Ardını oxu...
Rusiyanın "Luna-25" avtomatik stansiyasının qəzaya uğramasının səbəbi açıqlanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Roskomos”-un baş direktoru Yuri Borisov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, avtomatik stansiyanın qəzaya uğramasının səbəbi onun mühərrikinin lazım olandan daha uzun müddət işləməsi ilə bağlıdır.

"Luna-25" planetlərarası stansiyanın hərəkət sistemi orbitin korreksiyası zamanı nəzərdə tutulan 84 saniyə əvəzinə 127 saniyə işləyib. Bu, cihazın qəzaya uğramasının əsas səbəbi olub, - Roskosmos-un baş direktoru bildirib.

Qeyd edək ki, avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb. Bildirilmişdi ki, avqustun 19-da “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib.
 
Ardını oxu...
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi son bir neçə ayda 140 provayderi uçota cəlb edə bilib.
Bu provayderlərin siyahısı da icta.az -da yerləşdirilib.
İKTA-nın bu addımı istehlakçılara dəstək və əlçatanlıq baxımından, ictimai nəzarətin təşkilinə kömək və şəffaflıq baxımından, eyni zamanda istehlakçılarda özəl provayderlərə etimadın yaradılması baxımından çox əhəmiyyətli bir addımdır.
Provayderlərin siyahısına nəzər saldıqda isə diqqət cəlb edən bəzi məqamlar ortaya çıxır.
Qəribə də olsa, bu siyahıda 30-dan çox provayderin saytının olmadığı görsənir.
İnternet xidmətləri təqdim edən bir şirkətin saytının olmaması xeyli düşündürücüdür.
Eyni zamanda bu siyahıda provayderlərin xidmət göstərdiyi ərazinin təqdim edilməməsi, təqdim etdiyi xidmətlər və əlçatanlıqla bağlı yetərli məlumatların olmaması da xoşagəlməz haldır.
Düşünürəm ki, yetərincə gəlir götürən , müştərilərinə hörmətlə yanaşan, internet xidməti göstərən provayderin ilk işi məhz özünə sayt yaratmaq olmalıdır .
Bildiyim qədər İKTA telekommunikasiya xidmətlərinin keyfiyyət standartlarını hazırlayır.
Ümid edirəm İKTA bu standartlarda yuxarıda qeyd olunan məqamları da nəzərə alacaq.
Yeri gəlmişkən, müşahidələr göstərir ki, yeni tikilən binalarda MTK ilə sövdələşməklə haqsız rəqabət yaradan, "bir bina bir provayderindir" prinsipi ilə işləyən bəzi provayderlərin adları İKTA siyahısında gözə dəymir.
Xatırladıram ki, bir müddət öncə uçotdan yayınan bir provayderi də İKTA cərimələyib.
Görünür ki, bu tip provayderlər hələ də var.
Ümid edirəm İKTA, Antiinhisar Dövlət Xidməti və Şəhərsalma və Arxitektura Komitəsi yeni yaşayış komplekslərində internet xidmətlərinin təşkili üçün münbit şərait yarada biləcəklər.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Ukraynalı mühəndislər yaralıların təxliyəsi üçün robot tırtıllı xərəklər hazırlayırlar.

"DogruXeber.az" xəbər verir ki, hələlik Liman istiqamətində 125-ci Teoroborona briqadası üçün yalnız nümunə toplanıb.

İstehsaldan əvvəlki dron evakuatorunun qiyməti 70.000 qrivnadır, yükgötürmə qabiliyyəti 150 kq-dır və Ukrayna mediasına görə, "evakuasiya qrupunu yeddi nəfərdən iki, maksimum üç nəfərə endirməyə imkan verir".

İdarəetmə paneli 100 metrə qədər məsafədə işləyir ki, bu da planlaşdırıldığı kimi evakuasiya qrupunun üzvləri arasında məsafəni saxlamağa imkan verir və pilotsuz təyyarədən atəş və ya bombardman zamanı onun sağ qalma əmsalını xeyli artırır.
Ardını oxu...
Türkiyənin ilk kosmos missiyası zamanı həyata keçiriləcək layihədə kosmos mühitindəki bitkilərə genetik müdaxilə ediləcək.

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, kosmos səyahəti zamanı kosmos səyahətçisi universitetlər və elmi-tədqiqat qurumları tərəfindən hazırlanan 13 fərqli təcrübə həyata keçirəcək.

Layihə çərçivəsində kosmosda gen transferi və genetik manipulyasiya yoxlanılacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Rusiyanın “Luna-25” kosmik gəmisi Ayın orbitinə girib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan “Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

Qeyd edək ki, “Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.

Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.
 
Ardını oxu...
Elm adamları suni zəka ilə bağlı daha bir araşdırmaya imza atıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, elm adamları suni zəka söhbət robotlarının təməllərini yaradan dil modellərinin (LM) politik görüşləri olduğunu isbatlayıblar.

Amerikada aparılan bir araşdırmada data bilgi hovuzlarının hazırda geniş olaraq işlədilən suni zəka söhbət robotlarının quruluş daşı dəyərindəki LM-lərin siyasi düşüncələri (görüş) üzərində təhlillər ediblər.

Bu çərçivədə elm adamları 14 fərqli LM üzərində yatılı qurşaq sağ və sol olmaq üzrə iqtisadi dəyərlər, düzünə qurşaqda isə liberal və mühafizəkar olmaqla sosial dəyərləri olan siyasi kompas sınağını ediblər.

Ayrıca, araşdırmada LM-ləri öyrətmək üçün işlədilən xəbərlər, çəkişmə formaları, kitablar, on-line ensiklopediyalar kimi çeşidli bilgi qaynaqlarının içindəki siyasi meyillənmələrin təbii dil işləmə modeli (NLP) üzərindəki təsiri və eyni təsir nəticəsində LM-lərin emal etdiyi dezinformasiya və nifrət sözlərini analiz ediblər.

Araşdırma nəticəsində öyrədikdiləri data bilgi hovuzundakı qaynaqların siyasi meyllənmələrini daşıyan LM-lərin düşüncələri ilə paralel yönəlmədə nifrət sözləri və dezinformasiyaya səbəb olduğu öyrənilib.

Araşdırmanın nəticələri “Association for Computational Linguistics”in 61-ci illik toplantı hesabatında yayımlanıb.
 
Ardını oxu...
Bu gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı bir məlumat açıqlayıb. Qurum bildirib ki, yarım ildə 200 mindən çox Asan imza sertifikatı verilib.
Dərhal düşündüm ki, bunun ardınca da aktiv “Asan imza” istifadəçilərin sayı görsənəcək, lakin yanılmışam.
Bu tip açıqlamalarda yeganə ictimai əhəmiyyət kəsb edən məlumat yalnız aktiv imza istifadəçilərinin sayı ola bilərdi ki, DVX də bunu açıqlamayıb.
Güman ki, DVX ehtiyat edib ki, bu açıqlansa biz birdən Yana xanımın Best Solutions şirkətinin gəlirini hesablaya bilərik
Yeri gəlmişkən, biz açıqlaya bilərik bu məlumatı.
İndiki məqamda, müəyyən statistikalar və təhlillər, açıq məlumatlar əsasında təxminən 400 min civarında aktiv "Asan imza" istifadəçisinin olduğunu hesablamaq olar.
Bunun açıqlaması da odur ki, hər ay xarici vətəndaşa məxsus olan Best Solitions şirkəti 1 milyon manat bu resursdan gəlir götürür.
Əlbəttə, imzanın texniki-texnoloji və administrativ dəstəklənməsində iştirak edən DVX və mobil operatorların da burada gəlirləri olmamış deyil.
Maraqlı tərəfi həm də odur ki, DVX son zamanlar ASAN İmzanın çevikliyinin və effektivliyinin artırılmasında, onun şəxsi kabinetinin yaradılmasında, “Asan imza”çıların sayının kəskin artmasını göstərməkdə çox aktivləşib
Adətən DVX yuxarıdakı formada məlumatlar açıqlamırdı.
Bütün bunlar çox yaxşıdır .
Amma problem ondadır ki, bu cür diqqət digər bir dövlət rəqəmsal imzası olan SİMA-ya sərgilənmir.
Hələlik ölkədə mobil imza bazarında “Asan imza”-nın inhisarçılığı hökm sürür.
Elə bir neçə gün öncə bu resursun sistemində yaranan problem ucbatından uzun müddət dövlət və özəl sektorda , kritik infrastruktruda ciddi problemlər yaşandı.
Nədənsə bu imzaya alternativ olacaq, daha əlçatan və daha çevik, daha ucuz olan SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, dövlət xidmətlərinə, xüsusilə də vergi xidmətlərinə inteqrasiyası olduqca ləng gedir.
Dəfələrlə bu haqda deyilib.
Təəsüfləndirici haldır ki, mən heç hüquqi şəxslərdən danışmıram, hələlik hətta adi fiziki şəxslər, sahibkarlar da vergi xidmətlərini bu imza üzərindən əldə edə bilmirlər.
Ölkədə bütün əsas ictimai əhəmiyyət kəsb edən xidmətlər “Asan imza” üzərində "oturub".
Hələlik bu sektorda hökmranlıq Asan imza üzərindədir
RİNN, DVX indiyədək də açıqlama verməyiblər ki, necə ola bilər ki, bir dövlət sektoru dövlət resursları hesabına, fiziki şəxslər-sahibkarlar üçün SİMA rəqəmsal həllini hazırlayıb, amma digər dövlət xidmətinə inteqrasiya olunmur ?
Ümid edək RİNN SİMA-nın inteqrasiyasına diqqəti gücləndirəcək, hüquqi şəxslər üçün olan versiyanı qısa zamanda aktivləşdirəcək.
Həmçinin Dövlət Vergi Xidmətinin hazırda öz sistemlərində apardığı genişmiqyaslı rəqəmsal yenilənmə işlərindən sonra, qısa zamanda, SİMA-ya inteqrasiyanı həm AVİS-də, həm də yaradılması nəzərdə tutulan mobil vergi həllərində də görə biləcəyik.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Bu il bazara iki yeni qatlanan smartfon çıxacaq -- Xiaomi Mix Fold 3 və OnePlus Open . Bu cihazların hər biri özünəməxsus şəkildə maraqlıdır və diqqətə layiqdir.

Xiaomi Mix Fold 3
"DogruXeber.az" bildirir ki, "Insider Panda is Bald", orijinallığını təsdiqləyən Xiaomi Mix Fold 3 qatlanan smartfonunun ilk "canlı" fotosunu dərc edib. Şəkildən görünür ki, arxa qapağın və kamera blokunun dizaynı əsasən sələfinə bənzəyir. Bununla belə, kamera quruluşunun özü Xiaomi 13 Pro-nu xatırladır və Leica ilə əməkdaşlıq haqqında yazı kameranın ciddi imkanlarından danışır.

Şayiələrə görə, Xiaomi Mix Fold 3 dörd əsas kamera, o cümlədən əsas sensor, ultra geniş bucaq, periskop və telefoto obyektivlə təchiz olunacaq. Cihazın daxili hissələrinə gəlincə, onun Snapdragon 8 Gen 2 çipi, 67 Vt sürətli enerji doldurma və 50 Vt simsiz enerji doldurma xüsusiyyətinə malik olacağı gözlənilir.

Ardını oxu...


Bu cihazın rəsmi təqdimatının avqustun sonunda baş tutacağı gözlənilir, lakin dəqiq tarix məlum deyil.

OnePlus Açıq
OnePlus Open smartfonunun yeni renderləri SmartPrix portalında nüfuzlu OnLeaks insayderi tərəfindən nümayiş etdirilib. Onların fikrincə, smartfonun tərtibatçıları iddia edilən “uzadılmış” dizayndan imtina edərək Oppo Find N-ə bənzər daha geniş formanın xeyrinə olublar. Cihazın kənarları yuvarlaqlaşdırılacaq, arxa panel isə eko-dəridən hazırlanacaq. Kamera bölməsi isə arxa panelin əhəmiyyətli hissəsini tutacaq.

