Ardını oxu...
Donald Trampın oğlunun “X” sosial şəbəkəsindəki hesabı sındırılıb.

Səhifədə ABŞ-nin keçmiş prezidentinin ölümü ilə bağlı saxta mesajlar, eləcə də müxtəlif təhqiramiz ifadələr yer alıb.

Bildirilir ki, keçmiş “Twitter” platformasındakı hesaba nəzarəti ələ keçirən hakerlər kiçik Donald Trampın adından 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyətini bəyan ediblər.
Ardını oxu...
 

       
Ardını oxu...
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkənin ilk yerli və milli rabitə peyki “Türksat 6A”nın Ankaranın Kahramankazan bölgəsində yerləşən kampusundakı Kosmik Sistemlərin İnteqrasiya və Test Mərkəzini ziyarət edib.

O, Türk Əsrinin əvvəlində dünyada söz sahibi olmaq üçün “kosmosda iz qoymaq” üzərində çalışmaq əzmlərini davam etdirdiklərini söyləyib.

Nazir “Türksat 6A” ilə Türkiyənin dünyada rabitə peyki istehsal edən 11 ölkədən biri olacağına diqqət çəkib.

“Türksat 6A” 42 dərəcə şərq uzunluğunda xidmət göstərəcək. Cihaz 35 min 786 kilometr məsafədə geosentrik orbitdə yerləşəcək. O, 7,5 kilovat gücündə yerli və milli rabitə peyki olacaq. 20 transponder tutumlu “Türksat 6A” Ku diapazonunda çalışacaq və Cənub-Şərqi Asiya kimi əvvəlki “Türksat” peyklərinin əhatə edə bilmədiyi yeni coğrafiyada da xidmət göstərəcək.

Uraloğlu, peykin uçuş müddətinin 15 il olacağını, uçuş kompüteri, enerji paylama qurğusu, elektrik mühərriki, yanacaq çəni, enerji emalı və idarəetmə bloku kimi kritik komponentlərin yerli imkanlarla istehsalının peyk və kosmik sektorda xarici asılılığı azaldacağını ifadə edib.

Nazir aparatın 2024-cü ilin fevral ayında buraxılacağını bildirib. (Mənbə: Haber Global)
 
Ardını oxu...
“WhatsApp” messencerində kanal funksiyası istifadəyə verilib.

Bu barədə şirkət çərşənbə günü, sentyabrın 13-də rəsmi bloqunda məlumat yayıb.

“Biz 150-dən çox ölkədə kanallar funksiyasını işə salırıq ki, istifadəçilərimiz onlar üçün maraqlı olan yenilikləri özəl olaraq ala bilsinlər”, - yazıda deyilir.

Bildirilir ki, əvvəlcə kanallar yalnız on ölkədə mövcud olub. Qlobal təqdimatın bir hissəsi olaraq, funksiya yeni parametrlər əldə edib. Yeniliklər arasında kanalların təkmilləşdirilmiş kataloqu, reaksiyalar təyin etmək və çatlara, yaxud qruplara yeniləmələr göndərmək imkanı var.

“Tezliklə adminlər dərc edildikdən sonra 30 gün ərzində yeniləmələri redaktə edə biləcəklər. Bu müddətdən sonra yeniləmələr avtomatik olaraq serverlərimizdən silinir”, - şirkət əlavə edib.
“WhatsApp” həmçinin əmin edib ki, kanal yaratmaq imkanı yaxın aylarda hər bir istifadəçi üçün əlçatan olacaq.
Ardını oxu...
lenta.ru
 
Ardını oxu...
“İphone 15” modeli təqdim olunub.

“Report” xəbər verir ki, tədbir korporasiyanın “YouTube” səhifəsində yayımlanıb.

Bu dəfə smartfon iki yeni modellə təmsil olunacaq: ekran ölçüləri müvafiq olaraq 6,1 və 6,7 düym olan “iPhone 15” və “iPhone 15 Plus”. Smartfonlar 48 meqapiksellik əsas kamera və bundan əvvəlki modeldən 20 % az enerji sərf edən “A16 Bionic” prosessoru ilə təchiz ediləcək. Şirkət iddia edir ki, batareyanın bir dəfə doldurulması bütün gün kifayət edəcək.

Bundan əlavə, smartfonun səthinə mexaniki gərginlikdən qorumaq üçün onun xüsusi keramik örtük çəkiləcək.
 
