Növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olubYaradılıb 12.02.2024 08:23 | Baxış sayı: 103Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub.“Report”un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.Beləliklə, İlham Əliyev 92,12 % (4 567 458 səs) səslə seçkilərin qalibi olub.Digər namizədlərin səs faizi aşağıdakı kimidir:Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,54 faiz (26 517 səs).Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub. Facebook-da paylaş