Krasnoyarsk diyarında yeniyetmələr 13 yaşlı məktəblini qarajın arxasına apararaq ayaqqabılarını öpməyə məcbur ediblər.
Lent.az xəbər verir ki, hadisə Jeleznodorojnı rayonundakı məktəbin yaxınlığında baş verib. Aralarında qız da olan 7, 9 və 11-ci siniflərin dörd şagirdi 13 yaşlı uşağı qarajın arxasına aparıblar. Onlar orada daha iki 9-cu sinif şagirdi ilə birgə uşağı diz çökdürməyə, ayaqqabılarını öpməyə və qıza hədə-qorxu gələrək ondan pul oğurladığına görə üzr istəməyə məcbur ediblər. Hadisə videoya çəkilib.
Daha sonra işgəncə verənlər uşağı şagirdlərdən birinin ayaqqabısını öpməyə məcbur etmək istəyiblər.
Polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisəni törədənlər saxlanılıb.