İRİA dövlətə məxsus datanın inteqrasiyasında israrlı görsənir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Digital leadership" proqramı çərçivəsində dövlət qurumlarının iştirakı ilə rəqəmsal transformasiya üzrə növbəti müzakirə təşkil edib.
50-dək dövlət qurumunun rəqəmsal sektorunun təmsilçilərinin iştirakı ilə keçirilən 2 günlük tədbirdə ölkədə rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu sahəsində uğurlar və problemlər ətrafında faydalı müzakirələr aparıldı.
Dövlətə məxsus data idarəetməsinin təkmilləşdirilməsi, inteqrasiya və açıq datalara əlçatımlıqla bağlı təqdimatlar oldu.
Görünən odur ki İRİA dövlət datası sektorunda ciddi addımlar atmaq niyyətindədir.
Düşünürəm ki, bu tip müzakirələr əhəmiyyətlidir.
Son zamanlarda ayrı-ayrı dövlət ruqumlarında bu sahədə müəyyən uğurlar əldə olunub.
Hazırda bu istiqamətdə müəyyən irəliləyişlər olsa da problemlər də çoxdur. Pərakəndəlik daha çox gözə çarpır.
Xüsusən də bu sektorda kordinasiyada, inteqrasiyada, dövlətə məxsus data idarəetməsində, açıq datalara əlçatımlıqda, hüquqi təminatda görülməli işlər daha çoxdur.
İRİA bu müzakirələrin yekunu olara rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu üzrə bir Yol Xəritəsi hazırlamaq niyyətindədir.
Ümid edirəm dövlət qurumlarının rəqəmsal strukturlarının və onların təmsilçilənin bu tip oflayn əməkdaşlığı onlara məxsus datanın və informasiya sistemlərinin də inteqrasiyasına ciddi təkan verəcək.
Osman Gunduz
TEREF
 

Dünyapress TV

Xəbər lenti