b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_86bbce4c690b90ecaac324d755a69448.jpg
 

Azərbaycandakı Qərblə bağlı şəbəkənin seçki günü genişmiqyaslı gözdənsalma kampaniyasına hazırlaşdığını təsdiqləyən və bu istiqamətdə fəaliyyəti ifşa edən məlumatlar həndəsi silsilə ilə artmaqdadır.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, yayılan ən son məlumatlarda bu prosesin Toplum TV-nin bazasında jurnalist Xədicə İsmayıl və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İB-nin sədri Anar Məmmədli vasitəsilə həyata keçirildiyi bildirilmişdi.

Qeyd edilirdi ki, Xədicə İsmayıl Bakı Jurnalistika Məktəbi nəzdində gənclərdən ibarət qrup formalaşdırır və bu qrupun əsas vəzifəsi seçki günü seçkilərin saxtalaşdırılacağına dəlalət edən faktların toplanması və yayılmasıdır. Gənclərə Gürcüstanda GİPA, Avropa ölkələrində pulsuz təhsilini davam etdirmək imkanları vəd edilir, onların seçki günü fəaliyyətinə böyük pullar xərclənir.

SMDT sədri Anar Məmmədlinin oxşar fəaliyyəti həyata keçirməsi üçün Qərb fondlarından böyük vəsait aldığı, bunun müqabilində onun 500 nəfərdən ibarət və bütün ölkə boyu fəaliyyət göstərəcək geniş şəbəkə yaradacağı, lakin üzərinə qoyulmuş vəzifənin öhdəsindən gəlmədiyi və cəmi 20 nəfərə yaxın qrup formalaşdırdığı, onların da əsasən radikal müxalifətin nümayəndələri olduğu bildirilmişdi. Məlumatda o da qeyd edilirdi ki, A.Məmmədli aldığı böyük məbləğdə qrantı mənimsədiyi və öz məqsədlərinə sərf etdiyinə görə indi çətin vəziyyətdədir.

Redaksiyamıza daxil olan son məlumatlar deyilənlərin yalan olmadığını və həqiqətən də Qərbdən maliyyələşən şəbəkə üzvlərinin, o cümlədən də Toplum TV və SMDT-nin bu istiqamət üzrə ardıcıl fəaliyyət göstərdiyini təsdiq edir. Bu məlumatlar sırasına səsvermə günü məntəqələrdə fəaliyyət göstərən gənclər üçün hazırlanmış iki təlimat xüsusi önəm kəsb edir. “Müşahidəçilər üçün davranış qaydaları ilə bağlı hazırlanmış Təlimat"da gənclərə seçki günü davranış qaydaları, hansı məsələlərə diqqət yetirilməsinin, nələrin videoya çəkilməsinin və s. məsələlərin vacib olduğu qeyd edilir.

Məsələn, bildirilir: “Sabah (yəni bu gün – red.) saat 7 tamamda artıq həmin məntəqədə olmaq lazımdır ki, prosesləri əvvəldən izləmək mümkün olsun. Mobil telefonların şarjını tam dolu saxlamaq və əgər varsa, poverbank götürmək. Sizdən kimliyindən asılı olmayaraq kimsə (hətta jurnalistlər belə soruşsa, fərq etmir) niyə və nə üçün, hansı maraqlar üçün müşahidəçi olduğunuzu sorarsa, hara ilə əməkdaşlıq etməyinizdən söz açmamağınız xüsusi xahiş olunur. Bu, hər iki tərəfin təhlükəsizliyi üçün vacibdir”.

Qrup üzvləri bütün texniki avadanlıqla təmin olunublar, onlara həmin texniki vasitələrlə necə davranmağın lazım olduğu göstərilib.

Diqqəti çəkən bir məqam da kifayət qədər ehtiyatlı davranmaq tövsiyəsidir ki, bu da ümumilikdə fəaliyyətin qeyri-leqal xarakter daşımasından irəli gəlir.

Daha sonra "seçki pozuntusu"nun necə lentə alınması barədə tövsiyələr verilir: “Əlbəttə ki, situasiya çətin ola bilər, lakin video çəkəndə telefonun əsməməsinə, fokus problemi olmamasına diqqət edin, topa bülleten və digər saxtakarlıqları edən şəxslərin üzünün videoda düşməsi lazımdır ki, ifşalamaq mümkün olsun. Videolar əsasən horizontal çəkilir, belə olması daha uyğundur, lakin bu hadisədən, həmin andan asılı olaraq, təbii olaraq dəyişə bilər. Qanunsuzluqlar əks olunan videoları çəkdikdən sonra dərhal qruplara atın və imkan daxilində qısa məlumatı (hansı məntəqə və dairədə olduğu, sizdən savayı yerli, yaxud beynəlxalq müşahidəçilərin reaksiyası, MSK nümayəndələrinin reaksiyası) yazılı, yaxud səsli şəkildə bölüşün”.

Deməli, qrup şəkilndə fəaliyyət göstərən “xəfiyyələr”ə həm də çəkilişlərin necə aparılması öyrədilir. Bu da onun üçün vacibdir ki, sonrakı mərhələdə bu görüntülər Qərbin aparıcı medialarına göndərildikdə onlar bundan istifadə edə bilsinlər. Çünki təlimatçılar çəkilişlərin standartlara uyğun olmadığı halda ciddi media tərəfindən yayımlanmayacağını çox yaxşı bilirlər.

