Nə qədər qəribə olsa da, "Kibermüharibə"də İT şirkətlərimiz iştirak etmir
Bu gün XRİTDX və DTX-nın təşkilatçılığı ilə əhəmiyyətli bir kiber forum - "Critical Infrastructure Defence Challenge 2023” tədbiri baş tutdu.
Açılış mərasimində maraqlı və faydalı mesajlar verildi.
Düşünürəm ki, bütün maraqlı tərəflərin iştirakı ilə keçirilən bu forum ölkədə kiber mühitin inkişafına xeyli təkan verəcək.
Bu tədbirdə diqqət çəkən məqamlardan biri də artıq neçə aydır davam edən "Kibermüharibə" dir.
"Kibermüharibə" Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərini kiberhücumlardan qorumaq məqsədilə keçirilən bir yarışmadır. İki mərhələsi yekunlaşıb.
Bu gün isə "Kibermüharibə"nin finalına çıxan komandaları bir-bir təqdim olundu. Qaliblər sabah müəyyən olunacaq.
Komandaların siyahılarına nəzər salanda yenə də İT şirkətlərimiz bizi təəccübləndirdi.
Təsəvvür edin ki , bu cür əhəmiyyətli bir yarışmanın final mərhələsinin 20 komandası yenə də əsasən dövlət və bank sektorudur.
Bir dənə də olsun İT şirkətin kiber komandası final yarışmada iştirak etmir.
Səbəbini elə açılışda çıxış edən İT şirkətlərin rəhbərlərindən birinin çıxışında tapmaq olar. Həmin İT direktor bildirdi ki, dövlətlə birgə partnyorluq yüksək səviyyədə davam edir.
Yəni, açıqlaması odur ki dövlət sifarişləri var, tenderlər var və demək iş də var. Qalanlar isə, əlavə dəyərlər yaratmaq isə prioritet deyil.
P.S. Xatırladıram ki, RİNN tərəfindən təşkil olunan TECHNOFEST Festivalında da İT şirkətlərimiz iştirak etməmişdi.
Osman Gunduz
Teref.az

Dünyapress TV

Xəbər lenti