Bu sarayın Putinə aid olduğu iddia edildi - VİDEO
Rusiya həbsxanasında vəfat etmiş müxalifətçi Aleksey Navalnının qurduğu Korrupsiyaya Qarşı Mübarizə Fondundakı silahdaşları Rusiya Prezidenti Vladimir Putinin beşinci inauqurasiyası ərəfəsində Gelencik yaxınlığındakı sarayın interyerinin fotolarını dərc ediblər.

Navalnının tərəfdaşları sarayın şəxsən Putin üçün tikildiyini iddia edirlər. 2021-ci ilin yanvarında dərc olunmuş araşdırmaya cavab olaraq Rusiya Prezidentinin dostu, iş adamı Arkadi Rotenberq bildirib ki, bina ona məxsusdur və təmirdən sonra orada otel açılacaq. Bununla belə, Fondun müəyyən etdiyi kimi, İdokopas burnunda yerləşən sarayda heç bir otel yoxdur, baxmayaraq ki, təmir artıq başa çatıb.

2021-ci il araşdırmasında sarayın gələcək interyerlərinin şəkilləri yayılmışdı. İndi araşdırmaçıların məlumatına görə, onlar real interyerlərin fotoşəkillərini əldə edə biliblər. Onların gizli kamera ilə lentə alındığı iddia edilir.

Fotoda diqqəti cəlb edən akva diskotekası, üzgüçülük hovuzu, psevdoantik heykəlləri olan küçə xiyabanı, cakuzi, masaj otağı, hərbi-vətənpərvərlik mövzusunda çoxsaylı rəsmlər, bahalı mebel və çılçıraqlar var. Oyun otağı və kazino əvəzinə, Məryəm, İsa Məsih və Müqəddəs Vladimirin nişanları olan qeyri-adi triptixin yerləşdiyi bir ev kapellası yaradılıb. Orada taxt da var.

Araşdırmaçılar daha əvvəl saray binalarının mərtəbə planlarını dərc etmişdi. Mebel tərtibatı bu planlara uyğundur. Çəkiliş zamanı bütün mebellərin açılmadığı görünür. Müəlliflər bu qənaətə gəlirlər ki, bu, otel deyil, Rusiya Prezidenti üçün nəzərdə tutulmuş şəxsi saraydır. Hələlik Kremldən nəşrə heç bir reaksiya verilməyib.

Müstəqil media daha əvvəl “saray” haqqında yazmışdı ki, 2021-ci ildə filmin nümayişindən sonra Vladimir Putin sarayın ona aid olmadığını və özünün heç vaxt orada olmadığını söyləyib. Putinin həqiqətən də bu binada yaşadığına və ya ziyarət etdiyinə dair birbaşa sübut yoxdur.

 
 
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti