Xəzər dənizində suyun çəkilməsindən sonra illər əvvəl batmış gəmi qalıqları üzə çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, əslində, bu ərazidə üzə çıxan qalıqlar əvvəlcədən də görünüb. Lakin sonradan suyun daha artıq çəkilməsi ilə qalıqlar çox üzə çıxıb.
Gəminin hansı quruma aid olduğunu aydınlaşdırmaq üçün “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə müraciət etdik. Bildirildi ki, gəmi “Xəzər Dəniz Gəmiçiliyi”nə aid deyil. Qeyd olunub ki, gəminin adı məlum olmadığından, heç bir məlumata malik deyillər.
Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Həmin vaxt dənizin səviyyəsi bugünkündən 70 sm aşağı olub.
Bəs bu gəmi nə vaxt batıb və hansı məqsədlər üçün istifadə edilib?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.