Ardını oxu...
2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktlarını kosmosdan seyr edən astronavtın videoyazısı internetdə növbəti dəfə aktuallaşıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu faciə zamanı amerikalı astronavt Frenk Kalbertson iki rus kosmonavtı ilə birlikdə Beynəlxalq Kosmik Stansiyada olub. Onlar Yerdən təxminən 400 kilometr yüksəklikdə idilər.
Ardını oxu...
Kalbertson Nyu-Yorkdan, xüsusən də Əkiz qüllələrin ikinci hissəsindən yüksələn tüstü dumanını görüb.

“Qaçdım və bir video kamera və düzgün istiqamətə baxan bir pəncərə gördüm. Həmin gün hava tamamilə aydın idi. Mən asanlıqla Nyu-York şəhərini, şəhərdən çıxan böyük qara tüstünü görə bilirdim və videokameranı yaxınlaşdıranda Manhettenin cənubunu bürüyən bu böyük boz ləkəni gördüm. Biz ikinci qüllənin çökdüyünü gördük”, - o deyib.

Kalbertson tezliklə hadisələrin ciddiliyini anlayıb. Nə baş verdiyini soruşduqda ona deyiblər: "Frenk, burada yaxşı günümüz yoxdur".
Ardını oxu...
“Astronavtlar: Hyustonda problemimiz var” sənədli filmində kişi NASA-nın elə həmin gün ailəsini yoxlamaq üçün arvadı ilə telefon danışığı təşkil etdiyini söyləyib.

“Sevdiklərinizin təhlükəsizliyinə əmin olmaq üçün onların yanında ola bilməyəcəyinizi bilmək təcridedici bir hissdir. Həmin axşam NASA həyat yoldaşımla telefon danışığı təşkil etdi. Onunla danışmaq, onun və uşaqların yaxşı olduğunu bilmək xoş idi”, - Kalbertson paylaşıb.

 
Ardını oxu...
Rusiyanın "Luna-25" stansiyasının qəzaya uğramasının mümkün səbəblərindən biri oriyentasiya və sürətlənməni ölçən "Bius-L" cihazının nasazlığı ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bu cihaz əvvəllər kosmosda sınaqdan keçirilməyib. O, deyib ki, "Bius-L" kosmik stansiyanın mövqeyini müəyyənləşdirir və uçuş sürətini təyin etməyə kömək edir, həmçinin bu məlumatları kompüterə ötürür.

Mənbə vurğulayıb ki, "Luna-25"in qəzaya uğramasının səbəbləri ilə bağlı yekun qərarı fövqəladə hallar komissiyası verəcək.

Qeyd edək ki, avqustun 19-da Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası dizayndan kənar orbitə çıxıb və Yerin təbii peykinin səthi ilə toqquşub. Avqustun 11-də Vostoçnı kosmodromunun 1C kompleksindən yuxarı pilləli Fregat olan orta ölçülü "Soyuz-2.1b" raketi ilə buraxılan stansiya cənub qütbünün yaxınlığındakı Boquslavski kraterinin ərazisində Aya enməli idi.
 
