BMT minatəmizləmə fəaliyyətində Azərbaycana dəstəyini davam etdirəcək
“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası ilə bağlı Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Çərçivə Sənədinin 2023-cü il üzrə icrası üçün Birgə İş Planları müzakirə edilərək təsdiqlənib və maliyyə ili üçün büdcə prosesi və strateji istiqamətlər müəyyən olunub.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini və sayca 5-ci olan Çərçivə Sənədinin icrası nəticəsində BMT-Azərbaycan əlaqələrinin tərəfdaşlıq mərhələsinə yüksəldiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030-cu il” Gündəliyinə qoşulduqdan sonra ölkədə qəbul olunan 40-dan çox dövlət proqramı, strategiya və fəaliyyət planı Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) inteqrasiya edilib və hazırda da layihələrin uyğunlaşdırılması prosesi davam etdirilir.

BMT-nin ölkə üzrə rezident əlaqələndiricisi Vladanka Andreyeva ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığı diqqətə çatdırıb, qurumun işğaldan azad olunmuş ərazilərimizin bərpasında, xüsusilə minatəmizləmə fəaliyyətində Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini qeyd edib, ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbir çərçivəsində sənədin icrası üzrə 5 istiqamətdə Nəticə qruplarının həmsədrləri tərəfindən 2022-ci ilin yekunları və 2023-cü ilin prioritet istiqamətlər üzrə təqdimatlar edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Çərçivə Sənədi Təşkilatın ölkəmizdə fəaliyyətinin planlaşdırılmasında və icrasında mühüm alət olmaqla, 2021-2025-ci illər üçün Azərbaycan Hökuməti və BMT-nin Ölkə üzrə İdarə Heyəti arasında əməkdaşlığa dair strateji istiqamətləri müəyyən edir. Çərçivə Sənədinin icrası üzrə Hökumət və BMT-nin ixtisaslaşmış qurumlarının ölkəmizdə fəaliyyət göstərən nümayəndələrindən ibarət Hökumət-BMT Birgə İstiqamətləndirici Komitə və Sənədin prioritet sahələri üzrə 5 istiqamətdə nəticə qrupları formalaşdırılıb.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti