Deputat Vüqar İskəndərov da belə təhdidlər alır... - ÖZÜ AÇIQLADIİranın Azərbaycan siyasəti ilə bağlı danışan və fikirlərini açıq şəkildə çəkinmədən söyləyən bir neçə deputat var. Onlardan biri də dünən evinin qarşısında güllələnən Fazil Mustafadır. Fazil Mustafa İranın Azərbaycan siyasətini kəskin tənqid edən deputatdır. Ötən gün yerli TV-lərin birində çıxış edən deputat Fazil Mustafa və Vüqar İskəndərov İranın mövcud siyasəti ilə bağlı fikirlərini söyləmişlər. Fazil Mustafa açıqlamasında İranın bu günki siyasəti Molla zeyhniyyət ilə düşünülmüş, primitiv və bəs it və İranın özünə zərər verə biləcək siyasət adlandırıb. O, qeyd edib ki, İran bu proseslərdən özü zərərli çıxacaq.
Vüqar İskəndərov müsahibəsində bildirib ki, “İranının siyasi rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibinin görüşündə İran tərəfi Ermənistan və İranı “bir millət iki dövlət” kimi elan etmiş və qeyd etmişdi ki, bu ölkələri çox dərin köklər bağlayır”...

Görünür Fazil Mustafanın İrandakı Molla rejiminin siyasətinin fikirləri ilə bağlı düşüncələri Azərbaycandakı “mollaların” xoşuna gəlməyib. Azərbaycandakı İran molla rejiminin törtöküntülərinin növbəti hədəf kimdir?

Deputat Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fazil Mustafaya qarşı törədilmiş bu hərəkət terrordur, Azərbaycana qarşı uzanan xain əldir.

“Belə təhdidlər bizi öz yolumuzdan çəkindirə bilməz. Görünür, bu hadisənin sifarişçilərinin, törədənlərin gözü Azərbaycanın rifahını götürmür. Əminəm ki, qısa zaman ərzində bu hadisəni törədənlər aşkar edilərək, layiqli cəzalarını aıacaqlar”,- deyə deputat bildirib.

P.S. Haqqı danışan dili xaincəsinə susdurmaq ancaq xain xislətlilərin işidir. Bundan sonra vəziyyət necə olmalıdır? Deputatlara xidməti silahmı verilsin, yoxsa xüsusi mühafizəçilərmi?Onsuz da haqqı deyən, seçicisinin yanında olanda, mətbuata açıq olan, bizdən biri olan barmaqla sayılacaq qədər deputat var. Onları da belə susdursalar?! Növbəti hədəfin növbəti danışan dil olmayacağına kim zəmanət verə bilər?

Deputat Vüqar İskəndərov da, belə təhdidlər alır... Bunu o mətbuata açıqlamasa da, dostları, tanışları bundan xəbərdardır... Gəlin, növbəti hədəflərin seçilməsinə izin verməyək. Hamımız rejimin riyakar, ikiüzlü, satqın, molla zehniyyətli siyasətini tənqid edək.

Azərbaycanda olan iranpərəst, “mollabaşları” aralarımızdan təmizləyək.. Susmayaq... Allah danışan dilləri, haqqı deyənlər özü molla rejiminin qalıntılarından hifz etsin.

Bölmənin digər xəbərləri

29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var

Dünyapress TV

Xəbər lenti