Gələcəyin robotları üçün maye kristallar hazırlanıb
Con Hopkins Universitetinin alimləri işıqdan istifadə etməklə manipulyasiya edilə bilən maye kristallar hazırlayıblar. Foodinfo.az xəbər verir ki, “Advanced Materials” jurnalında dərc olunan tədqiqat nəticələri gələcəyin kameraları və robotlarının yaradılmasına kömək edəcək.Təcrübə zamanı mütəxəssislər mikroskop vasitəsilə maye kristalları qütbləşmiş və qütbləşməmiş işıqla işıqlandırıblar. Bu üsuldan keçən işığın qütbləşməsindən asılı olaraq işığı fokuslamağa qadir olan mikroskopik maye kristal lens yaratmaq üçün istifadə edilib.Qütbləşmiş işıqda işıq dalğalarının titrəmə müstəvisi müəyyən oriyentasiyaya malikdir, qütbləşməmiş işıq şüasında isə vibrasiya müxtəlif istiqamətlərdə baş verir. Hər iki növ işığa məruz qalma, ölçüləri bir neçə mikrometrə qədər kiçik nümunələr yaratmaq üçün iki növ maye kristalın oriyentasiyasını idarə etməyə imkan verib.Bu, işıqlandırma şəraitinə əsasən avtomatik fokuslanan kamera linzaları kimi stimullara cavab olaraq formasını dəyişən proqramlaşdırıla bilən alətlərə yol açır.
 

Dünyapress TV

Xəbər lenti