Ardını oxu...
DİA.AZ: - Artıq vətəndaşlar marketlərdə aldadılmalarını ironiya ilə qarşılayırlar. Buna yetərincə sübut var. Amma görünən odur ki, vəziyyətin bu həddə çatması belə market sahiblərinə təsir etmir... Biz isə Dia.az olaraq yenə də vətəndaş gileylərini təqdim edirik.

" 'Rahat' market sizə halallıq verdim. Rəhbərliyinizlə də xoş arzular..." DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mirzə Böyükkişiyev adlı istifadəçi qeyd edib.

Narazı vətəndaş daha sonra yazır:
"Nə qədər cibimizə görəcəksiniz? Ehtiyac varsa, deyin qəpik-qəpik yığaq sizə kömək edək..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ukraynada beş milyon hektardan çox kənd təsərrüfatı sahələri yararsız hala düşüb

“Hromadske”nin materialı

Ətraf mühiti müharibənin susqun qurbanı adlandırırlar. Bəzən elə görünür ki, insan itkisindən və fəlakətli dağıntılardan pis heç nə ola bilməz. Amma ilk baxışda gözə görünməyini nahaq yerə ləng təsirli bomba ilə müqayisə etmirlər.

Biz “ekosid” ifadəsini tez-tez eşitsək də, zaman boyu uzanan bu fəlakətin tam miqyasının fərqinə indiyədək də vara bilmirik.

Dəymiş ziyanın quru statistikasının arxasında nə dayanır? Müharibə torpağa və qidanın keyfiyyətinə necə təsir edir? Hətta raketin sadəcə uçuşu belə necə zəhərlidir. Artıq indi nə edə bilərik və ətraf mühitə qarşı bütün hərbi cinayətləri lazımınca sənədləşdirməsi üçün dövlətin kifayət qədər vəsaiti varmı?

“Hromadske”nin Ukrayna nəşri bütün bunları ekoloqlarla birgə aydınlaşdırmağa çalışıb.

Kaxovka fəlakəti: miqyasları dərk etmək
Rusiyanın ekosidi barədə tammiqyaslı işğal başlandığı zamandan danışılıb və bunun ən bariz nümunəsi, əlbəttə ki, rus hərbçilərinin Kaxovka bəndini partlatmasıdır. Bu texnogen və ekoloji fəlakətin nəticələri barədə az danışılmayıb: onlarla yaşayış məntəqəsi və on min hektarlarla qoruq ərazisi suyun altında qalıb, nadir bioloji növ müxtəlifliyi məhv olunub, Dnepr və Qara dəniz suları son dərəcə çirklənib, suvarma sistemi sıradan çıxıb, su anbarı isə səhraya çevrilib. Terror aktı yüz minlərlə insanın həyatına təsir edib.

Təkcə torpağın məhsuldar üst qatının bərpasına, – bu qat Kaxovka bəndinin partladılması nəticəsində Dnepr çayının yaratdığı güclü sellə yuyulub, – yüz illər lazım gələ bilər.

“Əgər heç nə etməsən, torpağın məhsuldar qatının bir santimetri yüz il ərzində əmələ gələcək”, – Ukrayna MEA-nın Zabolotnı adına Mikrobiologiya və Virusologiya İnstitutunun alimi, biologiya elmləri doktoru Lyudmila Belyavskaya “Hromadske”yə deyib.

Fəlakətdən iki ay ötüb, ancaq suyun nəyi apardığı və bunu sonunda hara gətirdiyi hələ də anlaşılmaz olaraq qalır. Su təkcə məhsuldar torpağın üst qatını yumayıb və böyük ehtimalla, xırda çöl faunasının nadir bitki və heyvan dünyasını məhv etməyib, bundan başqa, ona yüzlərlə ton maşın yağı, basdırılmış zəhərli tullantılar, heyvan cəsədləri, anbarlarda qorunan kimyəvi məhsullar düşüb. Ekoloqlar heç konkret təsirlərdən danışa bilmirlər: yəqin ki, bütün bu zəhərli maddələr artıq Qara dəniz hövzəsinə çatıb. Onların bir hissəsi yolda dibə çökür və yeraltı sulara qarışır.

“Mahiyyət etibarı ilə Dneprin aşağı hissəsində və Buq çayının cənubunda, həmçinin yaxın ərazilərdə bütün içməli su təchizatı mənbələri sıradan çıxıb. Oradakı su içməli suyun keyfiyyət parametrlərinə uyğun gəlməyib. Bəzi yerlərdə onların təmizlənməsi ilə bağlı ölçü tədbirləri görülüb, bəzilərində yox, axı bütün bu ərazi döyüş yerləridir”, – “Ekologiya-Hüquq-İnsan” beynəlxalq xeyriyyə təşkilatının ekoloqu Anatoli Pavelko deyib.

Məqalə müəlliflərinin ünsiyyət qurduğu müxtəlif təşkilatların alimləri və ekoloqları sahilinə zibil qalaqları çıxan Qara dənizdən qrunt, lil və su nümunələri götürüb. Onlar hazırda tədqiqatın hələ davam etdiyini söyləyirlər.

“Biz lil nümunəsi götürmüşük, amma hələ laboratoriyada analiz etməmişik. Suyun dibində nə var, tərkibi necədir, bu tərkib təhlükəlidirmi – bunun üçün ətraflı tədqiqat aparmaq lazımdır. Bir neçə komponentin analizini edib “vəssalam, təhlükəsizdir, kartof əkin” söyləmək olmaz”, – Anatolinin həmkarı ekoloq Yekaterina Polyanskaya deyir.

“Bizimlə gedən insanlar virusoloqlar üçün də analiz götürüblər. Virusoloqlar deyiblər ki, əgər bu çoxdankı lildirsə, orada təhlükəli virsular ola bilər. Mən qorxutmaq istəmirəm, amma bir ekoloq kimi deyim: orada hələ ki heç nə əkməmişəm və orada bitən heç nəyi yemərəm. Yaxşısı budur, analizin nəticələrini gözləyək və təhlükənin olub-olmadığını bilək. Analizlərsə zaman tələb edir”, – o əlavə edir.

Gözə görünməyən zəhər torpaqdan masaya
Rusiya hərbçiləri Ukraynanın ərazisinə soxulandan sonra ən çox məhsuldar torpaqları olan bölgələr əziyyət çəkir. Beş milyon hektardan çox kənd təsərrüfatı sahələri yararsız hala düşüb. Və bu sahələr hər ötən gün artır. Həmin ərazilər minalanıb, döyüş sursatı ilə doludur, orada partlayışlar nəticəsində çuxurlar meydana gəlib, neft məhsulları və kimyəvi zəhərli birləşmələrlə çirklənib.

Qrunt torpaqların ağır metallarla çirklənməsi böyük problemə çevrilib. Döyüşlərin getdiyi ərazilərdən nümunə götürən alimlərin tədqiqatlarına görə, mərmi partlayışından sonra torpaqda qurğuşun, kadmium, alüminium, mis, kobalt, manqan və digər metalların miqdarı artıb. Partlayıcı maddənin oksidləşməsi nəticəsində isə kükürd və azot birləşmələri çoxalıb. Bu maddələr çuxurlarda təxminən iki metr dərinlikdə ola bilər. Ağır texnikanın yandığı və neft məhsullarının axımı baş verdiyi yerlər heç də az təhlükəli deyil.

Bütün zəhərli maddələr torpaqdan bitkilərə keçir. Odur ki, heç bir halda sadəcə çuxuru doldurmaq və ya bu torpaqda nəsə əkmək olmaz. Zəhərli maddələri ən çox günəbaxan, buğda və qarğıdalı özünə çəkə bilər, biologiya elmləri doktoru Lyudmila Belyavskaya deyir. Ağır metallar orqanizmdə toplana və müxtəlif xəstəliklər və ya genetik mutasiyalar doğura bilər. Və bu təkcə üzərində fəal hərbi döyüşlər gedən ərazilərə aid deyil.

Ərazilərin minalardan təmizlənməsinə və konservasiyasına yüz illər lazım gələcək
“Washington Post” bu yaxınlarda Slovakiya GLOBSEC qeyri-hökumət təşkilatının nəticələrini dərc edib: hazırkı templə Ukraynanın bütün ərazisini minadan təmizləmək üçün 757 il və milyardlarla dollar lazım gələ bilər.

Hazırda Ukrayna ərazisinin üçdə biri mina sahəsidir. Söhbət təxminən 174 min kvadrat kilometrdən gedir. Ölçülərinə görə, bu, Uruqvay və ya Amerikanın Florida ştatı kimidir.

“Meşələri minalardan əllə təmizləməli olacaqlar, axı ora maşın girə bilməz. Mən bilmirəm, əllərində minaaxtaran neçə adam bu işlə məşğul olmalıdır. Üstəlik orada plastik minalar ola bilər. Bu aparatlarla onları eşitmək çox çətindir, çünki həmin minların yalnız balaca bir detalı metaldandır. Belə başa düşürəm ki, Donetsk, Xarkov və sərhəd vilayətlərində bəzi meşələrdə potensial olaraq adamların gəzməsi qadağan olunacaq. Lap Birinci Dünya Müharibəsindən çıxmış Fransadakı kimi”, – “Ekologiya-Hüquq-İnsan” beynəlxalq xeyriyyə təşkilatının ekoloqu Yekaterina Polyanskaya deyir.

Ekoloqların proqnozlaşdırmasına görə, daha çox dağıntılara məruz qalmış və faktiki olaraq döyüş sahəsinə çevrilmiş Baxmutu, Soledarı, Marinkanı, Avdeyevkanı və digər şəhərlərlə kəndləri gələcəkdə konservasiya gözləyir. Axı bu torpaqlar tamamilə dağılıb – minlanmış həmin ərazilərdə minlərlə çuxurlar mövcuddur, odur ki, artıq yaşayış üçün yararlı deyil.

Ekoloji cinayətlərin sənədləşdirilməsi: problemlər və çağırışlar
Dövlət Ekologiya Müfəttişliyi müharibə boyu ətraf mühitə iki min yarımdan çox dəfə ziyan vurulduğunu təsbit edib. Baş Prokurorluğun hazırda ətraf mühitə qarşı cinayətkarlıqla bağlı təhqiq etdiyi işlərin sayı 200-ü ötüb. Onlardan 15-ni məhz ekoloji cinayət kimi (Cinayət Məcəlləsinin 441-ci maddəsi) təfsir edirlər. Ukrayna qanunvericiliyinə görə, bu, flora və ya faunanın kütləvi məhvi, atmosferin və ya su ehtiyatlarının zəhərlənməsidir ki, onlar da nəticədə ekoloji fəlakətə səbəb ola bilər.

Rusiyalı hərbçilərin atom elektrik stansiyalarını tutması və atəşə məruz qoyması, Atom Tədqiqatları İnstitutunun atəşə tutulması, quşların, delfinlərin kütləvi şəkildə məhvi, neft bazalarına məqsədyönlü şəkildə hücumlar və Kaxovka SES-in dağıdılması, – bu, Çernobıl dövründən bəri ən iri ekoloji fəlakətdir, – bu, birmənalı şəkildə ekosiddir. Və Ukrayna, Baş Prokurorluğun dediyinə görə, dünyada ilk ölkədir ki, bu miqyasda ekoloji hərbi cinayətləri və ekosidi təhqiq edir.

Hərçənd Beynəlxalq cinayət hüququnda hələ ki “ekosid” termini yoxdur. Haaqa məhkəməsinin onu beynəlxalq cinayət kimi tanıması üçün beynəlxalq hüquqşünaslar uzun illərdir ki, mübarizə aparır. Ukrayna bu mübarizənin katalizatoru ola bilər.

Bu proses hələ uğursuzdur. Hərçənd Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ətraf mühitə ziyan vurulmasına müharibə cinayəti kontekstində baxa bilər. Ukrayna Baş Prokurorluğu Ofisi məhz buna ümid bəsləyir – BCM nümayəndələri Kaxovka faciəsinin təhqiqatına başlayıb.

Ukrayna özü bilavasitə icraçıları mühakimə edə bilər. Ölkədə ətraf mühitə qarşı hərbi cinayətkarlığa görə ilk hökm Rusiya generalı və polkovnikinə çıxarılıb. İstintaqın məlumatına görə, onlar Kaxovka SES-nın zəbt olunmasında və Şimal Krım kanalının partladılmasında bilavasitə iştirak ediblər. Bu adamlara qiyabi də olsa 12 il həbs cəzası və 1,5 milyard qriven cərimə kəsilib.

Ekoloji cinayətlərin beynəlxalq təhqiqatı isə qat-qat çox çəkə bilər, axı bunun üçün danılmaz dəlillər və ekspertizalar lazımdır. Ukraynada bu cinayətlərin sənədləşdirilməsi ilə bağlı da çətinliklər var. “Ekodiya”nın icraçı direktoru Olqa Polunina deyir. Bunlar həm itkilərin hesaba alınması üzrə metodikada yaranan suallar, həm müxtəlif orqanlar arasında koordinasiyanın yoxluğu, həm də bütün bunları lazımınca tədqiq etmək üçün aşkar vəsait çatışmazlığıdır.

“Bu, çox alicənab cəhddir (beynəlxalq məhkəmədə ekoloji cinayəti sübuta yetirmək – red.), lakin bu məsələdə çoxlu “amma”lar var. Birincisi, ölkədə normal şəkildə ekoloji monitorinq aparılmır. Yəni, kobud desək, əgər müharibədən əvvəlki qrunt nümunəsini məhkəməyə təqdim edə bilməsəm, neft axıntısının ətraf mühitə təsirinin məhz müharibə zamanı baş verdiyini necə sübut edə bilərəm. Zənnimcə, biz araşdırmaya başlayanda bu problem aydınlaşacaq”, – Polunina “Hromadske”a şərhində deyir.

Ekoloqların sözlərinə görə, təbii ehtiyatlara görə məsul olan bütün dövlət sahələri bu cür statistika aparsın: harada nə və necə zərər çəkib. Ukraynanın əsas işi bunu mümkün qədər çox və ətraflı təsbit etməkdir. Effektli olub-olmadığına isə Beynəlxalq Məhkəmə qərar verəcək.
meydan tv
Ardını oxu...
Avtomobilin dövlət qeydiyyat nişanı yararsız olan sürücülərə xəbərdarlıq edilib.Törədilə biləcək hər hansı bir inzibati xəta zamanı xüsusi texniki vasitələr nömrəni dəqiq qeydə almaqda çətinlik çəkir və yaxud elektron protokol başqa bir şəxsə tərtib olunur.Belə faktların qarşısını almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarənin əməkdaşı Elvin Hacıyev Xəzər Xəbər”ə deyib ki, sürücülər nəqliyyat vasitələrinin nömrə nişanına mütəmadai olaraq nəzarət etməlidirlər.

Adətən avtomobilin dövlət qeydiyyat nişanında hərf, rəqəm və bayrağın zədələnməsi avtoyuma məntəqələrində şırnaqlı suyun yaxından vurulması zamanı olur. Əgər nömrə nişanları normada nəzərdə tutulan standartların tələblərinə cavab verməsə, nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq olduğuna görə həmin nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılır. Yəni yol polisinin ixtiyarı var ki, həmin nəqliyyat vasitəsini saxlasın və onların istismarını qadağan etsin.

Qeyd edək ki, sürücü avtomobilinin qeydiyyat nişanında nasazlıq aşkar etdikdə ərazi üzrə qeydiyyat, imtahan mərkəzlərinə yaxınlaşıb, cütünə 50 manat ödəməklə yenisini ala bilər.
 
Ardını oxu...
Domodedovo və Vnukovo aeroportlarında eniş-uçuş müvəqqəti dayandırılıb
Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Vnukovo hava limanlarında reys qəbulu və göndərişi müvəqqəti olaraq dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə TASS aviaxidmətlərə istinadən məlumat yayıb.

“Baza” teleqram kanalının məlumatına görə, hava limanlarında dron təhlükəsi ilə əlaqədar “Xalça” rejimi elan olunub.

Təyyarələrin Şerementyevo aeroportuna yönləndirildiyi bildirilib.
 
Ardını oxu...
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin rəhbərliyi barədə maraqlı iddia irəli sürüb.

Mia.az xəbər verir ki, o, bu barədə sosoal media hesabında yazıb.

İSBAM sədri Agentliyi "Heydər Əliyev ili" ilə bağlı saxta layihə həyata keçirməkdə ittiham edib: “Hazırda bır sualla QHT Agentliyinə, Agentliyin Müşahidə şurasına, sədr Azay Quliyevə, icraçı direktor Aygun Əliyevaya üzümü tuturam: “Ötən il “Şuşa ili ” münasibətilə nəzərdə tutulmuş “Heydər Əliyevin Şuşa sevgisi ” adlı layihənin taleyi necə olub?"

Bilirəm, bu suala heç bırınız cavab verə bilməyəcəksiniz. Odur ki , bu məsələ ilə bağlı qısa məlumatı ictimaiyyətə açıqlayıram.

“Heydər Əliyevin Şuşa sevgisi ” adlı layihəyə 35000 manat pul ayrılıb. Şuşada keçirilməsi nəzərdə tutulan tədbir keçirilməyərək, saxta hesabatla ayrılan vəsait mənimsənilib.

Belə bır tədbirlə bağlı KİV də heç bır məlumat yoxdur.

Qeyd edım kı, mövzu QHT Agentliyinin öz layihəsi olub.

Burada hansı formada saxtakarlıqlar həyata keçirildiyini faktlarla sübut edəcəm. Müvafiq dövlət qurumlarını məsələni ciddi araşdırmağa çağırıram”.

İddia ilə bağlı Agentliyin adıçəkilən şəxslərinin mcvqeyini gözləyirik.
 
Ardını oxu...
Taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlara başlanılıb. İlk növbədə qanunvericilik bazası təkmilləşdirilir. “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” Qanunlara, eləcə də İnzibati Xətalar və Vergi Məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı məsələ parlamentin müzakirəsinə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklərlə bağlı Prezident İlham Əliyev 18 avqust 2023-cü ildə Fərmanlar da imzalayıb. Bu, taksi fəaliyyətində səmərəli nəzarət mexanizmlərinin yaradılması baxımından olduqca əhəmiyyətlidir. Dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Hurriyyet.az-a verilən məlumata görə, qanunvericiliyə olunan dəyişikliklər taksi xidməti sektorunda bir sıra yenilikləri nəzərdə tutur. Son illər gündəlik leksikonda tez-tez rast gəlinən “taksi sifarişi operatoru” ifadəsi ilk dəfə hüquqi-normativ sənədlərdə əksini tapıb. Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir.

Qeyd edilib ki, “Lisenziyalar və icazələr haqqında” qanuna edilən dəyişiklik sayəsində taksi xidməti sektorunda tətbiq olunan digər yeniliklər isə buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır. Buraxılış vərəqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” Qanuna əsasən buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

Vurğulanıb ki, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün icazə, buraxılış vərəqəsi və buraxılış kartı 7 il müddətinə verilir.

Qanunvericiliyin tələbinə riayət olunmasını təmin etmək baxımından nəzarət tədbirlərinin olması mütləqdir. Məhz buna görə də İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Taksi xidməti sektorunda qanunvericiliyin tələbinin pozulması inzibati məsuliyyət yaradır ki, bunun üçün də cərimə sanksiyaları nəzərdə tutulub. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına, yəni icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.

Taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədiyi və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etmədiyi halda cərimə olunacaq. Vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.

“Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir”, - deyə qeyd olunub.

 
 
 

Ardını oxu...
DİA.AZ: - " 'Vita1000' suallarının mənbəyi Oğuz-Qəbələ-Bakı su kəməridir. Bir neçə həftə öncə AQTA qablaşdırılmış suları yoxlayıb və uyğunsuzluq aşkarlamışdı..." DİA.AZ bildirir ki bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Aynur Əliyeva adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Nöqsanları aradan qaldırmaq üçün məcburi göstəriş verildi. "Vita1000" suları bu göstərişə uyğun olaraq suyun mənbəyi kimi Oğuz-Qəbələ-Bakı su kəmərini göstərməli idi, bir ara göstərdi də...

Amma bu yaxınlarda yenə insanları aldatmağa, suyun mənbəyini "Böyük Qafqaz sıra dağları" kimi yazmağa başlayıblar...

Suyun mənbəyi nədirsə onu da yazsınlar, insanları aldatmasınlar!"

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
 
İqbal Məmmədovun obyekti BELƏ TƏHLÜKƏ SAÇIR - Nazirlikdən AÇIQLAMA
Tarix: Bu gün, 17:49 | Çap et
İqbal Məmmədovun obyekti BELƏ TƏHLÜKƏ SAÇIR
Lerik rayonunda kəsilmiş toyuqların qanı çaya axıdılır.

Teref.az yazır ki, bu barədə saytımızın 12-08-2023 sayında yazmışdıq.
Lerikin deputatı İqbal Məmmədova ağır ittihamlar: 10 ildir işlətdiyi broyler çayı yarasız edib, çaydan su əvəzinə qan gedir.
(https://teref.az/manset/293567-lerikin-deputati-iqbal-memmedova-agir-ittihamlar.html)

Belə ki, rayonun Piran kəndində yerləşən broyler sexində kəsilən toyuqların qanının çaya axıdılması oranı yararsız hala salıb.

Qeyd edək ki, həmin sexin deputat İqbal Məmmədova məxsus olduğu bildirilir.
Ardını oxu...
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin tabeliyində olan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Lerik rayonunun Piran kəndi ərazisində fəaliyyət göstərən “Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb:

“Araşdırma zamanı “Lerik Broyler” MMC-nin fəaliyyəti ilə əlaqədar bir sıra çatışmazlıqlar və nöqsanlar aşkar edilərək aktlaşdırılıb.

“Hazırda araşdırma materialları aidiyyəti dövlət orqanları ilə birlikdə təhlil edilir və təhlillərin nəticəsindən asılı olaraq “Lerik Broyler” MMC barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

 
Ardını oxu...
Nyu-York polisi BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı təxribat törədən Cobanyan Sulyanı həbs edib.

“Report”un ABŞ bürosu xəbər verir ki, polis BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirirən həmvətənlərimizə qarşı təxribat törədən erməniləri sorğuya çəkib.

Əraziyə gələn polis əməkdaşları şikayətçi tərəfləri dinləyir. Polis hadisəyə dair foto və videoları incələyir.

Aksiya iştirakçılarının sorğusu davam edir.

00:02

ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

“Report”un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla “humanitar böhran” yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.
Dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.

Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.

Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisləri gəlib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.

Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Lənkəran Şəhər İcra Hakimiyyəti şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda təmir işlərinə başlayır.

Qaynarinfo xəbər verir ki, qurumun bununla bağlı keçirdiyi tender başa çatıb. Tenderin qalibi "Mars Construction” MMC seçilib. İcra Hakimiyyəti təmir işlərinə görə şirkətə 699 284,57 AZN ödəyəcək.

"Mars Construction” MMC 10 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kamranov Kamran Bilal oğludur.

"Mars Construction” MMC təsis ediləndə adı "Mars-B” MMC olub. 20 oktyabr 2022-ci ildə şirkətin adı dəyişdirilib.

Kamran Kamranov 24 may 2023-cü il tarixdən şirkətin qanuni təmsilçisidir. Ona qədər şirkətin 4 qanuni təmsilçisi olub. Həmin şəxslər aşağıdakılardır:

Abbasov Ərşad Qniyaz oğlu
Məmmədov Elçin Əlizamin oğlu
Səmədov Elməddin Telman oğlu
Feyzullayev Anar Məzahim oğlu

Kamran Kamranov daxil bu şəxslərin heç bir haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.

"Mars Construction” MMC də sirli şirkətdir. Barəsində heç bir məlumat yoxdur.

Bununla belə şirkət tenderlərdə fəal iştirak edir. 2023-cü ilin 8 ayı ərzində "Mars Construction” MMC 5 tenderin qalibi olub. Bura indi haqqında bəhs etdiyimiz müsabiqə də daxildir.

Lənkəran Şəhər İcra Hakimiyyəti ötən il Lənləranda abadlıq, quruculuq, yenidənqurma və təmir işləri ilə bağlı 4 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin toplam maliyyə dəyəri 1 392 643, 99 AZN-dir.

Beləliklə, ötən abadlıq və təmir işlərinə milyon yarıma yaxın vəsait xərclənsə də, icra hakimiyyəti bu il yenidən tender keçirməyə ehtiyac duyub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən Lənkərana rəhbərlik edir.

Taleh Qaraşovun icra başçısı kimi karyerası isə 1996-cı ildən başlayır. O, 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub.

Dünyapress TV

Xəbər lenti