Digər məqamların da aydın təsvir olunduğu bu təlimatda unutqanlıq problemi yaşayan “xəfiyyələrə” nə eləməyin lazım olduğu öyrədilir: “Diqqət problemləriniz varsa, kiçik kitabça götürə və diqqətçəkən məqamları qeyd edə bilərsiniz”. Həmçinin, həmin şəxslərə məntəqədən kənara çəkilməmək və 11 saat ərzində iş başında olmaq tapşırılır: “Yanınızda su və yeyəcək nəsə götürə bilərsiniz ki, yemək fasiləsi verib hansısa pozuntuları nəzərdən qaçırmaq ehtimalını minimuma endirəsiniz”.

Təlimatda səslərin sayılması zamanı nələr etmək lazım olduğu öyrədilir və təhlükəsizlik baxımından telefonda məlumat saxlamamaq və onları ötürdükdəın sonra silmək tapşırılır.

Cavid Nəbiyev adlı qeyri-ənənəvi seksual orientasiyaya malik digər təlimatçı isə qrupa aşağıdakı tövsiyələri verir:

“Seçkilərə az qalıb. Son hazırlıq üçün sizdən ricamız:

* göndərilən müşahidəçilik materiallarını bir daha təkrarlayın.

* məntəqə cütlükləri öz aralarında kommunikasiya qursun. Sabah hər cütlük seçkinin başlamasına 15-20 dəqiqə qalmış yerində olsun. Bu tədbir, workshop, seminar deyil. Qətiyyən gecikmək olmaz. Ciddi prosesdir və bu qədər əziyyətimiz hədər olmasın. Həm də vaxtında gəlin ki, məntəqə sədri başlanğıcda elan verəndə detalları unutmayasız və ilk seçicidən səsvermə aktivliyini hesablaya biləsiniz.

* Gün ərzində 2 dəfə sizə snack və su tədarükü edəcəyik. Bununla bağlı əlavə məlumat veriləcək.

* Hər birinizə poverbank tədarükü görülüb. Sabah 11-12 arası ilk snacklar çatdırılanda həmin poverbanklar da sizə veriləcək. Siz evdən çıxanda telefonunuzu tam yükləyin və özünüzlə “charging” kabeli də götürün. Poverbankların usb və tpc girişləri var.

Hər birinizə *50 azn* göndərildi (1 nəfərdən başqa). Bu sizin seçki günü "basic" (əsas - red.) ehtiyaclarınızı qarşılamaq üçün dəstəkdir. Məsələn, məntəqədə vaxtında olmaq üçün taksi tutub gəlməyiniz-filan. Seçkidən sonra hər birinizlə görüşüb həm protokollarınızı, həm də sizə veriləcək poverbankları təhvil alanda sizdən invoice formaya, yəni 50 azn almağı təsdiqləmək üçün kağıza imza atmağınızı istəyəcəm”.

Beləliklə, digər bir qrupun üzvlərinə kommunikasiyanın necə qurulması, hansı proqramlarla iş aparılması, yemək, verilən pul və s. barədə məlumat verilir.

Hazırda redaksiyamızda müxtəlif qruplar üzrə fəaliyyət göstərən şəxslər barədə ətraflı məlumat da var. Məsələn, SMDT-nin qrupuna 16 nəfər daxildir. Onlar Bakı, Gəncə, Yevlax şəhərlərində, Beyləqan, Kürdəmir, Ağdam, Lənkəran, Şəmkir, Daşkəsən və Cəlilabad rayonlarında fəaliyyət göstərirlər. Həmin şəxslərin adları, fəaliyyət növü, ev ünvanları və hətta telefonları barədə belə məlumatlar var.

Bakının Yasamal rayonunda toplaşmış digər bir qrupa 10 nəfər daxildir. Onlar Bakı, Gəncə, Yevlax şəhərləri, Abşeron, Lənkəran, Şəki, Neftçala rayonlarında fəaliyyət göstərirlər. Bu qrup üzvləri haqqında da redaksiyamıza dəqiq məlumat verilib.

Müəyyən etdiyimiz üçüncü qrup isə Toplum TV-nin nəzdində hazırlanmış və gənc jurnalistlərdən ibarət qrupdur. Onu da qeyd edək ki, Xədicə İsmayılın rəhbərliyi ilə hazırlanan bu qrup başlanğıcda xeyli gənc cəlb edə bilsə də, sonrakı mıərhələdə onların tam əksəriyyəti təlimləri tərk edib. Hazırda qrupun cəmi 5 üzvü var. Bakı şəhəri, Ağdam, Daşkəsən, Şabran və Quba rayonlarında fəaliyyət göstərən bu qrup üzvlərinin qarşısına da yuxarıda təsvir olunan vəzifələr qoyulub.

Əlavə edək ki, bu təxribat qruplarını ölkədən kənarda yaşayan məlum dəstə sosial şəbəkədəki kanalları vasitəsilə açıq çağırışlarla “motivasiya” edir. Bu dəstə də bəlli yerlərdən aldıqları qrantlarla onları qızışdırır və birdəfəlik vasitə kimi istifadə etməyə çalışır, hətta toqquşmaya getməyə təhrik edir.

Redaksiyaya qrup üzvləri, eyni zamanda onların təhrikçiləri haqda detallı məlumat da daxil olub və ehtiyac yaranacağı halda dərc edəcəyik.

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti