“Retems Group” dələduzluqda ittiham olunur –
Samux rayonu, Poylu kənd sakini İsmayılov Akif İsmayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Retems Group” şirkəti 3 ay əvvəl, o da daxil olmaqla, ümumilikdə 16 nəfərdən xurma alsa da, hələ də pulunu ödəmir. A.İsmayılov bu məsələdə şirkətin baş direktoru Orxan Musayevi şirkətin Ruslan, Natiq, Seyfəddin və Bəşir adlı işçilərini ittiham edir:

“Mən, İsmayılov Akif İsmayıl oğlu, yazaraq bildirirəm ki, “Retems Group” şirkətinin baş direktoru Musayev Orxan və işçiləri Ruslan, Natiq, Seyfəddin və Bəşir dələduzluqla məşğuldurlar. Belə ki, onlar məndən və tanıdığım digər 16 nəfərdən xurma alaraq, pulumuzu mənimsəmişdir.

Şirkət rəhbəri tək bizim kənddən yox, başqa rayonlardan olan sakinləri də bu cür aldadıb. Onlardan İbrahimov Samir Azər oğlu, Əhmədov Ramazan Məhərrəm oğlu, İsmayılov Hüseyn Qasım oğlu, Alıyev Tural Elşad oğlu, Vəliyev Fariz Mübariz oğlu, Bağırov Nəsrəddin Sadəddin oğlu və daha çox sayda aldadılan insanlar var.

Biz halal zəhmətlə qazanmaq üçün həyətimizdəki meyvələri satmaq istəmişik. Biz nə biləydik ki, bu şirkət fırıldaqçılıqla məşğuldur?!

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı bizə kömək etsinlər. Polisə hələ müraciət etməmişik. Amma bu hərəkətləri ilə bizi məcbur edirlər ki, onları polisə şikayət edək”.

“Retems Group” şirkətinin baş direktoru Orxan Musayev “Hürriyyət”ə bildirdi ki, sakinlərin pulunun ödənilməməsinə görə rəhbərlik etdiyi şirkət məsuliyyət daşımır:

“Bəli, biz şirkət olaraq xurma alışı ilə məşğuluq. Ola bilsin ki, adlarını çəkdiyiniz 16 nəfərin malı da bilavasitə bizə satılıb. Lakin biz bütün tədarükçülərimizin ödənişlərini etmişik. Yəni şirkətin heç bir tədarükçüsünə borcu yoxdur. Hansısa bir tədarükçümüz bu sakinlərin ödənişlərini çatdırmayıbsa, bu barədə xəbərimiz yoxdur”.

Şikayətçinin qeyd etdiyi Ruslan adlı şəxs isə dedi ki, o, şirkətin nümayəndəsi deyil, fərdi çalışır, məhsulu alır və satır.

P.S. Redaksiyamıza şikayət edən şəxslərdən biri isə vurğuladı ki, şirkətdən ona yaxın günlərdə ödəniş ediləcəyi bildirilib: “Dedilər ki, Bakıya gəlmə, səbrli ol, yaxında pulun veriləcək”. Maraqlıdır ki, “Retems Group” şirkətinin baş direktoru Orxan Musayev isə bütün iddiaları rədd edərək, şirkətin kimsəyə borcu olmadığını deyir.

Onu da qeyd edim ki, yuxarıda adları çəkilən hər bir şəxslə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı. Şikayətçilərin redaksiyamıza göndərdiyi səs yazılarından isə aydın olur ki, Orxan Musayev bu işi Ruslanın boynuna atır, qarşı tərəf isə “Orxan niyə belə deyir, başa düşmürəm”, - deyə təccübünü bildirir.

Maraqlıdır, əgər belədirsə, bu insanların mənimsənilən pullarını kim qaytaracaq?
 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti