tərəf tüpürüb. Bu an oyunun yayımına düşüb. Hakim hadisə ilə bağlı qərar verməyib.

Matçdan sonra jurnalistlərə açıqlama verən Messi deyib: “Mən bu hadisəni görmədim. Paltardəyişmə otağında mənə dedilər ki, onların oyunçularından biri mənə tüpürdü. Heç bilmirəm, o kimdir. Mən buna önəm vermək istəmirəm. Çünki bu halda o, hər yerdə həmin olaydan danışacaq, ən pisi isə ad çıxarmağa çalışacaq. Hər şeyi burada buraxmaq daha yaxşıdır”.

Sanabria isə Messiyə tüpürməsini təkzib edib. O bildirib: “Videoya baxdım. Oradan elə görünür. Amma belə bir şey olmayıb. Messi uzaqda idi və ona heç nə olmayıb. Mən bu ittihamları rədd edirəm”.
https://t.me/qolaz/1271
 
Ardını oxu...
AVRO-2024-ün seçmə mərhələsinin VII turunda üz-üzə gələcək Estoniya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.
Bakupost.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Estoniya: 12. Karl Yakob Hein, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vassilyev (k), 17. Martin Miller, 20. Markus Poom
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyamaa, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaştşuk, 23. Vlasi Sinyavski
Baş məşqçi: Tomas Heberli
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, bu gün Tallində oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
***
Estoniya və Azərbaycan milliləri arasında qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
***
Matçda hesab açılıb.
Azərbaycan 9-cu dəqiqədə fərqlənib.
Toral Bayramov dəqiq baş zərbəsi ilə ev sahiblərini mərkəzə dəvət edib.
Azərbaycan yığması hazırda 1:0 hesabı ilə öndədir.
***
Matçda ikinci qol vurulub.
Bu dəfə Ramil Şeydayev fərqlənib. Hücumçu 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Millimiz səfərdə 2:0 hesabı ilə önə keçib.
 
Ardını oxu...
İtaliyada rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilir.

Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir.

Rapid üzrə 11 turun nəticələrinə əsasən Beydullayeva 9 xal toplayaraq 1-ci yeri tutub. Muradlı isə 6,5 xalla 8-ci yerdə qərarlaşıb.

Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.

Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.
 
Ardını oxu...
Madrid "Real"ının türkiyəli futbolçusu Arda Gülər zədəsini sağaldıb.

Yarımmüdafiəçi artıq fərdi və komanda ilə məşqlər edir. Bununla belə, "kral klubu"Ardaya zədəsinə sağaltmasına baxmayaraq, onun heyətə daxil etməyəcəyini bildirib.

Məlumata görə, Arda əsas heyətdə yer almayacaq və o, məşqlərini davam etdirəcək. İspaniya mediasının məlumatına görə, klub Ardanın özünü daha da gücləndirməsini istəyir. “Real Madrid” Ardanın fiziki baxımdan gücləndirmək üçün proqram hazırlayıb.\\Offsideplus.az
 
Ardını oxu...
Noyabrın 15-də İsrail və İsveçrə milli komandaları arasında 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə oyunu keçiriləcək.

Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Oyunun məkanı daha sonra təsdiqlənəcək.

Qeyd edək ki, oktyabrın 8-də UEFA ayın 12-də İsraildə keçirilməli olan oyunun təxirə salındığını açıqlamışdı. Oktyabrın 15-də Priştinada Kosovo və İsrail yığmaları arasında matçın keçirilməsi planlaşdırılır.
Altı turdan sonra isveçrəlilər, rumınlar, belaruslar və andorralıların da yer aldığı I qrupda israillilər 11 xalla üçüncü yerdədir. İsveçrə yığması 14 xalla liderdir.

Mənbə: TASS
Ardını oxu...
“Milan”ın qapıçısı Mik Menyan onun çıxışlarının çox təhlükəli və qatilsayağı olduğunu deyən “Cenoa”nın prezidenti Alberto Dzanqrillonu tənqid edib.

Fanat.az xəbər verir ki, fikirlərini qolkiper sosial şəbəkə hesabı üzərindən bölüşüb:

“Dzanqrillio, dediklərinin önəmi yoxdur. Oyun zamanı baş verənlər bilərəkdən edilməyib. Hə, xoşagəlməz hadisə yaşana bilərdi, amma bu, heç bir halda qətl deyildi. Sənə uğurlar arzulayıram və ümid edirəm ki, mənim qatil olduğumu heç vaxt görməyəcəksən”.

Xatırladaq ki, İtaliya A seriyasının 8-ci turunda “Milan” səfərdə “Cenoa”nı 1:0 hesabı ilə yenib. Matçın 90+9-cu dəqiqəsində Menyan rəqib komandanın forvardı Kaleb Ekubana qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alıb.
Ardını oxu...
"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba müsbət dopinq testinə görə Turin klubunda ayda 873 min avro əvəzinə 2 min avro alacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Futbolçu daha bir dopinq testindən keçə bilməyib və bu qərar qeyri-müəyyən müddətə uzadılıb. Poqba, həmçinin idman məhkəməsində dopinqdə təqsirli bilinərsə, uzunmüddətli cəza və müqaviləsinə mümkün xitam verilmə təhlükəsi ilə üzləşəcək.

"Yuventus" hələ ki, belə radikal addım atmayıb, ancaq fransalı oyunçuya maaşının azaldılması ilə bağlı məktub göndərib. Qaydalara görə, cəzalı futbolçulardan söhbət gedəndə “Yuventus” Poqbaya yalnız İtaliya Futbolçular Assosiasiyası ilə kollektiv müqavilədə nəzərdə tutulan minimum əmək haqqını ödəməlidir. Bu o deməkdir ki, 30 yaşlı yarımmüdafiəçi ayda 2 min avro alacaq.

Poqbanın Turin təmsilçisi ilə 2026-cı ilin yayına qədər davam edən müqaviləsi ildə təxminən 10,48 milyon avro dəyərindədir. Lakin o, indi bu məbləğin yalnız az bir hissəsini alacaq.
Ardını oxu...
“Valyadolid” azarkeşlərinin böyük əksəriyyəti komandanın İspaniya Sequdasındakı nəticələrindən narazıdır.

Fanat.az “Marca”ya istinadən xəbər verir ki, tərəfdarlar klubun prezidentlərinin – braziliyalı əfsanə Ronaldonun və uruqvaylı Paulo Petsollanonun postlarını tərk etmələrini tələb edirlər.

Mənbə “Valyadolid” fanatlarının son oyundakı şüarı isə belə olub: “İllər ötür, futbolçular gedir, saba isə plan yoxdur. Klub qalır, futbolka qalır, braziliyalılar isə getməlidir”.

Qeyd edək ki, 10 tura 19 xal toplayan “Valyadolid” hazırda Sequndanın turnir cədvəlində 6-cı yerdə mövqe tutub.
 
Ardını oxu...
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, paytaxt təmsilçisi XI turda “İstra”nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan Emreli ikinci qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Dinamo” üçüncü pillədə qərarlaşıb.
 
Ardını oxu...
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, baş məşqçi Canni De Byazi 26 oyunçuya dəvət göndərib.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti