Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamentində vitse-spiker Akop Arşakyanla Levon Köçəryan (Robert Köçəryanın oğlu) arasında dava düşüb.

Axar.az xəbər verir ki, Arşakyan qalmaqal zamanı Robert Köçəryanın atasının azərbaycanlı olması ilə bağlı yayğın iddianı təkrarlayıb.

Bunu “Köçəryan ailəsinin təhqir olunması” kimi qiymətləndirən ikinci prezidentə yaxın media onun ata-anası haqda məlumatı təqdim edib. Təqdimatda bildirilir:

“Rəsmi tərcümeyi-halda Robert Köçəryanın atası və anası ermənidir. Atası Sedrak Köçəryandır. O, 1910-cu ildə Dağlıq Qarabağın Astaşen kəndində anadan olub. O, Dağıstan Kənd Təsərrüfatı İnstitutunu bitirib, sonra Qarabağa qayıdıb, bir sıra məsul vəzifələrdə çalışıb. O, Dağlıq Qarabağ Muxtar Vilayətinin Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib. O, vilayət soveti icraiyyə komitəsi sədrinin birinci müavini, həmçinin raykomun büro üzvü olub. Sedrak Köçəryan kənd təsərrüfatı elmləri namizədi olub, elmi tədqiqatlarla məşğul olub. O, həmçinin Dağlıq Qarabağın kənd təsərrüfatı problemlərinə aid 20-dən çox elmi əsərin müəllifidir. 1977-ci ildə ölüb.

Anası — Qarabağın Hadrut rayonundan olan Emma Ohanyan. Əvvəl Leninakanda, sonra Xankəndidə elmi işçi işləmişdir. O, 2015-ci ildə ölüb”.

Göründüyü kimi, erməni mediasının verdiyi bu məlumat yarımçıqdır. R.Köçəryan 31 avqust 1954-cü ildə Xankəndidə anadan olub. Beləliklə, həmin vaxt atası sayılan Sedrak Köçəryanın 44 yaşı olub. S.Köçəryan Qarabağa nə vaxt qayıdıb, hansı vəzifələri və neçənci illərdə tutub, nə vaxt ailə qurub, niyə 43-44 yaşında evlənib? Digər tərəfdən, “Emma Ohanyan” olaraq təqdim edilən anası haqda ümumiyyətlə bilgi verilməyib – neçənci ildə anadan olub, Xankəndiyə nə vaxt gəlib?

2015-ci ilin avqustunda Emma Ohanyanın 89 yaşında (bu da mübahisəlidir) öldüyü haqda məlumat yayılmışdı. Demək, Ohanyan 1926-cı ildə anadan olub. Maraqlıdır, niyə özündən 16 yaş böyük kişiyə ərə gedib?

Bəs, əsl həqiqət haradadır?

Robert Köçəryanın atasının azərbaycanlı olması ilə bağlı 2018-ci ildə Rusiya sosial şəbəkələrində məlumat yayılmışdı. Daha sonra Daşkəsənin yaşlı nəslinin bildiyi həqiqətləri jurnalist Qalib Arif də ictimailəşdirdi.

Hər iki mənbədə bir çox faktlar oxşardır: Köçəryanın anası Emma Ohanyan (rus mənbə “Asmik Sokratovna” kimi təqdim edir) Daşkəsənin keçmiş Şarukar kəndidə doğulub, kənddə riyaziyyatdan dərs deyib.

Həddən artıq gözəl olub, rayon Maarif Şöbəsinin müdiri Məmməd Məcidov onu görüb və Daşkəsən şəhər məktəbinə dəvət edib, onun üçün kirayə ev tutub, orada saxlayıb. Bir müddətdən sonra isə Robert dünyaya gəlib.

Bu ərəfədə Məmməd Məcidov vəziyyətdən çıxmaq üçün onu Sosial Təminat Şöbəsində mühasib işləyən, bir qolu şikəst olan Sedrak Köçəryana ərə verib.

Daşkəsən rayonunun birinci katibi Əli Süleymanov hadisəni öyrənib, Emmanı çağırıb, ondan ərizə alıb və Məmməd Məcidovu fakt qarşısında qoyub. M.Məcidov bundan sonra könüllü ərizə yazaraq, rayondan köçüb öz şəhərinə - Gəncəyə gedib. Robertin atabir qardaşları olan Mərdan, Pirxan və Elmanın hazırda Gəncədə yaşadıqları bildirilir.

Əvəzində Robertin anasına bu dəfə birinci katib Əli Süleymanov “yiyə” çıxıb, Sedrak Köçəryanın isə vəzifəsini artırıb. Robertin anasının gözəlliyi sayəsində məktəb direktoru, sonra isə RPK-də ikinci katibliyinə qədər “yüksəldiyi”ni rus mənbələr iddia edir.
 
 
 

Bölmənin digər xəbərləri

17 May 2025 Memiş Bakıda, Qriqoryan Tehranda - Səhnə arxasında Zəngəzur?
17 May 2025 "Rusiya qəbuledilməz şərtlər irəli sürdü"
17 May 2025 İhale kralıyla ortaklığı ortaya çıkmıştı: Şimşek haberi doğruladı ama 'algı' suçlaması yaptı
17 May 2025 İnanılmaz hadisələr baş verir!
17 May 2025 Yaponiyada dəstə üzvləri özbək miqrantları yapon kimi təqdim edərək qanunsuz gəlir əldə ediblər
16 May 2025 Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16 May 2025 Xronika: Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək VİDEO
16 May 2025 Tramp BƏƏ-də BU RƏQSLƏ qarşılandı - VİDEO
16 May 2025 PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
16 May 2025 Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
16 May 2025 Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO

Dünyapress TV

Xəbər lenti