Artıq bir neçə gündür ki, müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı başlayıb. Müqəddəs ayın ilk günlərindən restoranlarda iftar menyularının qiymətinin kəllə-çarxa qaldırıldığını müşahidə edirik. Məsələn, hazırda əksər restoranlarda qiymətlər 30 manatdan başlayıb, 95 manatadək davam edir. Bu isə ötən illə müqayisədə qiymətlərin xeyli artdığını göstərir. Bəs vətəndaşlar bu qiymətlərlə razılaşırmı? TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib. Hazırladığımız reportajı təqdim edirik: