2006-cı ilədək ölkəmizdə 6 dekabr Rabitə işçiləri günü olaraq qeyd edilib.
2 dekabr 2006-ci ildə Prezidentin sərəncamı ilə bu kateqoriyaya "informasiya texnologiyaları sahəsi" də əlavə edilərək, 6 dekabr Rabitə və İT sahəsi işçilərinin peşə bayramı günü olaraq qəbul edilib.
Məntiqli idi, o zaman üçün bu sektorda işçilərin demək olar hamısı Rabitə və İT sektorunda çalışırdı.
Amma indi situasiya xeyli fərqlidir.
Düşünürəm ki, Prezidentin həmin sərəncamından sonra həm bu sektorun özündə , həm də burada çalışanlar arasında ciddi keyfiyyət dəyişiklikləri baş verib.
Ölkədə böyük rəqəmsal transformasiya prosesləri baş verib, yeni bir rəqəmsal sektor formalaşıb.
Həm dövlət sektorunda, həm də özəl sektorda on minlərlə insanlarlar məhz bu sektorda rəqəmsal işlərlə məşğuldur.
Elə bu sektorda olan Nazirliyin adında bir neçə dəfə dəyişikliklər edilib ( Rabitə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi).
Düşünürəm ki, indiki mərhələdə, digər ölkələrdə olduğu kimi bu sahə ilə əlaqəli peşə bayramı günlərini ayırmaq, "Rabitə işçiləri" və "Rəqəmsallaşma və İT sahəsi işçiləri" günü olaraq ayrılıqda qeyd etmək daha məntiqli olardı.
İndiki halda isə, Rabitə işçilərinin, informasiya texnologiyaları sahəsi işçilərinin və rəqəmsallaşma sahəsi işçilərinin peşə bayramını təbrik edirəm!
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı