Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib?
Xəbər verdiyimiz kimi, 2022-ci ilin oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində 10-DF-090 dövlət nişanı "Range Rover" markalı avtomobil yüksək sürətlə idarə edilməsi səbəbindən "Kia" markalı avtomobillə toqquşub. Nəticədə "Kia"da olan sərnişinlər - Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib.

Qaynarinfo-nun məlumatına görə, elə həmin ildən baş verən hadisə ilə bağlı cinayət işi açılıb və iş məhkəməyə göndərilib. İki ildən artıqdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə işə baxılsa da, hadisənin səbəbkarına hökm oxunmur.

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib?

"Range Rover" 1978-ci il təvəllüdlü Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsə məxsus olsa da, cinayət işi Beytulla Babayevə açılıb. Bu günə qədər hadisənin Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsi polkovnik Elşən Əliyev və yaxud Beytulla Babayev tərəfindən törədilməsi qaranlıq olaraq qalır.

Bu arada, hadisə nəticəsində dünyasını dəyişən Zülfüqar Zülfüqarovun həyat yoldaşı Rəqsanə mərhumun atasını Elçin Zülfüqarovu məhkəməyə verib. Xanım məhkəmədə iddia edib ki, qaynatası təqsirləndirilən şəxsin ailəsi ilə gizlin razılığa gələrək, onlardan maddi təminat alıb.

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib?

İstintaq müddətində iddiaçının körpə uşaqla birlikdə Gəncədən Bakıya gedib-gəlməsi çətinlik yaradacağı üçün öz aralarında olan razılığa əsasən, iddiaçının mərhum ərinin hüquqi varisi kimi qaynatası Elçin Zülfüqarov tanınıb. İstintaq prosesindən tam məlumatı olmasa da, artıq keçirilmiş bir neçə məhkəmə proseslərindən sonra ona məlum olub ki, qaynatası təqsirləndirilən şəxsin ailəsi ilə gizlin razılığa gələrək, onlardan maddi təminat alıb və bir tərəfli qaydada, yəni iddiaçı ilə razılaşmadan, onun və uşağının mənafeyi ziddinə olan hərəkətlərə yol verib. Əlavə olaraq bildirir ki, qaynatası ərinin faciəli ölümündən sonra onlara qarşı münasibətini dəyişib, onları evdən çıxarıb, ərinin ölümü ilə əlaqədar ailəsinə, yəni onlara ödənilən sığorta pulunu verməkdən imtina edib. Qaynatası həmin pulun üstünü düzəldərək onlara ev alacağını söz versə də, artıq bundan imtina edib, evi uşaq 18 yaşına çatandan sonra alacağını bildirir və onlara məxsus olan pulu verməkdən imtina edir.

Elçin Zülfüqarov məhkəmədə gəlininin iddiasını təkzib edib: "Gəlinim məni təqsirləndirilən şəxsdən 50 min manat almaqda günahlandırır və cinayət işində özünün zərərçəkmiş qismində tanınmasını tələb edir. Oğlumun bütün dəfn xərclərini özüm çəkmişəm. Amma məndən 5 min manat sığorta pulunu tələb edir. Hissə-hissə həmin vəsaiti ona ödəyə bilərəm".

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib?

Məhkəmənin Elçin Zülfüqarovun gəlini Rəqsanəyə 5000 manat sığorta pulunu ödəməsinə və ödənilmiş 120 manat dövlət rüsumunun 60 manatının tutulmasına qərar verib.

Qeyd edək ki, həmin qəza zamanı "Kia" markalı avtomobildən 40 min dollar oğurlansa da, sonradan polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri - Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıb.

Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib?
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal

Dünyapress TV

Xəbər lenti