Ardını oxu...
Almaniya millisinin və “Bayern Münhen”in 28 yaşlı yarımmüdafiəçisi Yozua Kimmix “Barselona”nın transfer hədəfindədir.

Fanat.az xəbər verir ki, informasiyanı “Todofichajes” yayıb.

Mənbənin məlumatın görə, yarımmüdafiəçinin transferi qışda və ya cari mövsümün sonunda baş tuta bilər. Potensial transfer əməliyyatının dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.

Kimmix 2015-ci ilin yayından Münhen təmsilçisində çıxış edir. Onun hazırki müqaviləsinin müddəri 2024/2025 mövsümünün sonuna qədərdir.

Cari Bundesliqa mövsümündə Yozua “Bayern”in heyətində doqquz oyun keçirib və üç məhsuldar ötürmə edib.
 
Ardını oxu...
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

"Qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcəklər.

Qeyd edək ki, noyabrın 29-da Pireydəki Georgios Karaiskakis adına stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
 

 
Ardını oxu...
Tennisdə mənfi hadisələrlə mübarizə aparan müstəqil orqan yeddi belçikalı tennisçini danışılmış oyunlara görə diskvalifikasiya edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sport-ekspress” qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Oyunçular arasında: Artur de Qrif , Romen Barbosa, Alek Vitmer, Arno Qress, Julen Dubel , Maksim Otom və Ömər Salman var.

Danışılmış oyunlara görə, idmançılar iki ildən dörd il 10 aya qədər olan müddətə yarışlardan kənarlaşdırılıb. Bundan əlavə, onlardan 30-45 min dollar arasında cərimə ödəmələri tələb olunub.
 
Ardını oxu...
Brazilya milli komandasının hücumçusu Neymarın evinə silahlı basqın olub.

Mia.az xarici mətbuata istinadla xəbərr verir ki, zədələndiyi üçün bir il meydandan kənarda qalacaq Neymarın Brazilyanın San Paulu şəhərindəki villasına 3 silahlı şəxs qəfil hücum edib.

Məlumata görə, basqınçılar Neymarın ata və anasının əl-qolunu bağlayaraq, evdə olan qiymətli daş-qaşları, saat və pulları oğurlayıblar: "Qonşuların hücumu fərq etməsindən sonra əraziyə polislərin gəlməsi basqınçıları planlarını sonadək icra etməyə imkan verıməyib. Onlar hadisə yerindən qaçıblar. Polis qısa zamanda basqınçılardan birini saxlayıb. Onun 20 yaşı var. Digərlərinin axtarışı isə davam edir".

Saxlanılan və 20 yaşlı basqınçı ilkin ifadəsində deyib ki, məqsədləri Neymarın körpəsini oğurlamaq və ondan bunun əvəzində daha böyük pul almaq olub.

Hadisədən sonra Neymar və xanımı sosial mediada açıqlama verərək, bildiriblər ki, baş verənlər filmi xatırladıb: "Hər şey yaxşıdır. Əss da odur ki, hər kəs sağ-salamatdır".
 
Ardını oxu...
“Makkabi”nin (Hayfa) ən bahalı futbolçusu, ərəb əsilli Dia Saba həyat yoldaşının sosial şəbəkələrdəki paylaşımından sonra qeyri-müəyyən müddətə futboldan kənarlaşdırılıb.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bir müddət sonra Dia Sabanın həyat yoldaşı paylaşımını silib və açıq şəkildə üzr istəməyə məcbur olub.
 
Ardını oxu...
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib.

“Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.

 
Ardını oxu...
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Bavariya" ilə "Qalatasaray" üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, matçda almanlar 2:1 hesabı ilə qalib olub.

Bununla da Almaniya klubu turnirin 1/8 finalına çıxıb.

Oyun Münhen şəhərinin Alyans Arena stadionunda keçirilib.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

A qrupu

00:00. “Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə) - 2:1
 
 
 
Ardını oxu...
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.

Bu gün çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.

Günün ilk, çempionatın yeddinci matçı Özbəkistan və Polşa, final oyunu isə Azərbaycan və Mərakeş komandaları arasında olub.

Özbəkistana beş cavabsız qolla qalib gələn Polşa yığması bürünc medallara sahib çıxıb. Qarşılaşmada Marek Setkieviç (3), Marta Şostak (1) və Marianna Olbrix (1) fərqlənməyi bacarıblar.

Finalda Mərakeşi 4:0 hesabı ilə üstələyən Azərbaycan millisi isə dünya çempionu olub. Rəqib komandanın qapısından qolları Tərlan Qurbanaliyev (2), Şamil Budaqov (1) və Şahmar Nağızadə keçiriblər.
Mundialın bombardiri altı qolla Tərlan Qurbanaliyev olub.

Sonda dörd, beşinci və altıncı yerin sahiblərinə çempionatda iştirak etdiklərinə görə təşəkkürnamə, ilk üç yeri tutanlara isə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, dünya çempionu olan Azərbaycan yığmasına kubok təqdim edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Madrid "Real"ı UEFA Çempionlar Liqasında “Braqa” ilə matçdan əvvəl Arda Gülerlə bağlı sosial şəbəkə hesabından paylaşım edib.

Bu paylaşımdan sonra “Real” azarkeşləri çağırışlar ediblər. "Kral klubu"nun fanatları bildiriblər ki, “Rayo Valekano” matçında yüngül zədələnən Cud Bellingem “Braqa” ilə oyunda istirahət etsin. Onun əvəzinə isə Arda Gülər meydana çıxsın. “Real Madrid” ingilis yarımmüdafiəçinin sol çiynində zədə olduğunu açıqlayıb.

Qeyd edək ki, Arda Gülər ilk dəfə “Real"ın “Rayo Valekano” ilə oyununda ehtiyat oyunçular skamyasında yer alsa da, meydana çıxmayıb. Oyun 0-0 hesabı ilə başa çatıb. \\Offsideplus.az

Dünyapress TV

Xəbər lenti