Sızdırılan məlumatlara görə, OnePlus Open 7,8 düymlük daxili qatlana bilən ekrana və 120 Hz yeniləmə sürətinə malik 6,3 düymlük xarici ekrana sahib olacaq. Kamera üç moduldan ibarətdir: hər biri 48 meqapiksellik əsas və geniş bucaq və 64 meqapiksellik telefoto obyektiv. Performans Snapdragon 8 Gen 2 çipi ilə təmin ediləcək və 4800 mAh batareya 67 Vt sürətli şarjı dəstəkləyəcək.

Ardını oxu...


OnePlus Open təqdimatının dəqiq tarixi sirr olaraq qalsa da, bu hadisənin tezliklə baş verəcəyini gözləmək lazımdır.

DogruXeber.az
Nərgiz Elnurqızı
Ardını oxu...
SOCAR və Microsoft arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum rəqəmsallaşma, innovasiya, İT, kibertəhlükəsizlik və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Düşünürəm ki, Azərbaycanın İT və innovasiya mühiti üçün çox ciddi və əhəmiyyətli bir addımdır.
Xatırladıram ki, ötən il Microsoft-un Azərbaycan ofisi fəlaliyyətini dayandırıb və bütün əməkdaşları işdən azad edilib.
"Microsoft Azərbaycan" bağlanandan sonra bu qurumun regional ofisləri ETN və AzİnTelecom-la iş birliklərinin qurulması istiqamətində müəyyən addımlar atılmışdı.
Amma SOCAR-la imzalanan memorandum bu qlobal şirkətin ölkəmizdəki ofisi bağlanandan sonra ilk ciddi anlaşmadır.
Ümid edirəm davamlı olacaq və ölkədə rəqəmsal transformasiya proseslərinə, innovasiyaların inkişafına, kibertəhlükəsizliyin təmin edilməsinə, kadrların hazırlanmasına böyük töhfələr verəcək.
Ümid edirəm bu memorandum sadəcə Microsoft həllərinin və lisenziyalarının alınmasını nəzərdə tutmayıb, daha böyük hədəflər müəyyən edib.
Xatırladıram ki, Ermənistanda 2011-ci ildən Microsoft, USAİD və Ermənistan hökumətinin təşəbbüsü ilə Microsoft İnnovasiya Mərkəzi fəaliyyət göstərir.
Yeri gəlmişkən, bir müddət öncə SOCAR ilə “Cisco Systems Inc” arasında da rəqəmsal transformasiya sahəsində anlaşma memorandumu imzalanmışdı.
SOCAR rəhbərliyinin Microsoft-un yenidən Azərbaycana dəvət edilməsi və fəaliyyətinin təşkili, ciddi işbirliyinin yaradılması istiqamətindəki səyləri təqdirəlayiqdir.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
“Youtube” platforması özünün “Shorts” adlı qısa videolarının imkanlarını genişləndirməyə davam edir.

Gundem.az xəbər verir ki, yaxın zamanda “Shorts”a TikTok-un funksiyalarına bənzər yeni funksiyalar əlavə ediləcək.

Belə ki, artıq “Shorts” vasitəsilə də şaquli formatlı canlı yayımlar etmək, Youtube-dakı uzun xronometrajlı videolardan qısametrajlı videoların hazırlanması mümkün olacaq.

İstifadəçilər “Shorts” bölməsində canlı yayımlara baxa və hər hansısa canlı yayıma baxış zamanı canlı yayım videosunu yuxarı sürüşdürərək digərlərinə nəzər yetirə biləcək.

“Shorts”dakı canlı yayımlarda həmçinin ödənişli çat və ödənişli abunəlik kimi monetizasiya mexanizmləri aktiv olacaq.
“Youtube” hazırda “Shorts” bölməsinin ana səhifəsindəki canlı yayımlara ön baxış imkanını test edir.
 

Dünyapress TV

Xəbər lenti