Qırğızıstan-Özbəkistan sərhədində böyük yeraltı tunel aşkarlanıb.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Tunelin girişi Qırğızıstan tərəfdən Suzak rayonunun bəy-Abad kənd sakininin evində tapılıb.
Tunel 15 metr dərinlikdə, ümumi uzunluğu 130 metr, hündürlüyü 1,7 metr qazılıb. Qırğızıstanın dövlət sərhədinə qədər uzunluğu 50 metrdir. Qaçaqmalçılıq kanalının təşkilində şübhəli bilinən 38 yaşlı ev sahibi saxlanılıb.