9 milyon borcu olan “ATEF Şirkətlər Qrupu” növbəti dəfə məhkəməlik oldu –
“ATEF Şirkətlər Qrupu” gömrük qaydalarının pozulmasına görə yenidən məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddasinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə hüquqi şəxslər 2 min manatdan 3 min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinib. MMC-yə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Suraxanı Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Xatıradaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib. “ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyovdur. Onun Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə dostluq münasibətlərinin olduğu deyilir.
Səfər Mehdiyevin vəzifədən getməsindən sonra şirkətdə ciddi maliyyə problemləri yaranıb. Şirkətin qanuni təmsilçisi isə Talıb Əlixanbəyovun oğlu Emil Əlixanbəyovdur. “ATEF Şirkətlər Qrupu”nun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 9 milyon 521 min 876 manat 16 qəpik vergi borcu var.
“ATEF Şirkətlər Qrupu” MMC-nin rəhbərinin ölkədən çıxışına “stop” qoyulduğu deyilir.
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti