Ardını oxu...
Ukraynanın Donetsk, Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün keçirilən “referendumlar”da səsvermə başa çatır.

İlkin nəticələr qaçqınların və diplomatik korpusun səs verə biləcəyi Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrindən gəlir.

Donetskdə bülletenlərin 22,48%-dən çoxunun işlənməsindən sonra 98,35%, Luqanskada səslərin 51,76%-nin sayılmasından sonra 97,93%, Zaporojyedə protokolların 60%-nin işlənməsindən sonra 97,75%, Xersonda isə səslərin 61%-nin sayılmasından sonra seçicilərin 96,44% faizi bu ərazilərin Rusiyaya birləşdirilməsinə tərəfdar olduqları bildiriliblər.
 
Ardını oxu...
NATO müttəfiqləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrini, həmçinin müttəfiqlərin imkanları və silah-sursat ehtiyatlarını müzakirə edib.
APA xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq NATO-nun mənzil-qərargahında Milli Silahlanma üzrə Direktorların Konfransının (CNAD) növbədənkənar iclasında bildirib.

Baş katib müttəfiqləri hərbi ehtiyatları mümkün qədər sürətlə artırmağa davam etməyə çağırıb.

“NATO hərbi ehtiyatlarının artırılması Ukraynaya dəstəyini davam etdirməyi təmin edəcək. Biz NATO müttəfiqləri kimi döyüş sursatı ehtiyatlarımızı artırmalı və Ukraynaya ehtiyacı olduğu müddətcə lazım olan dəstəyi təmin etmək üçün birgə işləməyə davam etməliyik”, - deyə Stoltenberq vurğulayıb.

Görüşdə müttəfiqlərin hərbi ehtiyatlarındakı hər hansı boşluqları daha yaxşı öyrənmək və bu cür halları birlikdə aradan qaldırmaq yolları müzakirə olunub.
 
Ardını oxu...
İranın Ərdəbil şəhərində hiddətlənmiş əhali hökumət qüvvələrini daş-kəsəklə qovur. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Etirazçılar onlara hücum edən xüsusi təyinatlılara “bişərəf” deyə xitab edirlər.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan gərginlik hələ də davam etməkdədir. Məhsanın ölümü İran xalqını ayağa qaldırıb. Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə saat sonra komaya düşüb, sentyabrın 16-da isə xəstəxanada ölüb. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər. Bundan sonra ölkə boyu geniş etiraz aksiyaları başlayıb.

Ölkənin bir çox əyalət, rayon və qəsəbələrinə etirazlar davam edir .

“AzPolitika.info” həmin etirazlarla bağlı yayılmış yeni videoları təqdim edir:
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.

Azərbaycanın dövlət başçısının mətbuat xidməti xəbər verir ki, məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını arzulayıram.
 
Ardını oxu...
Rusiyanın tərkibinə daxil olan Buryatiya Respublikasının rəhbəri mağazalarda qiymətləri qaldıran satıcıları səfərbərliklə hədələyib.

Demokrat.az xəbər verir ki, bu barədə rəhbər Aleksey Tsydenov Telegram kanalında yazıb.

Onun sözlərinə görə, səfərbərlik başlayandan sonra mağazalarda kombinezon, uniforma və digər avadanlıqların qiymətləri kəskin artıb.

"Ona görə də belə bir zamanda pul qazanmağa və super qazanc əldə etməyə qərar verən hər kəs Buryatiya rəhbəri tərəfindən cəzalandırılacaq", - deyə o qeyd edib.
 
Ardını oxu...
Yunanıstan siyasətçilərini təxribata həvəsləndirənlərin əsl niyyəti böyük və qüdrətli Türkiyə qurmaq layihəmizə mane olmaqdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O əlavə olaraq deyib ki, (ABŞ tərəfindən - red.) Yunanıstanı Türkiyənin səviyyəsinə yüksəltmək üçün nə hərbi baxımından gücləndirməsi, nə də siyasi və iqtisadi dəstək verməsi kifayət deyil, amma Yunanıstanı bataqlığa sürükləmək üçün kifayətdir:

“Biz əlimizdə olan bütün vasitələrdən istifadə edərək, Yunanıstana qarşı ölkəmizin hüquq və mənafelərini müdafiə etməkdən yan keçməyəcəyik. Türkiyə qonşu Yunanıstanın təxribatçı siyasətini yaxından izləyir”.
 
Ardını oxu...
Ermənistan və ermənilər həmişə sığındıqları, himayəsində olduqları dövlətlərə dar məqamda xəyanət ediblər.

Ermənistan hakimiyyəti Rusiyanın Ukrayna cəbhəsində ardıcıl uğursuzluğu və ölkədaxili qarşıdurmasında istifadə edərək, qərb dövlətləri ilə təmaslarını yenidən intensivləşdirməyə çalışır. Bunun nəticəsidir ki, ermənilərin həm ölkə daxilində, həm də ölkə xaricində Rusiya əleyhinə etirazları artmağa başlayıb.

Mövzu ilə bağlı Baku TV-yə danışan politoloq Əziz Əlibəyli bildirib ki, Ermənistan hazırda güclü mərkəzlərlə anlaşaraq, Rusiya ilə münasibətlərini başqa məcraya çəkməkdədir.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sərhəddənkənar əməliyyatı ilə ələ keçirdiyi bildirilən kürd terrorçu Atilla Çiçəyin ailəsi onun üzvü olduğu Xalq Müdafiə Qüvvələrinə (XMQ, PKK-nın hərbi qolu – red.) müraciət edərək övladlarının taleyindən narahat olduqlarını bildiriblər.

Hadisə ilə bağlı təşkilat açıqlama yayıb və Atilla Çiçəyin (kod adı Leheng), eləcə də Hüseyn Yıldırımın (kod adı Alişer) MİT-ə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən verildiyini iddia edib.

Ermənistanın datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, adıçəkilən şəxslər 2021-ci ilin avqustunda Ermənistanla sərhəddə dövlət qüvvələri ilə qarşılaşıb və həbs olunublar. Onlara qarşı Ermənistan sərhədini qanunsuz keçmək və respublikaya qaçaqmalçılıq yolu ilə silah-sursat gətirmək kimi rəsmi ittiham irəli sürülüb.

Sünik vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında hər ikisini 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi onların həbs cəzasını 3 il sınaq müddətli şərti cəza ilə əvəz edib.

XMQ-nin bəyanatına görə, Çiçək və Yıldırım azadlığa buraxılmaq əvəzinə təxminən bir ay əvvəl Ermənistandan Türkiyəyə ekstradisiya edilib.

Təşkilat vurğulayıb ki, bununla Ermənistan beynəlxalq hüquq normalarını və ölkə qanunlarını pozub.

Bəyanatda, Xalq Müdafiə Qüvvələri həmçinin bütün səlahiyyətliləri terrorçuların harada olduqları barədə ailələrinə məlumat verməyə çağırıb.

Türkiyə mətbuatının məlumatına görə, 2012-ci il sentyabrın 25-də terrorçu Hüseyn Yıldırım Tunceli vilayətinin Çiçəkli kəndində “Türk Telekom”a məxsus avtomobili ələ keçirərək içərisinə uzaqdan idarə olunan partlayıcı qurğu yerləşdirib. Daha sonra terrorçu bu avtomobili Atatürk bölgəsində Türkiyə ordusunun hərbi maşınının yanında partladıb. Nəticədə 6 əsgər, eləcə də ətrafdakı bir nəfər həlak olub.

29 avqust 2020-ci il tarixində terrorçu Yıldırım İran ərazisindən Türkiyənin Aqra vilayətinə keçərək Doğubəyazıt bölgəsində təhlükəsizlik qüvvələrinə silahlı basqın həyata keçirib. Nəticədə iki əsgər şəhid olub. Digər terrorçu Atilla Çiçək isə uzun illərdir Türkiyə ilə həmsərhəd Suriya və İranda terror fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan bu günə kimi diplomatik əlaqələr qurmayıb, ona görə də iki ölkə arasında terrorçuların və digər cinayətkarların qarşılıqlı ekstradisiyasına dair razılaşma yoxdur. Lakin diplomatik əlaqələrin olmaması Ermənistan və Türkiyə xüsusi xidmət orqanlarının iki PKK terrorçusunun Türkiyəyə təhvili üzrə birgə əməliyyat keçirməsinə mane olmayıb. Ermənistan xüsusi xidmət orqanlarının Türkiyəyə qarşı PKK ilə uzun illər əməkdaşlıq etdiyini, bu terror təşkilatına silah və sursat ötürdüyünü, öz ərazisində, eləcə də işğal olunmuş Azərbaycan ərazilərində PKK üzvləri üçün təlim düşərgəsi yaratdığını nəzərə alsaq, bu, kifayət qədər maraqlı və sensasion faktdır. Həmçinin, terror təşkilatının yüksək rütbəli üzvlərindən biri bəyan edib ki, 2020-ci ilin payızında 44 günlük müharibə zamanı PKK üzvləri ermənilərin tərəfində döyüşə göndərilib.
musavat.com

 
 

Ardını oxu...
ABŞ Rusiyaya Ukraynada nüvə silahının tətbiqinin nəticələri barədə xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bunu CBS telekanalına müsahibəsində bildirib.

Ceyk Sallivan deyib ki, ABŞ hakimiyyəti çox yüksək səviyyədə Moskvaya bəyan edib ki, Rusiyanın nüvə silahı tətbiq etməsinin fəlakətli nəticələri olacaq və Vaşinqton buna qətiyyətlə cavab verəcək: “Biz yüksək səviyyədə birbaşa Kremlə bildirmişik ki, bu halda ABŞ və müttəfiqləri qətiyyətlə cavab verəcəklər. Eyni zamanda ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək”.
 
Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Nyu-Yorkda keçirilən Qlobal Vətəndaş Musiqi Festivalında çıxışı zamanı fitə basılıb.

Pelosi iqlim dəyişikliyi və karbon tullantılarının azaldılması ilə bağlı çıxışına başlayanda tamaşaçılar hay-küy salmağa və siyasətçidən nitqi tez bitirərək konsertə başlamağı tələb ediblər.

Pelosi nəvələrinin də tədbirdə olduğunu deyərək çıxışını bitirib və səhnəni tərk edib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Dünyapress TV

Xəbər lenti