“Yeni Klinika”nın yeni təyin olunan direktoruna SƏRT REAKSİYA
DİA.AZ: - Məlum olduğu kimi, “Yeni Klinika”nın yeni təyin olunan direktoru Barat Yusubov təhlükəsizlik xidməti şöbəsinin müdiri, Vətən müharibəsi qazisi polkovnik-leytenant Coşqun Məmmədova klinikaya gələn TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmağı tapşırıb.

DİA.AZ xəbər verir ki, Coşqun Məmmədov 27 il orduda xidmət edib, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşüb, Xocavənddə yaralanıb. Qazi bildirib ki, “Barat həkim mənə Vüqar Qurbanovun maşınının qapısını açmaq göstərişi verdi. Daha sonra isə təkid etdi. Təbii ki, mən bunu qəbul edə bilməzdim. Çünki ehtiyatda olan zabit kimi qürurum, mənliyim buna yol verməzdi. Mənim vəzifəm klinikada kiməsə qapı açmaq deyildi”.
Bundan sonra, Coşqun Məmmədov Barat Yusubovun qəzəbinə tuş gəlib, bu iyrənc mənzərəni görəndən sonra da öz ərizəsi ilə işdən çıxıb.

DİA.AZ bildirir ki, bu olay geniş rezonansa səbəb olub və müxtəlif ünvanlar baş vermiş hadisəyə reaksiya verib.

Buz isə dia.az olaraq tanınmış politoliq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclunun olaya münasibətini təqdim edirik:

"Son dərəcə cılız adam olmaq lazımdır ki, kimisə qapı açmağa məcbur etməklə özünü şəxsiyyət kimi təsdiq etmək ehtiyacın olsun. Bəli, məhz şəxsiyyət kimi, çünki mövcud siyasi sistem şəxsiyyətləri sevmir, qəbul etmir və kimisə də vəzifəyə gətirmək lazım olanda üstünlüyü şəxsiyyətsizlərə verir. Nədir bunun səbəbi?

Belə bir seçim idarəetmə modelinin mahiyyətindən və onun iş prinsiplərindən irəli gəlir. Sistemə kor-kar-lal icraçılar lazımdır, şəxsiyyəti olanlar isə bunların nəinki üçü birdən, heç biri də olmur. Ona görə də insanları vəzifələrə təyin etdikdə ya həmin tələblərə cavab verənlər seçilir, ya da öncə onlar şəxsiyyətsizləşdirilir.

Şəxsiyyətsizləşdirmənin isə ən müxtəlif sınanmış yolları mövcuddur. Məsələn, Stalin dövründə yüksək partiya və dövlət rəhbərlərinin həyat yoldaşları xalq düşməni elan edilərək sürgünə və ya həbsə yollanılırdı. Bunu qəbul edənlər mənliyini, qürurunu və şəxsiyyətini itirərək köləyə çevrilmiş olurdular. Sistemin sadiq köləsinə.

Brejnev dönəmində isə bir çox sovet respublikalarında yüksək ranqlı məmurları vəzifələrə təyin etməzdən əvvəl onları qadın ailə üzvləri vasitəsilə sındırırdılar. Bunu qəbul edənlər şəxsiyyətdə alçalaraq vəzifələrdə yüksəlirdilər. Həmin dövrdə bu, Cənubi Qafqaz və Mərkəzi Asiya respublikalarında çox geniş yayılmış praktika idi.

Maksimum alçalmağı qəbul edənlər maksimum yüksək vəzifələrə yüksəlmək imkanı əldə edirdilər. Belələri həm də şəxsiyyətlərinə qarşı törədilmiş (və qəbul etdikləri) hərəkətlərin müvafiq sübutları ilə boğazlarına keçirilmiş ipdə (və ya zəncirdə) saxlanılırdılar. Bütün bunlar nə nağıl, nə də uydurma deyil. Adi bir misal.

Qorbaçov dönəmində xarici işlər naziri təyin olunmuş Eduard Şeverdnadzenin Gürcüstandakı vəzifəsinə mərkəzi komitədən iki namizəd iddia edirdi: kənd təsərrüfatı üzrə katib Cumber Patiaşvili və təşkilat məsələləri üzrə katib Soliko Xabiaşvili. Xabiaşvilini Şeverdnadze dəstəkləyirdi, amma Patiaşvilinin də güclü dəstəyi vardı.

Hələ o zaman qonşu respublikada danışlırdı ki, kimin birinci katib seçilməsindən asılı olmayaraq onun rəqibi həbsxanaya gedəcək. Belə də oldu. Patuaşvilinin mübarizədən qalib çıxmasının ardınca Xabiaşvili bütün komandası ilə bərbər həbs olundu. Amma o zaman ən maraqlı hadisələr onun məhkəməsində baş vermişdi.

Məhkəmədə Xabiaşvilinin üzünə duran partiya məmurları vəzifələr alarkən onun tərəfindən rüşvət verməyə məcbur edildiklərini iddia edəndə müttəhim bütün ittihamları rədd edərək, "zərərçəkmişlərin" vəzifəyə təyin olunmalarının qarşılığında onun yanına həyat yoldaşlarını və qızlarını göndərdiklərini bildirmişdi.

Bunun böhtan olduğunu da iddia etmək olar, amma ölkənin istər sovet, istərsə də post-sovet dövrünün ictimai-siyasi həyatına yaxından bələd olan gürcü dostlarım həmin ittihamların mütləq əksəriyyətinin həqiqət olduğunu bildirirdilər. Azərbaycana yaxşı bələd olan birisi kimi bütün bunlar mənə təəccüblü gəlməmişdi.

Bunu sadəcə misal olaraq gətirdim, əslində belə iyrənclikləri tirajlamaq prinsiplərimə ziddir. Amma fakt da öz yerində qalır: şəxsiyyəti olmayanların yüksək dövlət rəsmisi və məmuru vəzifələrinə təyin olunması praktikası bu gün də davam etməkdədir. Bu gün o formaca fərqli də ola bilər, amma mahiyyətcə dəyişməyib.

Şəxsiyyətsizlişdirmə modelinin əsasında duran prinsip isə budur ki, əvvəla, belələri sözəbaxan olurlar, eyni zamanda da özlərini təsdiq etmək ehtiyacı duyduqlarından tabeliyində olanları daim alçaltmağa çalışırlar. Çünki belələri yalnız başqalarını alçaldanda özünü yüksəkdə duya bilərlər.

Amma göründüyü kimi heç də hər kəsi alçaltmaq olmur. Daha doğrusu, əksəriyyəti. Ona görə ki, hər şeyini - əmlakını, rifahını, hüquqlarını, sağlamlığını, sabaha inamını, azadlığını və nəhayət bir tikə çörəyini itirmiş insanın yeganə itirə biləcəyi onun şəxsiyyətidir. Çünki şəxsiyyəti onun kimliyinin az qala yeganə ifadəsidir.

Onun uğrunda da insan ölümünə savaşmağa hazırdır. Belələri isə ölkədə milyonlarladır. Ona görə də təsadüfi deyil ki, Azərbaycanın müxtəlif bölgələrində baş verən ciddi etirazlar (Qubada, İsmayillıda və digər bölgələrdə) məhz insanların qürurunu və şəxsiyyətini alçaltmaq cəhdlərinə reaksiya olmuşdu. Görünür, belə də davam edəcək".
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti