Əliyevin xəritə açıqlaması İrəvanı təlaşa saldı
Sərhdin delimitasiyası ilə bağlı gündəmə gələn xəritələrin Ermənistanda narahatlıqla müzakirə edilməsi səbəbsiz deyil. Çünki İrəvanda anlayırlar ki, üzərində dövlət qurduqları ərazilər Azərbaycana məxsusdur və iki ölkə arasında delimitasiya prosesi aparılmadığı, eləcə də rəsmi şəkildə ərazi bütövlüyü tanınmadığı üçün Bakı bu ərazilərin tələbini aktuallaşdıra bilər.

Bu barədə Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

A.Camal Ermənistanın Baş naziri Nikol Paşinyanın bir müddət öncə dilə gətirdiyi və mütəmadi olaraq səsləndirdiyi “kadastr” məsələsini xatırladıb:

“Paşinyan daxili auditoriyaya ünvanladığı çıxışlarında bildirir ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın “kadastr” əldə etməsi deməkdir. Çünki Nikol anlayır ki, sülh sazişi imzalanmadığı, sərhəd müəyyənləşmədiyi müddətdə Ermənistanın müstəqilliyi tanınsa belə, hazırda mövcud olduğu ərazilər üzərində legitimliyi sual altındadır. Prezident İlham Əliyevin gündəmə gətirdiyi AXC dövrünün xəritələri buna görə Ermənistanda narahatlıq yaradır və rəsmi İrəvan həm rəsmi şəxslər, həm də hakimiyyətə bağlı siyasətçilər vasitəsilə əks-arqumentlər irəli sürməyə çalışır”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində sərhədin hansı əsaslarla delimitasiya olunmasına dair konkret istiqamətlər irəli sürdü:

“Bunlardan biri AXC dövrünün və sovetləşmənin başladığı illərin xəritələridir. Yəni dövlət başçısı AXC yarananda qanunsuz şəkildə ermənilərə verilən İrəvanın, eləcə də sovetləşmə başlayanda verilən Zəngəzurun, Göyçənin, Dərələyəzin və digər ərazilərin qaytarılmasını aktuallaşdırır. Digəri SSRİ dövründə xronoloji ardıcıllıqla Ermənistana otlaq və əkin sahəsi adı altında “bağışlanan” ərazilərimizdir. Söhbət 1926-1969-cu illərə qədərki dövrdə verilən ərazilərdən gedir. Əgər delimitasiya bu əsasla həyata keçirilərsə, o zaman Qərbi Zəngəzurun böyük hissəsi üzərində nəzarəti bərpa edə bilərik. Ermənistandakı müzakirələr göstərir ki, Prezidentin bu çıxış onların kabusuna çevrilib”.

A.Camal Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan deputatı Gevorq Papoyanın xəritələrlə bağlı iddialarına da diqqət çəkib. Qeyd edib ki, Papoyan öz aləmində 1918-ci illərdəki erməni xəritəsini nəzərdə tutsa da, əslində özünü, dolayısı ilə də Ermənistanı “tələyə” salır:

“Paşinyanın deputatı bildirir ki, Bakı hüquqi qüvvəyə malik xəritə təklif etməlidir. Əlavə edir ki, elə xəritələr təqdim olunmalıdır ki, Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ daxilində müəyyən sərhədlər var idi. Erməni deputat bununla AXC dövrünün xəritələrinə əks-arqument irəli sürməyə cəhd edir, halbuki onun irəli sürdüyü tezis belə Azərbaycana tarixi torpaqlarının qaytarılması məsələsini delimitasiya prosesinə daxil etmək imkanı verir. Birincisi, Azərbaycan AXC-nin hüquqi varisidir və bu, o deməkdir ki, Cümhuriyyət dövrünün xəritələri hüquqi əsasa malikdir. İkincisi, Papoyanın dediyi “müstəqil dövlətlər” məsələsi yenə ötən əsrin əvvəlindəki xəritələri aktuallaşdırır, çünki Azərbaycan və Ermənistan 1918-ci ildə müstəqil olub və həmin dövrün xəritələri hüquqi sənəd kimi qəbul edilə bilər. Azərbaycanın müstəqilliyi 1920-ci il 11 yanvarda Paris Sülh Konfransında Antanta Ali Şurası tərəfindən tanınıb və Konfransda təqdim edilən xəritələr də sübut edir ki, həmin vaxt Zəngəzur, Göyçə, Dərələyəz suveren ərazimiz idi. O zaman sərhəd xətti Göyçə gölünün ortasından keçirdi. Sovetləşmə xəritələri isə yalnız 28 aprel 1920-ci il aiddir, şünki həmin ilin ikinci yarısından başlayaraq, artıq Azərbaycanın ərazilərinin “bağışlanması” prosesinə start verilmişdi”.

A.Camal qeyd edib ki, Ermənistanın çıxış yolu yoxdur:

“Bunu erməni siyasi elitası və politoloqları da yaxşı bilirlər. İki gün öncə politoloq Armen Baqdasaryan erməni mediasına müsahibəsində də bu ictimai panikanı dilə gətirdi və bildirdi ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü Sovet Azərbaycanının deyil, Azərbaycan Demokratik Respublikasının varisi elan edib. “Onun sərhədləri isə Sovet İttifaqındakından tamamilə fərqlidir”, - Baqdasaryan etiraf etmişdi.

Bu isə o deməkdir ki, Ermənistanın 1918-ci ildə 9 min kv.km-dan bir az çox ərazidə müstəqil respublika elan olunduğunu da, Azərbaycanın Paris Sülh Konfransında təsdiqlənən xəritədə mübahisəsiz ərazilərinin sahəsinin 98 min kv.km-ya yaxın (97.297,67) olduğunu da (mübahisəli ərazilərlə birgə 113,9 min kv.km) ermənilər yaxşı bilirlər. Buna görə də ciddi təlaşdadırlar”.

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti