Ardını oxu...
Rusiya Daxili İşlər Nazirliyi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Xan Kərim Əsəd Əhmədi axtarışa verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Haaqa prokurorunun hansı maddə ilə axtarışa verilməsi haqqında məlumat verilməyib.

Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Ardını oxu...
“İnanıram ki, xalqım gələn bazar günü keçiriləcək seçkilərdə güclü türk demokratiyası nümayiş etdirəcək. İlk turda 90 faizə qədər seçici fəallığı var idi. Bu, çox böyük göstəricidir. Dünyada belə nəticə yoxdur. Ümid edirəm ki, millətim bu dəfə də bizi yanıltmayacaq".
Bunu “CNN International”ın aparıcısı Becky Andersonun suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, indiyədək 15 seçkidə qələbə qazandığını xatırladıb.
Ərdoğan bildirib ki, hazırda Suriyanın şimalında evlər tikilməkdədir:
“Bu evlər niyə tikilir? Türkiyədəki qaçqınların öz torpaqlarına qayıtması üçün, bu proses artıq başlayıb. İndi biz yeni bir addım atırıq. Hətta 1 milyona yaxın qaçqının öz torpaqlarına qayıtması üçün Suriyada ev inşası ilə bağlı bəzi layihələr hazırladıq. Bunlar gözəl layihələrdir. Bu layihələrlə suriyalı qaçqınların geri qayıtmasını təmin edəcəyik”.
"Yenidən seçilsəniz könüllü qayıtmaq istəyən qaçqınların ən azı 1 milyonunun müəyyən bir dövrdə geri qayıda biləcəyini söyləyirsiniz?” sualına cavabında isə Ərdoğan bildirib ki, bəlkə də bu rəqəm daha çox olacaq:
"Çünki hazırda oradakı infrastruktura yatırılan sərmayələr deməyə əsas verir ki, bu rəqəm çox ola bilər. Layihəni elə hazırlamışıq ki, insanlar öz torpaqlarına sevə-sevə qayıtsınlar".
 
Ardını oxu...
Türkiyədə yaşayan azərbaycanlılar quru sərhədlərinin bağlı qalmasından narazıdırlar.

Teref.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, həmyerlilərimiz vətən üçün çox darıxdıqlarını, amma gələ bilmədiklərini deyirlər.

Təyyarə biletlərinin hazırda baha olması isə gəliri nisbətən aşağı olan insanları çıxılmaz vəziyyətdə qoyub.

Mövzuya münasibət bildirən millət vəkili Razi Nurullayev deyir ki, quru sərhədlərin bağlı qalması 50% pandemiya ilə əlaqəlidirsə, 50%-də təhlükəsizlik məqsədi daşıyır. Buna görə də maksimum anlayışlı olmalıyıq.

Millət vəkilinin sözlərinə görə, iyulun 1-nə kimi hökumət bütün prosedurları yerinə yetirib, sərhədlərin açılmasını təşkil etmək üçün infrastrukturun yenilənməsini həyata keçirə bilər.

Ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Rusiyaya girişi qadağan olunub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinə bağlı “International Affairs” jurnalının təsisçisi məlumat yayıb.
Bildirilib ki, Obama Rusiya XİN-nin "stop siyahısı"na salınıb.
 
Ardını oxu...
Hazırda “seçkilərdə parlayan azərbaycanlı” kimi türk dünyasında əsas müzakirə edilən şəxs Sinan Oğandır. S.Oğanın ikinci turda kimi dəstəkləyəcəyi maraqla gözlənilir. Onun Azərbaycan əsilli olması, bütün həyatı və fəaliyyəti boyunca Azərbaycanla sıx əlaqələri hazırda diqqət mərkəzindədir.

Oğanın Azərbaycanla əlaqələri Azərbaycan Dövlət İqtisad Universitetində işləməsi, Əbülfəz Elçibəyin hakimiyyəti müddətində onun ofisində çalışması, Azərbaycan və Türkiyə Parlamentlərarası dostluq qrupundakı fəaliyyəti ilə yekunlaşmır.

Sinan Oğan 1990-cı il yanvar hadisələrində Türkiyə daxilində Azərbaycana dəstək üçün təşkilatlanma həyata keçirib.

SSRİ ordusunun 1990-cı il 20 anvar tarixində Bakıda törətdiyi qətliama o dövr Türkiyə xalqı və hakimiyyətinin münasibəti fərqli olub. Həmin illərdə Türkiyə Prezidenti olan Turqut Özalın, “Azərbaycanlılar Anadoludakı türk xalqından daha çox İran azərilərinə yaxındırlar. Onlar şiədir, biz isə sünni” açıqlaması ölkədə skandal yaratmışdı. Bu açıqlama xalq tərəfindən birmənalı qarşılanmamış, bu istiqamətdə kəskin tənqidi fikirlər səsləndirilmişdi.

Ardını oxu...
1990-cı il yanvar mitingindən görüntü

O zaman Türkiyədə İstanbuldan Iğdıra, Diyarbəkirdən Ankaraya kimi ölkənin hər yerində Azərbaycana dəstək mitinqləri keçirilib. Məsələ ilə bağlı ən böyük mitinq isə 25 min nəfərin iştirakı ilə İstanbulda gərçəkləşdirilib. Bu mitinqin əsas təşkilatçısı Sinan Oğan olub. O, SSRİ-nin Türkiyədəki Baş konsulluğu qarşısında, mitinq iştirakçılarının önündə çıxış edərək Bakıda törədilən qətliamı sərt şəkildə qınayıb və xalqa Azərbaycandakı bu qətliamların qarşısının alınması üçün birlikdə aktiv fəaliyyət göstərmək çağırışı edib.

Qeyd edək ki, o zaman Turqut Özalın açıqlamalarına ölkə daxilindıə bir çox siyasətçi sərt reaksiya verib. Tənqidlərin güclü olması səbəbi ilə T.Özal açıqlama verərək çıxışının yanlış anlaşıldığını bildirib.

Globalinfo.az
Ardını oxu...
Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, "Ukrayna Rusiyaya nifrət edir”, Rusiyanı "həmişə və hər yerdə” təqib edəcək və "hüquqi və ya fiziki” yolla ələ keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Podolyak Twitter-də yazıb.

Bununla, o, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun Rusiya vətəndaşlarına qarşı "nifrət nitqi”nə görə BMT-nin Təhlükəsizlik Şurasına göndərdiyi məktuba reaksiya verib.

"Rusiya BMT-nin fövqəladə iclasında "nifrətə təhrik” barədə qışqırır. Bəli, Ukrayna sizə nifrət edir. Bəli, biz sizi təqib edəcəyik. Həmişə və hər yerdə. Bəli, sizinlə danışacaq bir şey yoxdur - müasir insan dillərini bilmirsiniz... Bəli, Rusiya Federasiyasının nümayəndələri şübhəsiz ki, hər şeyin əvəzini ödəyəcəklər. Bəli, Ukrayna istər qanuni, istərsə də fiziki olaraq hər birinizi tapacaq”, - deyə Podolyak yazıb.

Xatırladaq ki, Vasili Nebenzyanın BMT Təhlükəsizlik şurasına məktubu Kirill Budanovun onun qurumunun rusiyalı ictimai xadimlərin "çoxuna əli çatıb” ifadəsi ilə bağlıdır. Beləliklə, o, Kiyevin Vladimir Solovyov, yoxsa Aleksandr Duqini "ələ keçirə bilərmi” sualına cavab vermiş olub. Bundan əvvəl Budanov Ukraynanın qələbəsinə qədər "dünyanın istənilən yerində rusiyalıları öldürmək” niyyətindən də danışıb.
Ardını oxu...
Qazaxıstanda əhali Rusiyanın ölkəni işğal edəcəyini gözləyir.

Teref.Az xəbər verir ki, bunu “Reuters” agentliyi MediaNet və PaperLab təşkilatlarının ictimai rəy sorğusunun nəticələrinə istinadən sübut edir.

Bildirilir ki, Qazaxıstanda 6 ay ərzində Rusiyanın öz ölkələrini işğal edəcəyini ehtimal edən sakinlərin sayı iki dəfə artıb.

Sorğu mayın ilk həftəsində keçirilib, 1100 respondent iştirak edib. Altı ayda Rusiyanın Qazaxıstanı da işğal edə biləcəyindən ehtiyat edən respondentlərin nisbəti 8,3%-dən 15%-ə yüksəlib.

Rəyi soruşulanların demək olar ki, üçdəbiri Ukraynaya davam edən işğala görə Rusiyaya münasibətin pisləşdiyini bildirib. Yarıdan çoxu Rusiyaya münasibətinin dəyişmədiyini bildirib. Təxminən 5 faiz Rusiyaya münasibətinin yaxşılaşdığını bildirib.

Eyni zamanda, ötən ilin dekabrından bəri qazaxıstanlıların Ukraynaya qarşı müharibəyə münasibəti praktiki olaraq dəyişməyib.

Respondentlərin yarıdan çoxu (60%) müharibəyə neytral yanaşdığını, 12,8%-i Rusiyanı, 21,1%-i isə Ukraynanı dəstəklədiyini bildirib.

Qeyd edək ki, Qazaxıstan rəsmi olaraq Rusiya və Ukrayna arasında müharibədə neytral mövqedən çıxış edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna ərazilərinin ilhaqını tanımadığını bəyan edib. Bununla belə, ölkə Rusiya ilə sıx ticarət əlaqələri saxlayır və Tokayev 2023-cü ildə Moskvada keçirilən Qələbə Paradında iştirak edib. \\KONKRET.az
Ardını oxu...
“Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk”.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafında yüksək dinamika müşahidə olunur: “Bu, təkcə regionda təhlükəsizliyin təmin edilməsi məsələlərinə deyil, həm də nəqliyyat, logistika və energetika sahələrində əlaqələrin inkişafına aiddir”.

M.Babayev bildirib ki, Azərbaycan qazının Aİ ölkələrinə ixracı əlaqələrdə mühüm rol oynayır: “Bu, aramızdakı münasibətlərin inkişafında yeni səhifə açdı. Aİ həm də Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizdə Aİ-yə üzv dövlətlərin bir çox şirkətləri fəaliyyət göstərir”.
 
Ardını oxu...
Pakistan polisi keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıb. "Report" xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Polisin bildirdiyinə görə, Xan öz evində onun həbsinə qarşı ötən həftə etiraz aksiyaları keçirən insanlara sığınacaq verib.

Pakistanın keçmiş baş naziri mayın 9-da İslamabadda saxlanılıb. Bir gün sonra məhkəmə Xanın səkkiz sutka həbs edilməsi barədə qərar çıxarıb. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları 2 mindən çox insanı saxlayıb.

İttihama əsasən, Xan və onun ən yaxın tərəfdarları Əl-Qədir Universitetinin yaradılması üçün birgə fond təsis edib və bu, ölkə büdcəsinə təxminən 170 milyon dollar ziyanla nəticələnib.

Daha sonra Pakistanın Ali Məhkəməsi Xanın həbsinin qanunsuz olduğuna qərar verib. Qərarda məhkəmə qeyd edib ki, siyasətçi dərhal azadlığa çıxmalıdır.
 

Dünyapress TV

Xəbər lenti