Fermanı təmir etdirən ər-arvad xəzinə tapdıYaradılıb 13.05.2024 08:29 | Baxış sayı: 175İngiltərənin Vest Dorset şəhərində öz fermalarını təmir edən Fuks ailəsi təsadüfən 17-ci əsrə aid sikkələrdən ibarət xəzinə tapıb.“Cebhe.info” bu barədə “Popular Mecanics”-ə istinadən yazır.Kolleksiya bu yaxınlarda “Duke's Auction House”-da 75 min dollara satılıb.Təxminən beş il əvvəl sikkələri tapan cütlük tavanın hündürlüyünü artırmaq istəyərkən xəzinəni görüb.Robert Fuks bildirib ki, sikkələr İngiltərədə birinci vətəndaş müharibəsi dövrünə aid olub.Xəzinədə I Yakov və I Çarlzın qızıl sikkələri, həmçinin I Yelizaveta, Filip və Mariyanın dövrlərinə aid gümüş taclar, şillinqlər və penslər olub. Facebook-da paylaş