"Azərbaycan" Nəşriyyatı media orqanları üçün icarə haqqını 50%-dən çox artırdı...
""Azərbaycan" Nəşriyyatı media orqanları üçün icarə haqqını 50%-dən çox artırdı...
İllərdir ki, tərəflər arasında bağlanan illik müqavilələrdə deyildiyi kimi, "İcarə haqqı" yox, "Kommunal xərclər" ifadəsi yazılır. Ki, bu da çooox zadlar deməkdir... "
Teref.az yazır ki, bunu Yenixeber.org saytının baş redaktoru İlqar Salmanov öz feysbuk səhifəsində paylaşıb. Yazdığı xəbəriu şərh edən baş redaktor daha sonra yazır:
"Mən hələ bunun qarışılığında binanın 10 illərdir cari təmirsiz qalıb, üfunət qoxumasını demirəm...
Həm də onu demirəm ki, "Azərbaycan" Nəşriyyatı kimsənin dədəsinin mirası deyil, dövlət babanın binasıdır-Prezident Administrasiyasının balansındadır. Və deyilənə görə dövlət baba da nəfəsini daim mediada əsdirir...
"Azərbaycan" Nəşriyyatının sürprizinə susqunluq özünü media mənsubu sayan birisinə yumşaq desək yaraşmaz!"
Teref.az yazır ki, İlqar Salmanovun Feysbukda paylaşdığı xəbərə münasibət bildirən həmkarları aşağıdakı fikirləöri yazırlar:
Gundem Xeber
Əslində "Azərbaycan" Nəşriyyatına yeni gələn rəhbərlik qiymətləri endirməliyidi. Amma görünən odur ki, qiymətlər kəllə-çarxa qalxdı.Yəni 50% dən yuxarı "icarə" haqqı artırıldı. Dövlətin birmənalı olaraq, mətbuat üçün ayırdığı binanı MMC adı altında özəlləşdirənlər özlərinə 10 000, 8000 və 6000 manat maaş yazanlar bilməlidirlər ki, atdıqları addımlar konkret olaraq, soyğunçuluqdur! Nəşriyyatda fəaliyyət göstərən redaksiyalarla komunal ödəniş üçün müqavilə bağlayıb, kvm-dən aslı olaraq 150, 300 və 500 manat icarə haqqı yığanlar unutmalı deyillər ki, həmin kvm olan otaqlara görə 15, 20 və 30 manat dövlət büdcəsinə komunal ödənişi edirlər. Son dövrlər mətbuata qarşı ən böyük ədalətsizlik etməklə siyasi mühacir ordusu yaradırlar. Görəsən Prezidentin bu işlərdən xəbəri varmı? Əgər yoxdursa, biz diqqətinə çatdırmağa çalışarıq.

Teref.az

 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti