İranda Bakıdan gedən azərbaycanlılara ERMƏNİLƏR dərs keçir -“İranın və Ermənistanın hərbi kəşfiyyatı birlikdə bir təşkilat yaradıb. Bu təşkilatın əsas funksiyası türk dövlətlərindən dini təhsil almaq məqsədi ilə İrana gələn gəncləri öz dövlətlərinə qarşı radikal qüvvə kimi hazırlamaqdır”.

TEREF.AZ bildirir ki, bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada təmsilçisi Aslan İsabəyli Bizim.Media-ya eksklüziv müsahibəsində bildirib.

O, əlavə edib ki, bu quruma rəhbərlik edən İranda doğulmuş milliyətcə erməni olan Tiqran Dəmirçiyandır. Lakin İranda onu hamı Mehdi adı ilə tanıyır:

“Bu erməni gədəsi Tiqran Dəmirçiyan uzun müddət Ermənistanda olub. Burda xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılıb, yetişdiriləndən sonra İrana göndərilib. O da Azərbaycandan, Türkmənistandan, Qırğızıstandan, Özbəkistandan, Qazaxstandan və Rusiyadan gələn və burada dini təhsil alan insanlara Mehdi islamı “əxz elətdirir”.

Aslan İsabəyli Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi son əməliyyat zamanı İranda istehsal olunmuş köynəklər barədə də danışıb:

“Həmin köynəklərin üstündə xüsusi işarələr var. Terroru əks etdirən qılınc əsas simvollarıdır. Erməni-fars təşkilatı öz fikirlərini gücləndirmək üçün hətta “Qurani-Kərim”dən yozmalar edirlər. Çox təəssüf ki, İrana dini təhsil dalınca gedən əksər gənclər təsir altına düşür. Qoy, həmin gənclər bilsin və başa düşsün ki, onlara təlqin və tədris edilənlərin islama heç bir aidiyyatı yoxdur. Bunlar hamısı erməni-fars hərbi kəşfiyyatının birgə layihəsidir. Məqsəd də odur ki, türk dövlətləri, xüsusən də Azərbaycan daima təhdid altında olsun”.

Müsahibimiz sonda onu da bildirib ki, əslində “şeytan dövləti” İrandır. Və onlar digər şeytanla-ermənilərlə bir olub dünyəvi dövlət olan Azərbaycana qarşı hər cür şərəfsizliyə gedirlər.
 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır

Dünyapress TV

Xəbər lenti