İtlərin azyaşlını parçaladığı Qobuda sahibsiz küçə itlərini kim yığışdıracaq? - PROBLEM...
"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi sahibsiz itlərin küçələrdən yığışdırılmaması ilə bağlı səslənən şikayətlərə cavab verib.
Mərkəzdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzi artıq 5 ildən çoxdur, fəaliyyət göstərir.
Mərkəzin əsas işi Bakı şəhərinin inzibati ərazilərindən sahibsiz küçə itlərinin tutulmasıdır. Ancaq buna baxmayaraq, küçə itləri hələ də ünvanlarda var. Mərkəzə gün ərzində çoxsaylı vətəndaş müraciətləri daxil olur və işçilər də bu müraciətləri növbəli şəkildə təmin edir.
Mərkəzdən onu da bildiriblər ki, hətta bəzən elə hallar olur, işçilər sakinlərin göstərdiyi ünvanlara getsələr də, itlər həmin vaxt orada olmurlar:
"Dəfələrlə bununla bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb və nəzərlərinə çatdırılıb ki, bu məsələ qısa zaman kəsiyində həllini tapan deyil. Buna müəyyən müddət lazımdır. Hər kəsə də bəllidir ki, Mərkəz daim gücləndirilmiş iş rejimində çalışır və küçə itlərinə qarşı mübarizə tədbirlərini həyata keçirən qurum kimi əlindən gələni edir".
Qobuda baş verən hadisəyə gəlincə, "Toplan"ın əməkdaşları bu gün həmin ünvanda olublar və çox sayda sahibsiz küçə itləri tutulub.
"Bu iş tək bu gün deyil, hər gün aparılır. Ümumiyyətlə hər bir ünvanda dəfələrlə təkrar-təkrar reydlər aparılır. Açıq sahələrdə, böyük ərazilərdə küçə itləri daha çox olur, sürü halında gəzirlər" - Mərkəzdən bildirilib.
"Toplan" belə halların daha çox azyaşlı uşaqların başına gəlməsinə təəssüf edir: Böyüklər özlərini küçə itlərindən azyaşlılara nisbətən daha yaxşı qoruya bilirlər".
O, ki qaldı toplanan sahibsiz itlərin aqibətinə, Mərkəzdən bildirilib ki, sahibsiz küçə itləri tutulduqdan sonra qısırlaşdırma əməliyyatı olunur, quduzluq və digər zəruri vaksinlər vurulub şəhər ətrafı ərazilərə qaytarılır.
Qeyd edək ki, martın 3-də isə Qaradağ rayonu "Qobu Park" yaşayış kompleksində itlər azyaşlı oğlana hücum ediblər. Müxtəlif xəsarətlər alan doqquz yaşlı uşaq xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.
Orada yaşayan sakinlər hadisənin üzərindən iki gün keçsə də, sahibsiz itlərin hələ də yaşayış mərkəzinin ətrafında dolaşmasından narahatdırlar.
İtlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti açıqlanıb
İt parçalayan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib. Klinikanın sözçüsü deyib ki, azyaşlının müalicəsi reanimasiyada davam etdirilir.
Xatırladaq ki, martın 3-ü saat 17:37 radələrində "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.
04.03.24
Ötən gün "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında sahibsiz itlər 9 yaşlı oğlan uşağına hücum edərək ona ağır xəsarətlər yetiriblər. Təcili tibbi yardım göstərildikdən sonra azyaşlı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
TƏBİB Qobuda itlərin hücumuna məruz qalan həmin uşaqla bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, 03.03.2024-cü il tarixində saat 17:37 radələrində "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib.
Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti