Ardını oxu...
“Barselona”nın prezidenti Joan Laporta azarkeşlərlə söhbəti zamanı PSJ-nin hücumçusu Lionel Messinin tezliklə Kataloniya klubuna qayıdacağını bildirib.

Qol.az xəbər verir ki, klub rəhbəri La Liqanın 29-cu turunun “Hetafe” ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda azarkeşlərin suallarını cavablandırıb. Azarkeşlərdən biri “Barselona”nın prezidentinə Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Laporta dərhal cavab verib: “Bəli”. Funksionerin fanatlarla ünsiyyətini əks etdirən video Cadena Ser Carrusel Deportivo-nun sosial şəbəkələrində yayımlanıb.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə “Barselona”da oynayıb. Argentina millisinin kapitanının PSJ ilə sözləşməsi bu mövsümün sonuna qədər nəzərdə tutulub.
Ardını oxu...
Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe növbəti rekorda imza atıb.
Bakupost.az xəbər verir ki, o, Liqa 1-də “Lans”la görüşündə fərqlənməklə Paris təmsilçisindəki qollarının sayını 139-a çatdırıb.
Bununla da PSJ-nin Fransa çempionatında ən sərrast futbolçusuna çevrilən 25 yaşlı forvard uruqvaylı Edinson Kavaninin (138 qol) rekordunu qırıb.
Qeyd edək ki, "Lans" həmin qarşılaşmada 3-1 hesabı ilə "PSJ"yə məğlub olmuşdu.
 
Ardını oxu...
"Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Təəssüf ki, standart vəziyyətlərdən bəsit qollar buraxdıq. Halbuki "Sabah"ın üstün tərəfləri barədə oyunçulara məlumat verilmişdi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXX tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis ikinci topu çox tez buraxdıqlarını bildirib: "Görünür, bu gün rəqib qələbəyə daha layiq idi. Futboçularıma hər hansı etirazım yoxdur. Bir ildən çoxdur uduzmurduq. İnanıram ki, bu məğlubiyyətin bizə çox faydası olacaq. Qalib gəliblərsə, deməli, bu, onların haqqıdır. Bizim də qol epizodlarımız oldu. Amma futbol elə oyundur ki, hər fürsəti qola çevirmək asan deyil".

O, Filip Ozobiçin ehtiyatda qalmasına da toxunub: "Bunun hər hansı səbəbi yoxdur. Sadəcə, digər oyunçular özlərini daha yaxşı tərəfdən göstərirlər. Qarşıdakı matçlarda Ozobiç də oynayacaq".

Qurbanov zədəsini sağaldan Şahruddin Məhəmmədəliyevin son durumunu da açıqlayıb: "Hər şey yaxşılığa doğru gedir. Bir neçə məşqdə tam iştirak edib. Növbəti görüşlərdə oynamaq ehtimalı var".
 
Ardını oxu...
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “Twitter”də yazıb.

O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:
“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”

Ardını oxu...
İtaliyanın "sportcafe24.com" saytında "Qarabağ"ın futbolçusu Musa Qurbanlının "Torino" klubuna mümkün keçidi haqda xəbər tirajlanıb.

Bu gün 21 yaşı tamam olan hücumçunun İtaliya klubuna keçid ehtimalı 25 faiz olaraq göstərilib.

Bundan başqa, Qurbanlının dəyərinin təxminən 5 milyon avro olduğu da vurğulanıb.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Misli Premyer Liqasında 20 qolla bombardirdir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.\\Offsideplus.az
Ardını oxu...
PSJ-nin baş məşqçisi Kristof Qaltye futbol azarkeşləri tərəfindən ölümlə hədələnib.

“Qafqazinfo” “RMC Sport”a istinadən xəbər verir ki, buna səbəb onun “Nitsa”da işləyərkən idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” söyləməsidir.

Bu məlumat ortaya çıxdıqdan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-ə yaxın zəng və mesaj gəlib. Bununla bağlı PSJ məşqçi və onun ailəsini mühafizə altına alıb.

Mütəxəssis onun haqqında səsləndirilən “təhqir və böhtan xarakterli ifadələr”lə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. O, artıq bu barədə PSJ-yə xəbərdarlıq edib .

Paris klubu da bu məsələ haqda öz araşdırmasını aparır.

Qeyd edək ki, daha əvvəl Qaltyenin sözügedən ifadələri işlətdiyi təsdiq olunacağı təqdirdə, PSJ-nin çalışdırıcını istefaya gönədiləcəyi bildirilmişdi.
 
Ardını oxu...
Türkiyə I Liqasından Superliqaya yüksələn ilk komanda bəlli olub.

"Samsunspor" sona 6 tur qalmış elitaya vəsiqəni təmin edib.

Buna XXXII turda "Eyüpspor"un "Gənclərbirliyi"nə 0:2 hesbı ilə uduzması səbəb olub.

Qeyd edək ki, "Samsunspor" 11 ildən sonra Superliqaya qayıdıb.
Ardını oxu...
Səudiyyə Ərəbistanı Liqasının bitməsinə 7 həftə qalmış lider "Əl-İttihad"dan 3 xal geri qalan "Əl-Nassr"da böhran yaşanır.

Bakupost.az xəbər verir ki, İngiltərənin məşhur nəşri "Mirror"da yer alan məlumata görə, Portuqaliyalı futbolçu Ronaldo ilə baş məşqçi Rudi Qarsiya arasında mübahisə yaranıb.

Məlumata görə, portuqaliyalı münasibət və davranışından narazı olaraq fransalı çalışdırıcıdan rəhbərliyə şikayət edib.

Həmçinin “Əl-Nassr” rəhbərliyinin Ronaldonun şikayətindən sonra Rudi Qarsiya ilə yollarını ayırmağa qərar verdiyi iddia edilib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı komandasının qısa müddətdə ayrıldığını rəsmən elan edəcəyi deyilir.
Ardını oxu...
Almaniyanın "Bavariya" komandasında xoşagəlməz hadisə baş verib.
Teref.az "Report"a istinadən məlumatına görə, Münhen təmsilçisinin iki futbolçusu - Sadio Mane ilə Leroy Sane İngiltərədə "Mançester Siti"yə uduzduqları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra dava ediblər.
Hadisəyə almaniyalı yarımmüdafiəçinin seneqallı hücumçu ilə kobud rəftarı səbəb olub. Sanenin danışıq tərzini bəyənməyən Mane qəflətən ona yumruq zərbəsi endirib. Bundan sonra əlbəyaxa dava etməyə başlayan futbolçuları komanda yoldaşları çətinliklə sakitləşdiriblər.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ardını oxu...
İngiltərə Premyer Liqasının XXXIV turunun "Arsenal" - "Çelsi" oyunu təxirə salınıb.

Cebhe.info çempionatın rəsmi saytına istinadən xəbər verir ki, buna London polisinin müraciəti səbəb olub.

Qərara əsasən, aprelin 29-da keçirilməli olan qarşılaşma mayın 2-də oynanılacaq.

Qeyd edək ki, "Arsenal" aprelin 26-da "Mançester Siti" ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, "topçular"ın "Çelsi" ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtı olacaq.

Dünyapress TV

Xəbər lenti