Gənc yazar İlham Əliyevə müraciət etdi:
Şair, jurnalist Rüfət Əhmədzadə Prezident İlham Əliyevə müraciət edib.

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, döngə 8, ev 23 ünvanında yaşayan Əhmədzadə Abşeron Dövlət Reyestr Xidmətindən şikayətçidir.

DİA.AZ bildirir ki, bu barədə Rüfət Əhmədzadə "Arqument.az"a bildirib.

Yazar ölkə başçısına müraciətin surətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə və Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədova da ünvanladığını deyir.

Gənc yazar İlham Əliyevə müraciət etdi:
Rüfət Əhmədzadə

"Mən 10 ildən çox jurnalist fəaliyyətilə məşğul olmuşam. Hər zaman yazılarımda dövlətçilik və qanun prinsiplərini əsas tutmuşam. Vətəndaşların incidilməsini, süründürməçiliyi qəbul etmədiyinizi Siz də dəfələrlə çıxışlarınızda bildirmisiniz.

Anam - AMEA-nın böyük elmi işçisi Gülarə Məcidovanın adına qeydiyyat vərəqəsi olan, 2004-cü ildə Masazır qəsəbəsində tikilən və artıq 20 ilə yaxındır ki, yaşadığımız evə çıxarış ala bilmirik. 2017-ci ildən bəri Abşeron Dövlət Reyestr Xidməti bizi incidir, son müracətimizdən də aylar keçdiyi halda nə imtina, nə də təsdiq cavabı ala bilmirik. Sizdən xahiş edirəm, bu süründürməçiliyə son verilməsinə göstəriş verəsiniz", - Rüfət Əhmədzadə qeyd edir.

Onun sözlərinə görə, hazırda süründürməçiliklə və məmur bürokratiyası ilə üzləşib:

"2004-cü ildə Masazır Bələdiyyəsindən sərəncamla aldığımız sənədlərdə indi məmurlar hansısa uyğunsuzluq axtarırlar, bizi get-gələ salırlar. Abşeron rayonundan yazdığım yazılara görə, sabiq baş memar (və korrupsiyaya görə həbs olunan) Akif Əliyev mənlə prinsipə düşərək, 2017-ci ildə bəzi sənədlərə qol çəkməmişdi. Lakin ev elə planda çəkildiyi kimi qalır, heç bir dəyişiklik və artırma da yoxdur. Qeydiyyat vərəqəsi də qanunsuz deyil. Belə olduğu halda aylardır və illərdir ki, bizi süründürmələrini anlamıram. Anam miras bölgüsü aparmaq istədikdə isə ona bildirilir ki, bu sənədlə heç bir şey etmək mümkün deyil. Onda belə çıxır ki, biz 20 ilə yaxındır bu evdə boşuna yaşayırıq? Əgər evimiz qanunsuz tikilidirsə, bu barədə niyə tədbir görülmür? Yox, qanuni tikilidirsə, onda niyə bizim evə çıxarış verilmir?"

"Bizə gələn son məktubda bildirilir ki, Ədliyyə Nazirliyi Notariat İdarəsi və Abşeron 2 saylı Notarius Ofisi tərəfindən cavab verilməmişdir. Biz nə etməliyik? Dövlət Kadastrı və Reyestrti Xidmətinin 4 saylı Ərazi Abşeron İdarəsinin əməkdaşları dura-dura, biz gedib Ədliyyə Nazirliyindən cavab tələb etməliyik? Sorğunun nə olduğunu bilmirik, amma dövlət məmurlarının biri o birinə vaxtında cavab vermirsə, bizim günahımız nədir? Bir sözlə, məmurlar məsələni uzatmaqla, biz də «havada asılı» vəziyyətdə almışıq. Anamın 70 yaşı var, utanmadan orda çalışan şəxslər ona deyirlər ki, get Ədliyyə Nazirliyindən bizim sorğumuza cavab gətir! Bu özbaşınalıq, vətəndaşa hörmətsizlik deyilsə, bəs nədir?" - deyə Rüfət Əhmədzadə bildirib.

Bölmənin digər xəbərləri

29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var

Dünyapress TV

Xəbər lenti