Hindistanın Azərbaycana mənfi münasibətinin ƏSAS SƏBƏBLƏRİ – ŞOK DETALLAR
İkinci Qarabağ müharibəsindən sonra Hindistan da Ermənistanı dəstəkləməkdə davam edir. Düşmən ölkəni silahlandıran Hindistan Ermənistanla birgə təlimlər də təşkil edir. Təbii ki, Ermənistana bu qədər canıyananlıq Hindistana erməni sevgisindən irəli gəlmir. Məsələnin başqa tərəfi var və Hindistanı qıcıqlandıran Azərbaycanın Pakistanla müttəfiqliyidir. Eyni zamanda, Hindistanda müsəlmanlara qarşı ayrı-seçkilik dövlət siyasətidir.
“Əl-Cəzirə”nin təqdim etdiyi bu məqalə Hindistanda müsəlmanların başına açılan müsibətlərə həsr olunub. Həmin məqalənin tərcüməsini Konkret.az-a istinadən oxucularının diqqətinə çatdırırıq.
“21 yaşlı Məhəmməd Tariq Mumbayda Mira Yolundan hər gün istifadə edirdi. Amma onun ağlına da gəlməzdi ki, hind millətçiləri onun başına olmazın oyununu açacaqlar. Tariq hər gün istifadə etdiyi yoldan keçəndə hind millətçiləri Tariqin avtomobilini saxlayıb, onu sürüyərək çölə çıxardıblar. Hadisə 21 yaşlı gəncin atasının gözləri qarşısında baş verib. Tariqin 54 yaşlı atası Əbdül Haque oğlunun başına gətirilənləri dəhşətli mənzərə adlandırıb: “Onu təpiklədilər, dəyənəklə döydülər, dəmir zəncirlərlə bədəninin hər yerinə zərbələr endirdilər. Onlar məni kənarda ağaca bağladıqlarından oğluma kömək edə bilmirdim”.
Canlı yayımlanan aksiya zamanı izdiham bir neçə müsəlmana hücum edib, onların dükanlarını dağıdıb və “Jai Shri Ram” şüarları səsləndirərkən avtomobillərini yandırıblar. Oxşar nümayişlər Hindistanın bir sıra ştatlarında məscidlərin kənarında və müsəlman məhəllələrində keçirilib. Bu hadisə Hindistanın şimalındakı qədim Ayodhya şəhərindəki Ram məbədini baş nazir Narendra Modinin ziyarəti zamanı baş verib. Məbəd 16-cı əsrdə inşa edilən və 1992-ci ildə sökülən Babur məscidinin yerində tikilib.
Baş nazirin ziyarətindən sonra Bihar ştatında müsəlman qəbiristanlığına hücum edilib. Qəbirlər təhqir olunub. Ram məbədinin üzərində hinduizmi simvolizə edən zəfəran bayrağı qaldırılıb.
Oğlunun tanınmaz hala salınmasına dözməyən ata fəryad qoparır: “Bu ölkədə yaşamaq cəhənnəmdə yaşamağa bərabərdir. Oğlum aksiyada döyüldükdən sonra polis idarəsində də işgəncəyə məruz qalıb. Dəhşətli budur ki, o qədər adamın içində oğlumun döyülməsinə heç kim mane olmadı. Mən belə yaşamaqdan utanıram”. Modinin tənqidçiləri hadisənin dini deyil, siyasi tərəfinə diqqət çəkirlər. Dehli Universitetinin professoru Apoorvanand bildirib ki, bu məbəd müsəlmanlara qarşı zorakılığın qələbəsinin bayramıdır: “Modi millətin mənbəyini ilahiliklə əlaqələndirdi. Hindistan respublikasının bütün dəyərləri məhv edilib”.
Hindistanın performansı beynəlxalq demokratiya indekslərində xeyli aşağı düşüb. Bu ölkədə artan millətçilik və dünyəvi dəyərlərdən açıq-aşkar uzaqlaşma Hindistanın beynəlxalq müttəfiqləri arasında da narahatlıq yaradır. Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin direktoru Maykl Kugelman bildirib ki, Modi indi Hindistana xəyanət edir, az vaxt ərzində Hindistanda bütün dəyərlər məhv ediləcək.
Apoorvanandın fikrincə isə məbədin tikintisi “Hindli millətçi hərəkatının” qan istəyini söndürməyəcək . Mərasimdən sonra o, Dehli Universitetində Mathura və Varanasi şəhərlərindəki digər məscidlərin sökülməsi üçün şüarların səsləndirilməsinə sərt reaksiya verib: “Bunun sonu yoxdur”, – deyən professor Hindistanda müsəlmanların təhqir olunmasını pisləyib: “Məscidlərin məbədlərlə əvəz olunmasından minlərlə insan qanının iyi gəlir”. Hüquq müdafiəçisi Harş Manderin mərasimi televiziyadan izləməyə hövsələsi çatmayıb. Kəlküttədə keçirilən antifaşist yürüşündə iştirak etmək üçün küçəyə çıxıb. Sosial mediada Modinin tənqidçiləri dinindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarını təmin edən Hindistan konstitusiyasının preambulalarını yerləşdiriblər.
Mander Əl-Cəzirə telekanalına deyib: “Moddinin Ram məbədinin ziyarəti Hindistanın süqutunun mühüm mərhələsidir”.

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti