Ardını oxu...
Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

Bizim.Media xəbər verir ki, IX turun sonuncu oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. İlk qolu 46-cı dəqiqədə Olavio Juninyo vurub. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Ağ-qaralar" isə 12 xalla beşinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə yenib. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.


 
Ardını oxu...
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.

İlk olaraq "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən "gənclik şəhəri" təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş xalla sonuncu-10-cu pillədə qərarlaşıb.

Tur "Neftçi" və "Qarabağ" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 16 xalla üçüncü, "ağ-qaralar" 12 xalla beşinci sıradadır.

8 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi Arena”

Qeyd edək ki, IV turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
 
Ardını oxu...
"Red Bull" komandasından olan niderlandlı Maks Ferstappen ardıcıl üçüncü dəfə "Formula 1" dünya çempionatının qalibi olub.

O, Qətər Qran-prisində sprint yarışında komanda yoldaşı meksikalı Serxio Peresin təqaüdə çıxması sayəsində 2023-cü ildə vaxtından əvvəl çempionluğu qazana bilib.

Bundan əvvəl 26 yaşlı Ferstappen 2021 və 2022-ci illərdə "Formula 1" yarışında qələbə qazanıb.
Ardını oxu...
“Qazaxıstan və Azərbaycan qrupun ən güclüləridir. Hər iki komandanın qrupda ilk iki yeri tutmaq üçün yaxşı imkanları var.”

Bunu Qazaxıstan futzal millisinin baş məşqçisi Kaka Azərbaycana 4:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis komandasının çıxışından razılıq bildirib: “Başqa cür gözləmirdim. Azərbaycanla aramızda oyunlar həmişə gərgin keçib. Aktaudakı görüşdə də eyni bugünkü ssenaridə keçmişdi. Çox maraqlı oyun keçdi. Bizim üçün 3 xal vacib idi və buna nail olduq. Qələbəyə layiq idik”.

O, komandasının birinci hissədə hesabda geri düşməsinə baxmayaraq, sonda qələbə qazanmasını belə əsaslandırıb: “Fasilədə futbolçulara dedim ki, eyni formada pressinq etməlisiniz, gec-tez qollar gələcək. Bunu da bacardıq”.

Baş məşqçi cavab matçından gözləntilərini də bildirib: “Azərbaycan çox güclü rəqibdir. Görüşə ciddi hazırlaşacağıq. Qazaxıstanda oynayacağımız üçün müəyyən üstünlüyümüz ola bilər. Amma yenə də görüşə ciddi yanaşacağıq”.
 
Ardını oxu...
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.

"Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.
 
Ardını oxu...
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.

Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) əvvəlki raundlarda uduzublar.

Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib.
 
Ardını oxu...
“Barselona”nın futbolçusu Robert levandovski qeyri-müəyyən müddətə sıradan çıxıb.

Fanat.az xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuaxt xidməti yayıb.

Polşalı forvardın sol ayağının topuğunun burxulduğu bldirilib.

Xatırladaq ki, 35 yaşlı Levandovski Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində dünən keçirilən “Portu” – “Barselona” matçında (0:1) xəsarət aldığı üçün 36-cı dəqiqədə meydanı tərk edib.
 
Ardını oxu...
"Bu görüşdə üç xal qazanmaq istəyirik. Amma bir xal da bizə sərf edəcək".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçdə yerli "Hakken" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis hər iki komanda üçün vacib qarşılaşma olduğunu bildirib: "Biz də bunu çox gözəl başa düşürük. Rəqibin özünəməxsus oyun üslubu var. Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Nəticə üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00--da başlayacaq.
Ardını oxu...
Mərakeş, İspaniya və Portuqaliya 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, mundialın açılış matçları yarışın 100 illiyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.

Beləliklə, yarış tarixdə ilk dəfə üç qitədə və altı ölkədə gerçəkləşəcək.
 

Dünyapress TV

Xəbər lenti