Ardını oxu...
“Baktelecom” ölkədə ilk dəfə 250 Mbit/s sürətində internet xidmətini təqdim edib.
Xatırlayıram ki, qurum bir müddət öncə 1 Gbit/san sürət verə biləcəyini açıqlamışdı.
İndi görünür ki, qurum NOKİA ilə birgə artıq bu istiqamətdə testləri başa çatdırıb, real işlərə və real xidmətləri təqdim etməyə başlayıb.
250 Mbit/s sürət və əlavə telefon xidmətinin aylıq qiyməti 92 manat müəyyən olunub.
Bu xidmət üçün xüsusi modemlər tələb olunur ki, bunu da Baktelecom təqdim edir.
Hazırda bu xidmət qurumda aktivdir. Düşünürəm ki, biznes sektor üçün bu xidmətlərə əlçatanlıq xeyli əhəmiyyətlidir.
Yeri gəlmişkən, bir neçə gün öncə Prezidentin fərmanı ilə sektorda tarif müəyyən etmək səlahiyyəti RİNN-ə verilib.
Əvvəllər bu sahədə ciddi boşluqlar vardı, Baktelecom və Aztelekom necə istəsələr elə də tarif müəyyən edirdilər.
Bununla bağlı Antiinhisarla çəkişmələr də hələ də davam edir.
Dövlət operatorları hətta, günün günorta çağı, heç bir quruma bildirmədən hansısa tarifləri ləğv də edirdilər.
Məsələn, baxıram ki Aztelekom qanunsuz olaraq, səlahiyyət həddini aşaraq 15 Mbit/s sürəti və uyğun tarifi ləğv edib və indiyədək bərpa etməyib.
Dövlət operatoru üçün bu addım qəbuledilməzdir.
Bu tarifi ləğv etdikdən sonra Aztelekom regionlarda bir çox hallarda vətəndaşları, ehtiyac olub-olmamağından asılı olmayaraq , ucdantutma 30 Mbit/s sürət, hətta əlavə xidməytlərə də qoşur.
Hansı ki, biz hətta təklif etmişdik ki, müəyyən təbəqə üçün daha əlçatan tariflər olmalıdır.
Maraqlıdır ki, regionlarda dövlət operatorunda deyil, özəl provayderlərdə daha əlçatan tariflər var. Hansı ki, bu, tam tərsinə olmalıydı.
Aztelekom-u isə görünür ki, imkansız təbəqənin internetə əlçatanlığı deyil, 85 milyon krediti tez qaytarmaq daha çox narahat edir.
Ümid edirəm bu sahədə yeni səlahiyyətlər əldə edən RİNN baş verənlərin fərqindədir və problemi həll edəcək.
Baktelecom-un isə NOKİA ilə əməkdaşlıqla addım -addım yüksək sürətlər təqdim etməsi istiqamətində səyləri təqdirəlayiqdir.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Onlar insanın nəbzini, temperaturunu, tərləmə sürətini və fəaliyyətini izləyə bilirlər. Bu, erkən mərhələlərdə xəstənin özünün xəbər verə bilməyəcəyi narahatlığın ilk əlamətlərini qeydə almağa imkan verəcək.
Britaniyalı alimlər demensiyadan əziyyət çəkən insanlar üçün yaratdıqları "ağıllı corabların" effektivliyini öyrənməyə başlayacaqlar.
Bunu bazar ertəsi "Sky News" telekanalı xəbər verib.
Exeter Universitetinin tədqiqatçıları demensiya ilə yaşayan insanlarda yıxılma və xəstəliklərin qarşısını ala bilən yüksək texnologiyalı corabların effektivliyi ilə bağlı yeni bir araşdırmaya başlayacaqlar.
Telekanal xəbər verib ki, ixtira corab parçasındakı xüsusi sensorlar vasitəsilə xəstənin vəziyyəti haqqında məlumatı avtomatik toplayaraq xəstəyə qulluq edən şəxsin telefonunda xüsusi proqrama ötürür.
Qeyd olunub ki, belə corablar ürək döyüntüsünü, temperaturu, tərləmə səviyyəsini və insan fəaliyyətini izləyə bilir. Bu, demensiyalı bir xəstənin xəstəlik səbəbindən xəbər verə bilməyəcəyi narahatlığın ilk əlamətlərini erkən aşkar etməyə imkan verəcək.
"Oxşar texnologiyalar artıq istifadə olunur. Lakin belə bir cihaz tez-tez bilərzik kimi biləyə taxılır. Bu isə, xəstələr tərəfindən "damğa" kimi qəbul edilə, onlarda daha çox stress və ondan qurtulmaq istəyi yarada bilər", - deyə "Sky News" qeyd edib.

Ağıllı corablar İngiltərənin Bristol şəhərindəki qocalar evlərinin birində artıq uğurla sınaqdan keçirilib. Yaşlılar üçün digər pansionatlar şəbəkəsində yeni bir araşdırma aparılacaq. Bundan əlavə, gələcəkdə belə bir qarderob əşyası digər xəstəlikləri olan insanlara da kömək edə bilər.
"Mən istəyirəm ki, bu, nəinki demansiya, bəlkə də autizm və ya öyrənmə qüsurları kimi digər xəstəlikləri olan, insanın səmərəli ünsiyyət qurma qabiliyyətinə təsir edən xəstəlikləri olan mümkün qədər çox insana fayda gətirsin", - deyə smart çorabların yaradıcılarından biri olan doktor Zik Stir telekanaletə bildirib.

Onun sözlərinə görə, "ağıllı corablar" xəstələrlə daim eyni otaqda qalmadan onların vəziyyətinə nəzarət etməyə imkan verəcək.
Demensiya, Alzheymer xəstəliyi və ya insult kimi beyinə təsir edən müxtəlif xəstəliklər və xəsarətlər nəticəsində yaranır. O, yaddaşa və digər idrak funksiyalarına, eləcə də gündəlik işləri yerinə yetirmək qabiliyyətinə təsir göstərir. Demeansiyaya bağlı əlillik bu xəstəliklə bağlı xərclərdə əsas amildir.
2019-cu ildə ÜST demensiyanın qlobal dəyərini 1,3 trilyon ABŞ dolları dəyərində qiymətləndirib. Təşkilat, artan qayğı xərclərini nəzərə alaraq, xərclərin 2030-cu ilə qədər 2,8 trilyon dollara qədər artacağını proqnozlaşdırıb.
 

Dünyapress TV

Xəbər lenti