Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evlərin birində baş verib.
Mənzildə olan 2015-ci il təvəllüdlü Zəhra Qasımova, 2016-cı il təvəllüdlü Həsən Qasımov, 2011-ci il təvəllüdlü Məryam Qasımova və 2010-cu il təvəllüdlü Məryam Qasımova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə onlar dəm qazından zəhərlənib.//APA