MEDİA-ya qeydiyyat üçün müraciət etməyən KİV-lər məhkəmə qarşısında dayanacaqlar
Oktyabrın 14-dən Azərbaycan jurnalistlərinin reyestrində qeydiyyat başlayıb. Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli mətbuata bildirib ki, qeydiyyat reyestr.media.gov.az portalında ASAN Login vasitəsilə onlayn həyata keçirilir.

“Media reyestri KİV sahəsində qayda-qanun yaratmaq üçün lazımdır. Bizim verdiyimiz sənəddə onun sahibinin jurnalist peşəsi göstərilmir, sadəcə, onun media- reyestrdə qeydiyyatdan keçdiyi təsdiqlənir”, – Həsənli izah edib.

MEDİA kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın sözlərinə görə, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər əvvəlki qaydada işləyə və istənilən dövlət qurumuna sorğu göndərərək cavab ala biləcəklər.

“Reyestr onları heç bir şeydə məhdudlaşdırmır, sadəcə, məlumat bazasıdır”, – Şəfiyeva deyib.

Qeydiyyat oktyabrın 1-dən başlayaraq altı ay ərzində aparılacaq.

Mətbuatda jurnalistlərin reyestrdə qeydiyyata alınmasının cəlbediciliyilə bağlı Həsənlinin sözləri yayılıb: “Qeydiyyatdan keçən KİV işçiləri güzəştli ipoteka kreditləri və digər üstünlüklərdən yararlana biləcəklər. Gələcəkdə media subyektlərində dövlət sosial reklamının yerləşdirilməsi, sosial müdafiənin gücləndirilməsi, həmin KİV-lərin maddi təminatının yaxşılaşdırılması və digər güzəştlər nəzərdə tutulur”.

Səidə Şəfiyeva Turan ilə söhbətində deyib ki, söhbət mənzil almaq üçün 4 faiz güzəştli ipotekadan gedir. Reyestrdə qeydiyyatdan keçməyənlərin belə imkanı olmayacaq.

Həsənli bu peşədə fəaliyyətini davam etdirən və reyestrdə qeydiyyatı olmayan jurnalistlər üçün güzəştlərdən danışmayıb, eyni zamanda deyib ki, reyestrdə qeydiyyatın olmaması belə jurnalistləri heç bir şeydə məhdudlaşdırmır.

Lakin KİV-ə qarşı qarşı tələblər sərtdir. Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini xatırladıb ki, bu maddələrə görə, çap və onlayn media “qanunvericiliyə əsasən müvafiq cavabı” almaq üçün işə başlamadan 7 gün öncə Media Agentliyinə müraciət etməlidir.Bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. “Beləliklə, fəaliyyət göstərən KİV-lərin altı ay vaxtı var”, – Həsənli qeyd edib.

Əgər MEDİA-da qeydiyyatı olmayan jurnalistlər aşağı faizli ipoteka və digər güzəştlərə ümidlərini itirməklə “heç nə olmamış kimi” işlərini davam etdirə bilirsə, ancaq KİV-in iş şəraiti sərtləşib: redaksiyalar mütləq qeydiyyatdan keçməlidirlər.

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli reyestrdə qeydiyyatdan keçməyən KİV-də çalışan jurnalistlərə qoyulan məhdudiyyətləri göstərir. Belə jurnalistlər reyestrdə qeydiyyata alınmayacaqlar.

Bəs KİV qeydiyyatdan keçmirsə (çatdırmır, ideoloji mülahizələrə görə qeydiyyatdan imtina edir) və ya MEDİA-dan imtina alırsa, o zaman necə olacaq? Şəfiyeva Turan-ın bu sualına cavabında bildirib ki, media haqqında qanuna əsasən, 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.

Hüquqşünas Məmmədlinin fikrincə, bunlar kifayət qədər sərt tələblərdir və jurnalistlərin həyatını xeyli çətinləşdirəcək.

Medianın İnkişafı Agentliyi Azərbaycan prezidentinin 12 yanvar tarixli fərmanı ilə KİV-in inkişafı sahəsində siyasəti həyata keçirmək məqsədilə yaradılıb. “Media haqqında” qanun 2021-ci il dekabrın 30-da parlamentdə qəbul edilib və prezidentin 8 fevral 2022-ci il tarixli fərmanı ilə təsdiq edilib.

2007-ci ildən Ukraynada “İnformasiya fəaliyyətinin subyektləri kimi çap kütləvi informasiya vasitələrinin və xəbər agentliklərinin dövlət reyestri haqqında” əsasnamə mövcuddur.

2021-ci ilin avqustunda Rusiyada yaradılan KİV-in dövlət reyestrində 152 minə yaxın KİV qeydiyyatdan keçib. Ötən ildən Rusiya KİV-nin bir hissəsi “xarici agent” damğası alıb və bundan irəli gələrək repressiv sanksiyalara məruz qalıb.

Latviyada kütləvi informasiya vasitələri Latviya Respublikası Müəssisələrinin Reyestrində qeydiyyata alınır.

Qırğızıstanda kütləvi informasiya vasitələrinin dövlət qeydiyyatı Qırğızıstan Ədliyyə Nazirliyində aparılır.

KİV-in dövlət qeydiyyatı Özbəkistanda da mövcuddur, 2020-ci ildə bu prosedur bildiriş elektron formatına keçib. (Turan)
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti