"Lamborghini Aventador SV" idman avtomobili və unikal tüninq edilmiş "Toyota GR Yaris"in iştirakı ilə sürət yarışı keçirilib.
Oxu.Az xəbər verir ki, video "Carwow" "YouTube" kanalında dərc edilib.
"Yaris" 630 at gücü hasil edən 1,6 litrlik üç silindrli turbo mühərriklə təchiz edilib. Çəkini azaltmaq üçün onun arxa oturacaqları çıxarılıb. Belə bir avtomobilin qiyməti 130 min funt sterlinq olaraq qiymətləndirilir.
"Lambo" isə 750 at gücü hasil edən 6,5 litrlik atmosferik V12 mühərriki ilə təchiz olunub. İtalyan idman avtomobili, Yapon rəqibi kimi tam ötürücülüdür. Onun qiyməti 238 min funt sterlinqdən başlayır.
1/4 mil məsafədə keçirilən yarışda "Lamborghini" "Toyota"nı cəmi 0,3 saniyə qabaqlayıb - 11 saniyəyə qarşı 10,7 saniyə.